reklam

Manşet

Car Crash Compilation 2015 @#1

Yazar Unknown 7 Ocak 2016 Perşembe 0 yorum
Devamını Oku...
Devamını Oku...
Mehman HuseynovMehman Hüseynov.                                                                                               
Hiss eliyirsiz son zamanlar ölkədə nə baş verir? Görürsünüz vaxtı ilə bu hakimiyyətə sabunsuz girənlik edənlər indi indi ağılları başlarına gəlib bir az dilləri açılıb? Gərək bu yaltaqların başlarına da bir qapaz dəyərdi başa düşsünlər ki ölkə bu gedişlə uçuruma gedir? Mərkəzdə olan klubları, istirahət mərkəzlərini, pubları bir bir bağlayırlar. Dövlət işində işləyənləri bir bir hamısını işdən qovurlar çünki maaşlarını verə bilmirlər. İş adamların başlarına oyun açırlar, polislərə, müəllimlərə, həkimlərə, hərbiçilərə, tələbələrə maaşları, təqaüdləri çatdırıb, verə bilmirlər.
Amma vaxt var idi bu indi hönkür hönkür ağlayan insanlar ölkədə hər hansı bir problem olarkən misal üçün Avropa oyunlarına görə yazıq evsiz itləri yandırmışdılar durub hakimiyyətin tərəfini tuturdular və ya Eurovision zamanı caamatın evlərini başına uçurdanda bunlar yenə hakimiyyətin tərəfini tuturdular və ya polis mitinqdə yaşlı qadını döyəndə və ya seçkiləri saxtalaşdıranda, xalqın 2-3 aylıq maaşlarını vermiyəndə, manat ucuzlaşanda, ərzaqların qiyməti qalxanda həmin bu insanlar durub deyirdilər ki bəs burda hökümət nə etsin, Aztv-yə çıxıb deyirdiz ki ölkədə olan problemləri dilə gətirən vətəndaşlar qara güvvələrdi, xarici agentlərdi, əsas ölkədə stabillikdir prezidentimizə qurban olaq. Fikirləşirdilər ki belə hərəkətlə, sabunluq, girənlik edib irəli gedəcəklər, düşünürdülər ki bunlar heç vaxt problemlə üzləşməyəcəklər.
Bax indi o zamanə gəldi. Artıq bilin ki sabun belə sizə kömək eliyə bilmiyəcək! Bax o yaltaqları vaxtı ilə hakimiyyət onlardan yaxşıca istifadə edib indi zibil kimi atıblar kənara. Fikir verin vaxtı ilə bizə gülənlər, vaxtı ilə bizi qınayanlar indi indi oyanmağa başlayıblar. İşzizlik, özbaşnalıq, qanunsuzluq gəlib həmin o yaltaqlara da çatıb. Düşünürdüz ki çox girənlik elib sizlər üçün hər yerdə yaşıl işıq olacaq, ala kişi olun e kişi! İndi ağlaşmaq zamanı deyil. Gedin ən yaxşısı davam edin yaltaqlanmağa, marketlərdə əlivizə sabun alıb dua edin. Bəlkə sizin o hökümətiviz axırda sizə yazığı gəlib hərəvizə bir təər kolbasa çörək verə bilər......
Devamını Oku...

