reklam

Manşet

İlqar Məmmədov.ANS Acıq Söhbet.2011

Yazar Unknown 6 Ocak 2016 Çarşamba 0 yorum
Devamını Oku...

Eldəniz İsmayıloğlu.Gələcək nəsillərə məsləhətim.

Yazar Unknown 0 yorum
Eldeniz MollayevƏziz gənclər,mənim sizə bircə məsləhətim var,çıxın gedin bu ölkədən.                                                     Bir vaxtlar biz də sizin kimi gənc idik,xəyallarımız,arzularımız var idi.Bütün gəncliyimiz bu ölkədə bir şeylərin dəyişəcəyini gözləməklə keçdi.Lakin heç nə dəyişmədi və biz artıq gənc deyilik,canımızda artıq əvvəlki kimi enerji yoxdur,xəyallarımızın,arzularımızın gercəkləşəcəyinə olan ümidimiz də getdikcə sönməkdədir.Ömrümüzün böyük bir hissəsi YAP hökümətinin yıxılacağını və yaxud da düzələcəyini gözləməklə keçdi.Bir vaxt gələcək siz də bizim kimi hüsrana uğrayacaqsınız,belə ki sizin də bütün xəyallarınız suya düşəcək.Nə qədər ki,cavansınız,canınızda enerji,gümrahlıq var,gedin xarici ölkələrə,təhsil alın,iş qurun və insan kimi yaşayın.                               Əlbəttə ki,hər insana öz vətəni,öz yurdu,yuvası əzizdir və heç kim qürbətdə yaşamaq istəməz,lakin unutmayın ki,həyat da insana bir dəfə verilir(dinlərin boş-boş nağıllarına da inanmayın) və hər insan onu istədiyi kimi yaşamaqda özgür olmalıdır.                                                                                               Bir zaman gələcək,siz də bizim kimi,niyə getmədiyinizə peşman olacaqsınız.Çünki şəxsən mən artıq bu millətin bu hakimiyyəti dəyişəcəyinə və ya bu hakimiyyətin özünün düzələcəyinə inanmıram.Umarım bu millət və ya bu hakimiyyət məni yanıldar.                                                                Sizin xaricə getməyiniz,orda təhsil almğınız,öz intellektinizi artırmağınız,gələcəkdə bu millət üçün də faydalı olar.Yəni bəlkə siz nə vaxtsa bu ölkəyə gəlib(və ya sizin övladlarınız) nəsə edərsiniz,bir şeyləri dəyişərsiniz.Başqa cür bu millətin düşdüyü bu ağır vəziyyətdən çıxış yolunu,mən hələki görmürəm.                                                                                                                                                       P.S. Başqa çıxış yollarını görənlər varsa,buyurub aşağıdakı yorumlar bölməsinə yaza bilərlər.                                                                                                                     
Devamını Oku...

Azərbaycanda kredit

Yazar Unknown 0 yorum
Xarici ölkələrə 2-3 faizlə verilən pullarımız, öz xalqımıza 27-30 faizlə verilir. Sizcə nə üçün? Bizim xalq daha varlıdırmı?
Soruşurlar ki, neftin pulları hanı? Neftin pullarını kredit şəklində xalqa bir daha satırlar.
Devamını Oku...

