Manşet
Azərbaycan kinosunda maraqlı rollar yaratmış tanınmış aktyor Ələsgər Məmmədoğlu dünyasını dəyişib.İnterAz xəbər verir ki, bu barədə Lacin.info -ya mərhum aktyorun qohumları məlumat verib.
Qeyd edək ki, Ə. Məmmədoğlu (09.02.1946) 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. Ə. Məmmədoğlu bir çox teletamaşalarda, Şair (“Evləri köndələn yar” Anar), Milis (“Yaşıl eynəkli adam” V.Səmədoğlu), Nökər (“Mehmanxana sahibəsi” K.Haldoni), Dəmir -qaya “Topal Teymur” H.Cavid), Narsatan (“Qatarda” İ.Məlikzadə), Gümrah (“Alov” M.Hüseyn) kimi obrazlar yaradıb. “Mozalan” satirik kino- jurnalının 20 -yə yaxın süjetinə çəkilən Ə. Məmmədoğlu, “Ömrun səhifələri” (Ələsgər), “Xoşbəxtlik qayğıları”(Əlövsət), “Bəyin oğurlanması” (Ələsgər), "Tehran -43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır. 2002-ci ildə Ə. Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin
Manat növbəti dəfə ucuzlaşdı. Birinci dəfə 34 faiz, ikinci dəfə isə 55 faiz milli valyuta ucuzlaşdı. İndi 1 dollar= 1.55 manat. Bəli, hökumət növbəti dəfə vətəndaşı aldatdı. "Uğurlu inkişaf", "milli valyutamız güclüdür" nağılları puç oldu. Yenə də zərbə sadə vətəndaşa dəydi. Manat üzən məzzənəyə keçdi. Amma təkcə maant deyil, ölkə də səfalət içində üzür.
Bu da hökumətimizin uğurlu iqtisadi siyasətinin nəticəsi. Başın sağ olsun, manat.
Bu da hökumətimizin uğurlu iqtisadi siyasətinin nəticəsi. Başın sağ olsun, manat.
Bu komanda, yəni İlham Əliyev və onun hökumət üzvləri 10 il ərzində Azərbaycandan 95 milyard dollar pul oğurlayıb xarici ölkələrə yerləşdiriblər. Bu barədə ABŞ-ın nüfuzlu “Global Financial Integrity” Tədqiqat Təşkilatı xəbər yayıb: "2004-2013-cü illər ərzində Azərbaycandan xarici ölkələrə qeyri – qanuni yollarla nə az, nə çox 95 milyard pul çıxarılıb".
Bu gün ölkənin yaxınlaşdığı iqtisadi fəlakəti izah etmək üçün başqa səbəb axtarmağa lüzum qalmır. 100-dən artıq mübariz insanlarımızın heç bir suçu olmadığı halda həbs olunmalarının motivini həm də bu cür talançılıqla izah etmək olar. Çünki hakimiyyətdə təmsil olunanlar özlərinin qanuna zidd əməllərindən imtina etmək əvəzinə, həqiqəti deyənləri cəzalandırmaq yolunu tutublar. (Nurəddin Məmmədli).