reklam

Manşet

Məsləhətə qulaq asmır...

Yazar Unknown 5 Ocak 2016 Salı 0 yorum
Devamını Oku...

Azərbaycandan xaricə pul axını sürətlənib. Əldə etdiyimiz məlumata görə, 21 dekabr devalvasiyasından sonra iş adamları pullarını ölkədən çıxarır. Əslində bu tendensiya Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”ndan sonra başlamışdı. Beynəlxalq Bankdan kredit götürən sahibkarların həbsi digər iş adamalarını da qorxutmuşdu. Bu baxımdan onlar xaricdə biznes qurmağı daha məqsədəuyğun sayaraq pullarını ölkədən çıxarmağa başlamışdılar. Ekspertlər bildirir ki, ölkədən pul axınının sürətlənməsinin obyektiv səbəbləri var. Birinci səbəb manata olan inamın azalmasıdır. Iş adamları milli valyutaya bel bağlamadıqlarına görə xaricdə yatırım qoymağı daha üstün sayırlar. Başqa bir səbəb isə ölkədə hökm sürən böhran nəticəsində alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsidir. Başqa bir səbəb isə hökumətin neftin ucuzlaşması nəticəsində itirdiyi vəsaitləri iş adamlarının hesabına kompensasiya etmək niyyətidir. Mağazalara yüksək məbləğli cərimələr tətbiq olunması, sahibkarlardan müxtəlif adlar altında pul yığılması və s. bu kimi addımlar buna misal ola bilər. Ekspertlər hesab edir ki, xaricə pul axının sürətlənməsi ölkədəki böhranın daha da dərinləşməsinə səbəb olacaq.
Devamını Oku...

За секунду до...

Yazar Unknown 0 yorum
Devamını Oku...

Avropa və Azərbaycan

Yazar Unknown 0 yorum
Devamını Oku...

İstefa verən müstəntiq Baş Prokurorluğa çağırıldı

Yazar Unknown 0 yorum
Azadlıq qəzetinin verdiyi məlumata görə istefa vermiş müstəntiq Rüfət Səfərov baş prokurorluğa çağırılmışdır,məlumatı olduğu kimi təqdim edirik.
Rüfət Səfərov “Bu, artıq komediyadır” deyib, dəvəti qəbul etmədi Keçmiş müstəntiq, prokurorluq orqanlarından siyasi bəyanatla istefa vermiş Rüfət Səfərov Baş Prokurorluğa izahat verməyə çağırılıb. Bu barədə “Azadlıq” qəzetinə R.Səfərovun özü məlumat verib. Səfərov bildirib ki, onu Baş Prokurorluğa Təşkilat-analitik İdarəsinin prokuroru Zaur Əliyev dəvət edib. Z.Əliyev R.Səfərovun mobil telefonuna zəng vuraraq ona “izahat vermək” üçün Prokurorluğa gəlməli olduğunu deyib. Bildirib ki, R.Səfərovun icraatında olmuş bir neçə cinayət işində qanunazidd hallar müəyyən edilib, gəlib bunlarla bağlı izahat verməlidir. R.Səfərov bu dəvəti qanunsuz sayır və ona əsasən Baş Prokurorluğa getmək fikrində olmadığını deyir. “Bu, artıq komediyadır. Məni dəvət edən Zaur müəllimdən və digər məsul vəzifəli şəxslərdən soruşuram. Rayon prokurorluğunda kompleks yoxlama apararkən məni dinləməmiş, izahatımı almamaış prokurorluq orqanlarından xaric olunmağım barədə hazır əmri təqdim edirsiniz, daha sonra məndən izahat tələb edirsiniz? Hansı statusla? Mən ki daha prokurorluq orqanlarının əməkdaşı deyiləm. Zəhmət çəkin, Cinayət Prosessual Məcəlləsinə bir daha nəzər salın. Tərəfimdən əsassız və qanunsuz hər hansı qərar qəbul olunubsa, səlahiyyətlərinizdən istifadə edərək ləğv edin və müvafiq qaydada əlavə araşdırmaya göndərin. Məni prokurorluq orqanlarından xaric edirsiz, məhkəmə qərarı olmadan xüsusi mülkiyyətimdə olan komputeri götürürsünüz, mobil telefonlarıma baxış keçirirsiniz, kirayənişini olduğum mənzildə axtarış aparırsınız, sonra da izahat verməm üçün həvəslə Baş Prokurorluğa dəvət edirsiniz? Zaur müəllim, zəhmət çəkib məni gözləməyin”, – deyə R.Səfərov bildirib. azadliq.info
Devamını Oku...

azeri cizgi filmi.Qiz qalasi efsanesi (1978)

Yazar Unknown 0 yorum
Devamını Oku...
Əliyev xalqa nə dedi?
Bayram təbriki, yoxsa böhran xəbərdarlığı Ölkə başçısı Ilham Əliyev ənənəyə sadiq qalaraq dekabrın 31-i, saat 23:45-də ekran qarşısına çıxaraq, xalqı təbrik etdi. Əslində, bu 15 dəqiqəlik danışığı təbrik adlandırmaq da düzgün deyil. Çünki, prezidentin bütün sözlərindən pessimizm, tənəzzül, əzginlik yağırdı. Ümumiyyətlə, ölkə başçısının budəfəki bayram nitqində 2 fərqli məqam var idi. Əvvəla, ölkə başçısı əvvəlki illərdə olduğu kimi inkişafın fontanından danışa bilmədi. Təkcə kənd təsərrüfatı sahəsindəki 7 faizlik artımdan danışdı ki, bunun da sürətlə üstündən keçdi. Çünki, kənd təsərrüfatı üçün ən uğursuz il, elə 2015-ci il olub. Sadəcə olaraq, ölkə başçısı rəqəmlərə istinad etməyi sevdiyi üçün, bu dəfə də hansısa rəqəmi söyləməli oldu. Ümumilikdə ölkə başçısı etiraf etdi ki, vəziyyət ağırdı, valyuta ehtiyatları azalır, böhran qaçılmazdı və s. Yəni ölkə başçısı etiraf etdi ki, hakimiyyətin yarıtmaz siyasəti ölkəni dalana dirəyib və “analoqsuz inkişaf”dan əsər-əlamət yoxdu. Bəli, həmişəki kimi “dünya Azərbaycan modelini öyrənir”, “bəlkə bir az yavaşlayaq” kimi fantastik ifadələrdən istifadə etmədi. Çünki, sözün həqiqi mənasında hökumətimizin sürəti tamam yavaşıyıb və ölkəni fəlakətin mərkəzinə gətiriblər. Ikinci fərqli məqam budur ki, Ilham Əliyev təbrik nitqində imkan tapıb “biz heç kimdən və heç nədən qorxmuruq” mesajını da verdi. Əslində, bu mesajın özündə bir qorxu işartısı var. ABŞ-dan gələn sanksiya küləyi, Avropa Parlamentinin məlum qətnaməsi, ümumiyyətlə, beynəlxalq aləmin hakimyyətə münasibəti, “qorxmuram” söyləmək zərurəti yaratdı. Hakimiyyət neftin qiymətinin yüksək olduğu vaxtlarda “bizim öz yolumuz var”, “heç kim bizim daxili işimizə qarışa bilməz” təbliğatı aparırdı. Ilham Əliyev indi də bu ifadəni işlətməklə ayaqda olduqlarını sübut etmək istəyir. Yəni bu tipli açıqlamalar həm komandanı sakitləşdirməyə, həm də daxili auditoriyanı çaşdırmağa xidmət edir. Ötən yazılarımızda da qeyd etmişdik ki, Ilham Əliyevin əfv siyahısında siyasi məhbusların olmaması da ABŞ-a qarşı hikkədən doğmuşdu. Bəlkə də Ilham Əliyev yeganə prezidentdir ki, ABŞ-ın, Avropanın acığına öz vətəndaşına zülm edir. Bayram çıxışında “biz heç kimdən qorxmuruq” deməklə də siyasi məhbusları da əfv etmədiyinə eyham vurdu. Elə fəxarətlə danışır ki, guya Rusiyanın acığına Ermənistana müharibə elan edib, Qarabağı geri qaytarıb. Qısası, Əliyev bu mesajı verdi ki, ölkəni iqtisadi baxımdan böhranla üz-üzə qoyduqları kimi, siyasi baxımdan da böhranın mərkəzinə çəkəcəklər. Yəni ölkə başçısının nitqində islahatların aparılacağı, 2016-cı ildə siyasi uğurlara doğru addımların atılacağı hiss olunmadı. Məlum oldu ki, tənəzzül siyasəti davam etdiriləcək və gözü çıxmış qardaşlarından dərs götürməyəcəklər. Ona görə də Azərbaycan xalqı dövlətinə sahib çıxmalı, ölkəni hakimiyyətin hikkəsinə qurban verməməlidir. Ilham Əliyevin bayram təbriki əslində böhran xəbərdarlığıdır.
Devamını Oku...