Иммиграция в США

Yazar Unknown 0 yorum
Доброго времени суток дорогие мои друзья! Вот и дошли у меня руки, а точнее нашлось время для, уже ставшей столь популярной, рубрики #TOP100 лучших городов для жизни в США, по мнению самих американцев! Уменя вызвало огромное удивление колличество просмотров первой статьи о городе Бетезда более 16500 человек! Благодарю за ваше внимание, лайки, репосты и комментарии! Но! Хватит глагольствовать, приступим к делу!
Следующий наш малец-городец в прямом смысле “мал, да удал”! О нем слышали даже люди не думавшие о переезде в США, не бывавшие здесь, да и в целом, не интересовавшиеся о США! Город с очень солидной историей и университетами подаривших миру таких людей, как Джон Кеннеди, Барак Обама, Марк Цукерберг, Мэтт Дэймон, Натали Портман и тд. На #99 месте в нашем рейтинге распложился город ‪#‎Кембридж‬! Итак, Кембридж является пригородом Бостона, который рассматривается как интеллектуальная и историческая столица Соединенных Штатов. Штат Массачусетс, Миддлсекс Каунти, зона метро Бостон-Кембридж-Квинси. Это космополитический город с полным набором услуг, широкого спектра удобств, богатых традиций и культуры почти непревзойденной в остальной части страны.
Погода очень капризная, с обильными осадками как летом, так и зимой в особенности. Первые холода с конца октября и почти по конец апреля. Земля от побережья возвышается в виде холмов покрытых нетронутыми, обильными, лиственными лесами. Горячие летние дни ко второй половине дня охлаждаются морскими бризами. Холодная зима часто смягчается теплой Атлантикой. Туман можно ожидать во все времена года.
Уровень безработицы 3,4% (средний по США 6,3%). Относительно всей страны прожиточный минимум выше на 83,4% среднего показателя по США. На 2014 год зафиксировано 105.000 проживающих в Кембридже. Что выше на 4% с 2000 года. Средняя цена дома $525.000. Кембриджские общественные школы тратят $17.343 на ученика ($12.435 средняя сумма на ученика по США). По 9.6 ученика на одного учителя в Кембридже. Средний возраст 31 год (средний по США 37,2). 34.36% людей в Кембридже, штат Массачусетс, в браке. 7,34% разведены. Средний размер домохозяйства 2,03 человек. 30.46% людей в браке, с детьми. 13.19% имели детей, но холосты.
69.12% людей белой расы, 11.12% черной, 13.11% азиатской, 0,27% являются коренными американцами и 2,32% другие. 7,31% людей в Кембридже, штат Массачусетс, утверждают, что имеют латиноамериканское происхождение (то есть 92,69% не испаноязычные). Средний доход на семью составляет $72.529. Налоги по штату можете посмотреть тут => http://www.mass.gov/dor/all-taxes/tax-rate-table.html
Я могу оочень долго продолжать, но к сожалению не хватит места)) Пишите свои мнения и советы. Обязаательно ставьте лайки, не зря же я тут ночью пыхчу над компом после работы))) ну и делайте репосты! Новые рубрики обязательно впереди! Спасибо за нимание друзья! Хорошего вам дня, а мне теплого одеяла и мягкой подушки! Пока! wink duyğusu
Devamını Oku...


Müəmmalı şəkildə ölən, ya da öldürülən azərbaycanlı milyonçu…  (FOTO-VİDEO)O, yaddaşlarda təkcə milyonçu kimi deyil, həm də xeyirxah, səxavətli adam kimi qalıb. Onu tanıyanlar belə xarakterizə edirlər.

Tərcümeyi-halında yazılır ki, Yelmar Isbəndiyar oğlu Məmmədov 1957-ci ildə Həkəri çayının sahilində Qaçaq Nəbi və Həcər xanım kimi xalq qəhrəmanları yetişdirmiş Qubadlı rayonunun Aşağı Mollu kəndində kolxozçu ailəsində dünyaya göz açmışdır. Çox kiçik yaşlarından anasını itirmişdir. Anadan yetim qalan balaca Yelmar körpəlikdən həyatın acılarını dadmış, zəhmətin nə olduğunu öyrənmişdir. 

Yelmar Məmmədov orta məktəbi bitirəndən sonra Bakıya gəlir, ali məktəbə imtahan verir, ancaq müsahibədən keçə bilmir. 1975-76-cı illərdə Bakıda qalıb zavodda fəhlə işləyir. 1976-cı ildə əsgər gedir. Əsgəri xidmətini Çita şəhərində başa vurur. Əsgəri xidmətdən sonra, özünün dediyinə görə, təsadüf nəticəsində Daşkəndə gəlir. Şəhər və adamları onun xoşuna gəlir. Bir müddət Daşkənddə qalıb fəhlə işləyir, eyni zamanda Milis məktəbinə daxil olur. Sonralar isə Moskva hüquq institutunun qiyabi şöbəsində oxuyur. Komi Respublikasının Uxta şəhərinə gəlir. Yelmar Məmmədovun özünün dediyinə görə, Uxta şəhərinə ehtiyac üzündən gəlir. O qeyd edir ki, dedilər orda aylıq əmək haqqı yüksəkdir. Ayda min manatdan çox qazanmaq olur. Yelmar Məmmədov Uxta şəhərində Neft Kəşfiyyatı idarəsində işə girir. Əvvəlcə fəhlə, sonra usta, mühəndis, şöbə rəisi və baş mühəndisin müavini olur. 

1988-ci ildə sahibkarlıq haqqında qanun çıxması onun ürəyincə olur. O, lazımi yerlərə müraciət edib, əvvəlcə dörd nəfərlik bir kooperativ açır. Ilk işləri bir zavodun damını örtmək olur. 

Bu işdən əldə olunan gəlirlə yeni avadanlıq alır, əlavə işçi qəbul edir. Bir ildən sonra onun işçilərinin sayı artıq min nəfər olur. 

1990-cı ildə «Mariya» Assosiasiyasını təsis edir. Bundan sonra fəaliyyətləri genişlənir. Bir neçə şəhərdə filialları yaranır. Bir neçə bank açırlar. Rusiya televiziyası ilə göstərilən «Mariya Assosiasiyası» adlı sənədli filmdən sonra hər yerdə tanınmağa başlayır. 

Uzun ayrılıqdan sonra Yelmar Məmmədovun vətən yadına düşür. O, 1992-ci ilin avqust ayında Azərbaycana gəlir. Özünün dediyinə görə cəbhədəki məğlubiyyətlər ona pis təsir edir. Məhz buna görə də bir təyyarə icarəyə götürür, cəbhə üçün paltar, müxtəlif ərzaq malları yükləyib Bakıya gəlir. 

Azərbaycanda vəziyyətlə tanış olandan sonra görür ki, cəbhəyə humanitar yardım yox, həqiqi kömək lazımdır. 

Elə buna görə də Bakıda «Yelmar interneyşil» koperasiyasını yaradır. Həmin koperasiyaya üç tikinti idarəsi, bank, ticarət mərkəzi, sığorta şirkəti və s. daxildir. Orda üç mindən çox Adam işləyir. 

Əziz oxucular, burda bir haşiyə çıxmaq istəyirəm. «Xalq» qəzetinin müxbiri Ziyəddin Sultanov Qarabağ müharibəsinin qaynar nöqtələrində olmuş, «Qarabağ gündəliyi», «Qarabağın qara günləri», «Xocalı faciəsi», «Ağdərədən gələn var» kitablarının müəllifidir. Eyni zamanda onun «Burdan bir atlı keçdi» kitabı çapa hazır idi. Özü yazır ki, kitabımı çap etdirmək üçün vəsaitim yox idi. «Işıq» nəşriyyatında mənə məsləhət gördülər ki, özünü H.Z.Tağıyevin davamçısı adlandıran Yelmar Məmmədova müraciət edim. Bu kitabın sponsoru o ola bilər. 1994-cü ilin yanvar ayındmən Yelmar Məmmədovun yanına gəldim. Fikrimi bilən kimi razılıq verdi. 

Beləliklə, «Burdan bir atlı keçdi» kitabım Yelmar Məmmədovun vəsaiti hesabına işıq üzü gördü.

