reklam

Manşet

Mühacirətdəki polkovnik İsa Sadıqov Horadiz əməliyyatı haqqında nə düşünür?

Yazar Unknown 5 Ocak 2016 Salı 0 yorum
Isa Sadikov's Profile PhotoƏziz dostlar,əziz qazilər.Mən 1993-1994-cü illərdəki qiş əməliyyatına burda toxunmaq istərdim.Əvvəla 1993-1994-cü ilin qış əməliyyatı təkcə Horadizin azad olunmasına hesablanmamışdı.Qış əməliyyatı ərazi bütövlüyünün bərpasına,işğal altında olan bütün torpaqların azad olunmasına və dövlət sərhədlərinin bərpasına hesablanmışdı.Bunlara nail olduqmu? Yox. Eşq olsun o komandirlərə,əsgərlərə hansılar ki, Horadizi və bir neşə kəndi azad etdilər.Bəlli, bu uğurdu, amma çox xırda.Böyük qış əməliyyatının fonunda çox xırda bir uğur. Bu uğurda nə o vaxtki rəhbərliyin nə Əliyev Heydərin uğurundan belə söhbət gedə bilməz.Qətiyyən.Bu uğuru o hərbi hissələrin komandirləri və əsgərləri qazanıb. Və onlara eşq olsun. Amma ümumilikdə götürəndə ,93-94-cü illərdəki qış əməliyyatı tariximizdə ən uğursuz,səriştəsiz və cinayətkar bir əməliyyat idi.Tez tələsik,Əliyev Heydərin əmri ilə,bilavasitə gösterişi ilə keçirilən kompaniyada 5 minə yaxın itki verdik və işğal altında olan torpaqların, heç yüzdə birinidə qaytara bilmədik. Bəlli bu faktdı. Bildiyimə görə, qazi dostlarımızdan bəzileri Əliyev Heydərin qəbrini ziyarət edib.Çox təəssuflər olsun.Ziyarət etməli yer-şəhidlər xiyabanıdı,o əməliyyatlarda canlarından kecən əsgər qardaşlarımızdır.Onları öz məqsədəeri naminə qırğına verənin qəbri ziyarət edilə bilməz,,əziz qazi dostlarım.Siz bilirsiniz ki, tez-tələsik,hazirlıqsız, o qış kompaniyasına başlamağın əmrini Əliyev Heydər vermişdi.Onun səriştəsizliyi nəticəsində tariximizin ən böyük itkisini verdik.Bununla da qələbəyə inamı tamamilə itirdik.Minlərlə itkilər,minlərlə əlillər.Bu idi o əməliyyatın nəticesi.Horadizda uğur qazanan zabit ve əsgərlərin qarşısında baş əyirəm,sizə eşq olsun deyirəm.O qələbəni sizlər qazanıbsınız.Əliyev Heydər yox.Onu ziyarət etməyə ehtiyac yox idi,qəttiyyən.O bizi qırğına verdi,o bizi gözdən saldı,o bizləri düşmənin qarşısında alçaltdı.Allah ona lənət etsin.
Devamını Oku...

Zümrüd Yağmur.Nə baş verir?