Azərbaycanın inzibati xəritəsi

Yazar Unknown 0 yorum

Devamını Oku...
Milli Şuranın sədri, professor Cəmil Həsənli Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun həbsindən və son zamanlar Nardaranda baş verənlərdən yazıb. Cəmil Həsənli Facebook səhifəsində yazır: 
“Dostlar! Gözümüzün qarşısında bir kəndin dramı, bir kəndin faciəsi baş verir. Söhbət 6 həftəyə yaxındır ki, səmasında qara buludlar dolanan Nardaran kəndindən gedir. Noyabrın 26-da Daxili İşlər Nazirliyinə məxsus qüvvələr kənddə xüsusi əməliyyat keçirdi. Əməliyyat zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər Azərbaycan vətəndaşı həyatını itirdi. Bir kənd hüdudlarında keçirilən əməliyyat zamanı bu qədər adamın həyatını itirməsi yolverilməzdir. Uzun müddət Nardaran mühasirədə saxlanıldı, kəndə giriş-çıxış qadağan edildi, borc bəhanəsi ilə yaşayış məntəqəsinin qazı, suyu, işığı kəsildi.
Əməliyyat zamanı Müsəlman Birliyi hərəkatının sədri Hacı Tale Bağırzadə başda olmaqla onlarla adam ibadət zamanı həbs edildi. Halbuki, hüquq mühafizə orqanlarının, hətta ifşa olunmuş keçmiş MTN-nin çağırışlarına belə o, vaxtında reaksiya vermişdi. Onu və tərəfdarlarının həbsi üçün insan ölümü ilə nəticələnən əməliyyat keçirməyə heç bir ehtiyac yox idi. Ay yarıma yaxındır Nardaranda həbslər səngimək bilmir. Bu gün kənd ağsaqqalı Kərbəlayi Natiqə vətənə xəyanət ittihamı ilə cinayət işi açıldı və bu vətənsevər ağsaqqal haqqında dörd aylıq həbs qəti imkan tədbiri seçildi. Kərbəlayi Natiq Kərimov Milli Şuranın üzvüdür, bütün varlığı ilə bu millətə, bu xalqa, bu dövlətə bağlı bir ağsaqqaldır.
O, kamil iman sahibi, radikallıqdan uzaq şüurlu bir dindardır, mövqeyi olan bir vətəndaşdır, Azərbaycan bayrağı həmişə başının üzərində, vətən sevgisini ürəyində daşıyıb. Ona qarşı irəli sürülən ittiham çox ağırdır. Son vaxtlar belə ittihamların sayı çoxalıb. Leyla və Arif Yunuslar da bu maddə ilə cəzalandırılmışdı, onlardan əvvəl Hilal Məmmədov da vətənə xəyanət adı altında həbsdə saxlanılır, lap bu yaxınlarda tanınmış jurnalist Rauf Mirqədirov da “vətən xaini” çıxarıldı. İndi vətənin bir parçası olan Nardaranda da hər kəsin başı üzərində bu ittiham dolaşmaqdadır. Bir kəndin ucdantutma cəzalanırılması sonuncu dəfə 1937-ci ildə baş verib. Azərbaycan Daxili İşlər Xalq Komissarının müavini Sumbatovun qurduğu əməliyyat nəticəsində İsmayıllı rayonunun Kürtmaşı kəndində 16 yaşından 76 yaşına qədər bütün kişi əhalisi həbs edilmişdi.
Guya bir kəndin əhalisinin məqsədi Azərbaycanda Sovet hökumətini devirib köhnə quruluşu bərpa etmək imiş. Amma bu ittihamı, xüsusilə kənddə anti-sovet üsyançı dəstənin olduğunu əsaslandırmaq üçün silah olmalı idi. Ucdantutma həbs edilən ailə başçılarının həyat yoldaşlarını istintaqa cəlb etdilər, onlardan üsyançıların silahlarını tələb etdilər. İşgəncələr çox ağır idi, əksəriyyəti erməni olan müstəntiqlər işgəncələr hesabına kənd qadınlarından həyat yoldaşları, qardaşları əleyhinə guya onların silahları olması barədə təsdiqləyici ifadələr almalı idilər. İşgəncələr o qədər dözülməz idi ki, 8 aylıq hamiləliyini yaşayan gənc qadın Zərnişan Əzizova bu vəhşiliyə dözməyib uşaq saldı və uşaqla bərabər özü də həyatını itirdi. Yalnız bu metodlarla müstəntiqlər Kürtmaşı üsyançı dəstəsinin silah-sursatı haqqında ifadələr ala bildilər.
İndi təxminən 80 il sonra müstəqil Azərbaycanda Nardaran təxmin belə bir tale yaşayır. Kənddə guya Azərbaycanın konstitusiya quruluşunu dəyişməyə cəhdlər olub, radikal islam qruplaşması fəaliyyət göstərib. Bir kəndin bütün əhalisi bu cəfəng ittihamın əzabını çəkir. Əldə olunan məlumatlara görə silah axtarışı adı ilə maska geyinmiş silahlı DİN əməkdaşları qəflətən evlərə daxil olur, qadınlar və uşaqlar bu dəhşətli mənzərəni yaşayır. Qadınların keçirdiyi iztirabların, Nardaran uşaqlarının keçirdiyi psixoloji şokun bədəlin kim ödəyəcək. Axı, bu zavallılar Azərbaycan analarıdır, Azərbaycan körpələridir.
Həbs olunmuş insanlara işgəncə verilməsi barədə məlumatlar var idi. Uzun müddət onların vəkillərlə əlaqəsinə imkan verilməməsi bu ehtimalları daha da artırırdı. Bu günlərdə aydın oldu ki, Hacı Tale Bağırzadənin burnunu sındırıblar. Bu barədə ilahiyyatçının vəkili Cavad Cavadov məlumat yayıb. Vəkilin sözlərinə görə Tale Bağırzadə ağır işgəncələrə məruz qalıb, burun sümüyü sındırılıb. Özünün bildirdiyinə görə, bu yolla ondan etirafedici, hətta digər şəxslərə qarşı ifadələrin alınmasına cəhdlər edilib”. Sual olunur Nardaran məhbuslarına qarşı törədilən işgəncələrin vaxtilə Kürtmaşı sakinlərinə qarşı törədilən işgəncələrdən fərqi nədir?
Kim müstəqil Azərbaycanda 1937-ci ilin istintaq metodlarını bərpa etməyə icazə verib, hansı əsasla insanlarla belə rəftar edirlər? Azərbaycan vətəndaşlarlarının can və mal güvənliyinə təminat verən dövlət rəsmiləri bəs hara baxırlar. Biz bu yaxınlarda Azərbaycanın MTN adlı dövlət qurumunun ifşa olunmuş buna bənzər əməllərinin şahidi olduq. Törətdikləri cinayətin şiddətindən bəzi keçmiş yüksək vəzifəli MTN zabitlərinin özlərini intihar etmələri barədə yayılan məlumatlar görünür bəzilərinə dərs olmayıb”.                                                                                                                                                     
Devamını Oku...

