reklam

Manşet

Müsavat Partiyası Divanının QƏRARI

Yazar Unknown 29 Ekim 2015 Perşembe 0 yorum
Arif HacılıArif Hacılı.                                                                                                Müsavat Partiyasının 1 noyabr seçkilərində iştirakını dayandırması barədə
Müsavat Partiyasının Məclisi 29 avqust 2015 il tarixli toplantısında demokratiya uğrunda siyasi mübarizənin davamlılığının təmin edilməsi, seçki kampaniyasının verdiyi minimum imkanlardan istifadə edərək xalqla təmasların artırılması, cəmiyyətin avtoritarizmə qarşı müqavimət gücünün qorunub saxlanması və artırılması, bu dövrdə yol verilən qanun pozuntuları və saxtakarlıqların miqyasının yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması məqsədi ilə 1 noyabr Parlament seçkilərində iştirak etmək barədə qərar qəbul etdi. Bu qərar qəbul edilərkən seçki kampanıyasının müxtəlif mərhələlərində seçkilərdə iştirak məsələsinin yenidən müzakirə edilməsi tövsiyyə olunmuşdu.
Müsavat Partiyasının Divanı 10 oktyabr 2015-ci il tarixli növbədənkənar iclasında bu məsələni bir daha müzakirəyə çıxararaq hakimiyyət qarşısında azad və ədalətli seçkilərin keçirilməsi prinsiplərinin pozulması hallarının aradan qaldırılması üçün təkliflər vermiş, siyasi məhbusların azadlığa buraxılması, namizədlərə pulsuz efir vaxtının ayrılması kimi zəruri tələblər irəli sürmüş, seçkilərdə iştirakla bağlı məsələnin bilavasitə seçkilər ərəfəsində yenidən baxılması haqda qərar qəbul etmişdi.
Müsavat Partiyasının Divanı 28 oktyabr 2015-ci tarixli növbədənkənar iclası qeyd edilənləri açıq toplantısında müzakirə edərək;
- Siyasi məhbusların həbsdən azad edilmədiyini;
- Seçki qanunvericiliyində demokratik islahatların aparılmadığını;
- Seçki komissiyalarının hakimiyyətintam nəzarəti altında olduğunu;
- Namizədlər arasında ayrıseçkiliyə yol verildiyini;
- Müsavat Partiyasının çox sayda namizədinin qeiydiyyatından əsassız imtina edildiyini,
- namizədliyin irəli sürülməsi, imza toplanması, namizədlərin qeydə alınması dövründə namizədlərə, imza toplayan şəxslərə və müxalifət namizədlərinin xeyrinə imza verən seçicilərə qarşı qanunsuzluqlar və zorakılıqların törədildiyini;
- Bərabərhüquqlu təbliğat imkanlarının yaradılmadığını;
- Müstəqillik tariximizdə ilk dəfə olaraq namizədlərə və siyasi partiyalara pulsuz efir vaxtının verilməməsi səbəbindən ictimai debatların olmadığını;
- ATƏT-in Müşahidə Missiyasının ölkəyə buraxılmadığını;
- Müxalifətdən olan namizədlərin seçki məntəqələrinə məşvərətçi səs hüquqlu komissiya üzvü və müşahidəçilərin iştirakının qarşısının qeyri-qanuni alındığını;
- Seçki kampaniyası dövründə MSK və dairə seçki komissiyalarının, Apellyasiya və Ali Məhkəmənin verdikləri qanunazidd qərarların davam etdiyini;
- Seçkilərin azad və ədalətli keçiriləcəyinə heç bir etimadın qalmadığını əsas götürərək;
QƏRARA ALIR:
1. Müsavat Partiyasının 1 noyabr 2015-ci il tarixdə keçiriləcək Parlament seçkilərində iştirakı dayandırılsın.
2. Siyasi məhbusların azad edilməməsi, azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühit yaradılmaması, seçki komissiyalarının hakimiyyətin nəzarəti altında qalması, bərabərhüquqlu təbliğat imkanlarının təmin edilməməsi, ictimai diskussiyaların təşkil edilməsi məqsədi ilə pulsuz efir vaxtının ayrılmaması şəraitində keçirilən seçkilərin nəticələrinin həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacağını vurğulayaraq Müsavat Partiyasının Divanı adından hakimiyyətdən parlament seçkilərinin təxirə salınaraq 4 ay sonraya təyin olunması tələb edilsin.
3.Qərardan irəli gələn məsələlərin həlli Müsavat Partiyası Mərkəzi İcra Aparatına tapşırılsın.
28 oktaybr 2015-ci il

Hiç yorum yok: