reklam

Manşet

Gültəkin Hacıbəyli.Dollar satışına qadağa qoymaq ağılsızlıqdır.

Yazar Unknown 7 Ocak 2016 Perşembe 0 yorum
Gültəkin HacıbəyliBu ölkənin istehlakı az qala 100 faiz idxal üzərində qurulub. Kartofu da, soğanı da, südü də, yağı da, şəkər tozunu da, əti də, taxılı da idxal edirik. Sən vətəndaşına dollar satmayacaqsansa, o da xaricdən dollarla aldığı gündəlik tələbat mallarını, qida məhsullarını gətirə bilməyəcək. Bu isə, öncə qıtlıq, sonra aclıq yaradacaq. Görəsən, bunu anlamaq üçün şanlı hökumətimizə neçə ay vaxt lazımdır? Qapı-pərcərələri bağlamaqla, Mərkəzi Banka dollar satışını qadağan etməklə iqtisadi böhranın qarşısını almaq hələ bu dünyada heç kimin ağlına gəlməmişdi.            
Devamını Oku...
Devamını Oku...

İsa Qəmbərin proqnozu doğru çıxdı

Yazar Unknown 0 yorum
Azərbaycandakı saxta seçkilər bu gün bir sıra beynəlxalq təşkilatların gündəmində olub. Seçkilərdən əvvəl Azərbaycandakı vəziyyətlə bağlı sərt qətnamə qəbul etmiş Avropa İtifaqının rəsmiləri gözlənildiyi kimi, noyabrın 1-də keçirilən parlament seçkilərinin saxta olduğunu konstatasiya ediblər.
Avropa Parlamnetinin rəhbəri Martin Şults Azərbaycanda keçirilən son parlament seçkilərini antidemokratik adlandırıb. Şults Tvitter səhifəsində qeyd edib ki, bu seçkilər etimad qazanan standartlara uyğun olmayıb. “Azərbaycanda demokratiya, azadlıq və plüralizm böyük maneələrlə üzləşməkdədir”, – deyə o bildirib.
Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin sözçüsü Maja Kocijancic də Azərbaycanda keçirilmiş parlament seçkisi barədə ilkin bəyanat yayıb. Bəyanatda deyilir ki, 2015-ci il noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkisində seçki müşahidəçilərinin sayı barədə Azərbaycan hakimiyyət orqanları ilə ATƏT/DTİHB (Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu) arasında razılıq əldə olunmadığndan təşkilat seçkiyə öz müşahidə missiyasını göndərməməyə məcbur olub, lakin seçkilərə Avropa Şurası Parlament Assambleyasının Seçki Müşahidəsi Missiyası göndərilib.
Bununla belə, Avropa İttifaqı Azərbaycanı ATƏT/DTİHB-nin bundan əvvəlki tövsiyələrini icra etməyə çağırıb.
Bəyanatda Müsavat Partiyasının seçkidən çıxması da qeyd olunub. “Avropa İttifaqı beynəlxalq standartlara uyğun, şəffaf və bütün tərəflərin iştirakını təmin edən seçkiləri dəstəkləyir. Dünənki seçkidə bir əsas müxalifət partiyası iştirak etməyib, çünki belə qərara gəlib ki, bütün namizədlər üçün eyni səviyyədə rəqabət meydanı təmin edilməyib” – bəyanatda vurğulanır.
Avropa İttifaqının bəyanatında bildirilir ki, təşkilat bütün vətəndaşların xeyri naminə, yeni seçilmiş parlament də daxil olmaqla Azərbaycanın təsisatları ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Azərbaycana hakimiyyətin nəzarəti altında olan müşahidəçiləri göndərmiş Avropa Şurası Parlament Assambleyası seçkiləri pozuntuları qeyd etməklə bərabər bu seçkiləri “demokratiyaya doğru addım” kimi qiymətləndirib. Lakin müşahidə missiyasının 3 üzvü yaydığı bəyanatında bu seçkini “azad, ədalətli və demokratik seçkiyə doğru bir addım hesab edə bilməyəcəklərindən” məyusluq ifadə ediblər.
Noyabrın 2-də yayılan bəyanatda deyilir: “Bu seçkilərdə qeydə alınmış texniki nailiyyətlərə baxmayaraq, ölkədə siyasi azadlıqlar, ifadə və media azadlığı, habelə toplaşma və birləşmə azadlığının vəziyyəti azad və demokratik seçki keçirmək üçün vacib olan ilkin şərtləri təmin etmir.”
Siyasi müşahidəçilər Avropa İttifaqının bəyanatındakı bir məqamı maraqla qarşılayıblar. Avropa İttifaqı seçkinin anti-demokratik olduğunu vurğulamaqla yanaşı, Azərbaycan parlamenti ilə də əməkdaşlıq edəcəklərini bildirib. Qeyd edək ki, AXCP və Milli Şuranın təmsilçiləri Avropanın Azərbaycan parlamentini tanımayacağını vurğulayır, öz qərarlarını da bu arqumentlə əsaslandlrdılar. Lakin Müsavatın keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər xüsusilə legitimlik məsələsində beynəlxalq strukturların mövqeyində ziddiyətlərin olacağını qabaqcadan proqnozlaşdırmışdı.
Devamını Oku...
Devamını Oku...

Almaniya "dağılır".AZTV-dən seçmələr silsiləsindən

Yazar Unknown 0 yorum
Devamını Oku...
Devamını Oku...

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi işçilərinin maaşını 75 manat...

Yazar Unknown 6 Ocak 2016 Çarşamba 0 yorum
Devamını Oku...