Daha bir “kredit oliqarxı” qandallandı

Yazar Unknown 0 yorum
“Globus Plaza”nın sahibi Dünyamin Xəlilov “maliyyə xəyanətinə” görə həbs olundu; o, rəhbəri olduğu “Globus Plaza”nın bir qrup işçisinin adına bankdan 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur; iddia edilir ki, sabiq bankir yenidən köçürüldüyü BMCMİ-də qudası Eldar Mahmudovla da üzləşdirilməlidir, bəlkə də bu artıq baş verib də…
Ötən ilin dekabr ayının 4-də həbs edilən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasından yenidən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) köçürülüb. Bu barədə “Trend”ə Cahangir Hacıyevin vəkili Aqil Layicov məlumat verib.
Vəkil bildirib ki, C.Hacıyev ötən il dekabrın 30-da BMCMİ-yə gətirilib və hələ də orada saxlanılır. Vəkilin dediyinə görə, C.Hacıyevi istintaq hərəkətləri ilə əlaqədar ora aparıblar və 10 gün orada saxlanılacaq. Xatırladaq ki, sabiq bankir barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.3.2 – dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə və 179.3.2 – külli miqdarda mənimsəmə maddələri ilə ittiham edilir.
Sabiq bank rəhbəri səlahiyyətlərindən sui-istifadə edərək, dövlət pulunun talan edilməsində, müvafiq sənədlər olmadan yaxın ətrafına milyonlarla dollar məbləğində kreditlər ayırmaqda, mənimsəmə və israfçılıqda, özünə yaxın oliqarxların “çirkli pullar”ının yuyulmasında və digər cinayətlərdə ittiham olunur. C.Hacıyev barədə həbs sanksiyasını şəxsən baş prokuror Zakir Qaralovun imzaladığı deyilir.
C.Hacıyevin gözlənilmədən yenidən BMCMİ-yə niyə qaytarılması barədə rəsmi məlumat yoxdur.
bmcmi_produkt_180914_1
“Yeni Müsavat”a daxil olan xəbərə görə isə C.Hacıyevi “iki mühüm adamın” ifadəsi üçün BMCMİ-yə qaytarıblar. Onlardan biri sabiq deputat, “Globus Plaza”nın sahibi Dünyamin Xəlilovdur. “Qafqazinfo”nun xəbərinə görə, keçmiş deputat bugünlərdə həbs olunub. Əslində Nərimanov Rayon Məhkəməsi onun barəsində ötən il mayın 15-də 4 aylıq həbs-qətimkan tədbiri seçmişdi. Lakin D.Xəlilov hansısa səbəbdən həbs edilməmişdi və bir neçə dəfə BMCMİ-də dindirilmişdi. D.Xəlilov Beynəlxalq Bankdakı maliyyə yeyintilərində iştirakçılardan biridir. O, rəhbəri olduğu “Globus Plaza”nın bir qrup işçisinin adına bankdan 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur.
D.Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş D.Xəlilovun Beynəlxalq Bank işində adı hallanan, hazırda Fransaya sığınan Xəqani Bəşirovla birgə işlədiyi “General Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti də Beynəlxalq Bankdan kredit alıb qaytarmayan şirkətlərdəndir. Britaniyanın məşhur “Harvey Nichols” brend geyim mağazaları “General Construction” şirkəti ilə bağlanmış müqavilə əsasında “Globus Plaza” ticarət mərkəzində fəaliyyətə başlasa da, bugünlərdə müqaviləni pozaraq ölkəni tərk edib.
cbe2bc5badd171af87ef47da730b467c
C.Hacıyevin BMCMİ-də D.Xəlilovla üzləşməsinə ehtiyac yarandığından bu addım atılıb. Amma bir mənbə redaksiyamıza bu qəfil “ekstradisiya” ilə bağlı daha bir sensasion xəbər verib. Qaynağımız iddia edir ki, C.Hacıyevi BMCMİ-də qudası, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla da üzləşdirilməlidir, bəlkə də bu artıq baş verib…
İddiada deyilir ki, C.Hacıyev vəkili vasitəsilə mediaya qudasını satmadığını bəyan etsə də, istintaqda kredit mənimsəmələrində həm sabiq nazirin, həm də ləğv olunan MTN-in bəzi yüksək rütbəli əməkdaşlarının iştirakına dair təkzibedilməz sübutlar var.
eldart
iddia rəsmi təsdiqlənərsə, bu o deməkdir ki, C.Hacıyev təkcə üzləşməyə deyil, həm də E.Mahmudovu “özü ilə aparmaq” üçün BMCMİ-yə gətirilib.
Digər bir qaynaq isə “Yeni Müsavat”a bildirib ki, Cahangir Hacıyevin Bakı İstintaq Təcridxanasından mediaya məktub göndərməsi hakimiyyəti çox ciddi şəkildə qıcıqlandırıb. Onun, bu qədər olanlara rəğmən, özünü təmizə çıxarmaq cəhdləri, sərbəstliyi “mən suçsuzam” mesajları dövlətin başında dayananları müəyyən addımlar atmağa vadar edib. C.Hacıyevin BMCMİ-də saxlanması o deməkdir ki, sabiq bankir daha ciddi nəzarət altına alınıb./Yeni Müsavat
bastainfo.com
Devamını Oku...

Çörəyi də çox gördülər.

Yazar Unknown 0 yorum
Devamını Oku...