Hörmətli oxucular, Ziyəddin Sultanovun məqaləsindən bir hissəni olduğu kimi sizə çatdırmaq istəyirəm. O yazır: Böyük xeyriyyəçi H.Z.Tağıyevin nəcib ənənələrini ləyaqətlə davam etdirən Yelmar Məmmədovun xeyirxah əməllərinə aid bir neçə misal: indiyə kimi şəhid ailələrinə yüz əlli milyon rubl pul paylayıb. Respublika Daxili Işlər Nazirliyinin qoşunlarına qırx yeddi milyonluq hərbi geyim, (rubl), teleradio şirkətinə altı milyon rubl dəyərində avtobus, ayrı-ayrı redaksiyalara üç video kamera bağışlayıb. Gürcüstandakı Azərbaycan məktəbləri üçün iyirmi beş min nüsxə dərslik alıb. «Bakı Tayms» qəzetinin xərcini öz boynuna götürüb. Respulikada çıxan bir neçə qəzetə maddi yardım göstərib. 1993- cü ildə otuz dörd, bu il isə əlli tələbəyə hərəsinə iyirmi beş min rubl, Bakı dövlət Universitetinin üç qaçqın tələbəsinin hərəsinə əlli min rubl təqaüd verib. Üç gənci təhsil almaq üçün Çinə göndərib. 

Hörmətli oxucu, bunlar ancaq bir məqalədə göstərilənlərdir. Belə misallardan çox çəkmək olar. 

Yelmar Məmmədov Bakıya gələndə H.Z.Tağıyevin qızı Sara xanım çox ağır xəstə idi, həm də qulaqları eşitmirdi. Pis ev şəraitində yaşayırdı. Dava-dərman və ərzaq almaq üçün pulu yox idi. Y.Məmmədov Sara xanıma baş çəkdi, onun ev şəraitini yaxşılaşdırdı. 

Eyni zamanda onun bütün xərclərini öz üzərinə götürdü. Y.Məmmədov özü deyirdi ki, nəinki Azərbaycandakı, mən Rusiyadakı müəssisələrimin gəlirini də Azərbaycana xərcləyirəm. Təki müharibə bizim xeyrimizə qurtarsın. O gileylənirdi ki, müharibə bir qrup adamlar üçün deyil. Vətən, topaq hamınındır. Fəhlə də, milyonçu da, nazir də, alim də öz övladlıq borcunu verməlidir. Bizdə isə müharibədə bir nəfər də olsun rəhbər işçinin övladı vuruşmur. 

Cavan olmasına baxmayaraq, «el atası» sayılan, ağsaqqal, müdrik, əliaçıq, alicənab insan olan Yelmar Məmmədov çox yaşamadı. 

O, 12 aprel 1995-ci ildə Daşkənddə həyat yoldaşı ilə birlikdə müəmmalı şəkildə vəfat etdi. Guya gecə bunlar yatandan sonra qaz sızıb və qazdan boğulub ölüblər. Nə isə… allah hər ikisinə rəhmət eləsin, qəbirləri nurla dolsun. 

Yelmar Məmmədov özünün qısa ömründə çox iş gördü. O, həmişə onu sevənlərin ürəyində yaşayacaqdır.

Yelmarın dörd övladı – iki qızı, iki oğlu ata-ana həsrəti ilə böyüyürlər. 



Müəmmalı şəkildə ölən, ya da öldürülən azərbaycanlı milyonçu…  (FOTO-VİDEO)

Müəmmalı şəkildə ölən, ya da öldürülən azərbaycanlı milyonçu…  (FOTO-VİDEO)

Müəmmalı şəkildə ölən, ya da öldürülən azərbaycanlı milyonçu…  (FOTO-VİDEO)

Müəmmalı şəkildə ölən, ya da öldürülən azərbaycanlı milyonçu…  (FOTO-VİDEO)



Devamını Oku...
Devamını Oku...
Devamını Oku...