Yazar Unknown 0 yorum
Zümrüd YağmurBir İran az idi, indi də Türkiyənin Dəyanət Vəkfi bildirib ki nişanlı cütlərin əl-ələ gəzməsi, birlikdə vaxt keçirməsi tövsiyyə olunmur.
Türkiyənin bütün problemləri bitdi, elə bumu qalmışdı? 
Allah eşqinə, insanları rahat buraxın, günahmı, savabmı, bu onların verəcəyi qərar...
Ərdoğan deyəsən, Türk xalqının seçimlərdə birinci "yox"undan sonra yenə "hə" deməsinə yaman arxayın düşdü?!
Bu çoğrafiya nə zaman anlayacaq ki, dini dəyərlərin bu şəkildə zorla , qanunla tətbiqindən vaz keçmək lazımdır? Məzhəbçilik, dini qarşıdurmalar, bu tip qərarlarla İslam qorumaq olmur... Dini qorumaq istəyirsinizsə, demokratik dəyərləri toplumda hakim qılın, qalanını insanlar özləri tənzimləyəcək.
Kim dindar, kim ateist, kim deist alacaq, artıq bu onların seçimi...
Bu qərarı verənə sormaq lazım, günah edənin əvəzinə sənmi cavab verəcəksən.
Aha, sonra da deyirsiniz ki, Qərb qarışdırır.
Ağııllı olun, etməsinlər.                                                                                                                                  
Devamını Oku...
Qurban MəmmədovMənə elə gəlir ki, islam dövlətlərini məhv etmək, neftlə zəngin ölkələri işğal etmək məqsədilə, ilkin mərhələdə Qərbə xidmət edən şəxslər həmin dövlətlərin rəhbərliyinə gətirilir və sonradan onların əlilə də həmin dövlətlərə müdaxilə üçün zəmin hazırlanır.
Baxın:
Səddam Hüseyn--- çevriliş yolu ilə hakimiyyətə gələndə ilk olaraq onu Qərb dəstəklədi. Bir vaxt məlum olsa ki, sən demə, asılan Səddamın oxşarı imiş, özü sağdı, qətiyyən təəccüblənmərəm.
M. Qəddafi--psixi problemləri olduğu bütün dünyaya bəlli idi. Terrorçu idi, çevrilişlə hakimiyyətə gəldi, Qərb onu dəstəklədi, Ağ Evin qarşısında çadır qurdu, Sarkozinin prezident seçkilərini maliyyələşdirdi, müsəlmanların sərvətini Avropalılara yedirtdi, Liviyaya müdaxilə üçün bəhanə verib aradan çıxdı. Öldürülən Qəddafiydimi? Bu da şübhəlidir.
H.Mübarək-- eyni tale. Qərbin kumiri idi. Qanunsuz gəldi, İzrailin əlində oyuncaq oldu, Misiri çökdürmək üçün lazım olan bəhanəni Qərbə verib getdi.
B.Əsəd--oxşar ssenari. Atası Hafiz Əsəd silahlı dövlət çevrilişi ilə hakimiyyəti zəbt etdi. Uzun müddət Qərbin sevimlisi, Avropanın yem bazası oldu, hakimiyyəti atasından dədə malı kimi vərəsəliyə qəbul etdi, müsəlmanların başına açmadığı oyun qalmadı, Qərb uzun müddət ona əl çaldı, yüksək səviyyələrdə qarşılandı, indi də Suriyanı məhv etmək üçün Qərblə, Rusiya ilə birlikdə eyni işi görür: islam dünyasında söz sahiblərindən biri ola biləcək bir müsəlman dövlətini dünya xəritəsindən silir.
Bütün bu diktatorları birləşdirən eyni əlamət göz qabağındadır: hamısı hakimiyyətə qanunsuz gəlib, ilkin mərhələdə Qərb tərəfindən dəstəkləniblər, sonradan da öz ölkələrinə hərbi müdaxilə üçün Qərbə müxtəlif bəhanələr (seçki saxtakarlığı, insan hüquqlarının pozulması, korrupsiya, rüşvətxorluq, söz azadlığının, sərbəst toplaşma azadlığının pozulması, monopoliya və sair kimi) verərək islam dövlətlərini məhv edib, Qərbin yem bazasına çeviriblər.
Gəldiyim nəticə:
Ya Qərb bu dövlət başçılarının psixi xəstəliyindən, xarakter qüsurlarından istifadə edərək öz siyasətini qurur,
ya da həmin dövlət başçılarının ətrafına öz agentlərini yerləşdirməklə onların təsiri ilə həmin liderləri özlərinə sərf edən istiqamətdə çalışdırırlar.
Dostlar, sizcə, islam aləmində nə baş verir?
Müsəlmanlar öz dövlətlərinə sahib çıxa biləcəklərmi?
Bəs Azərbaycanı gözləyən eyni taledən qaça biləcəyikmi?
Yoxsa, gözlərimiz görə-görə, ağlımız dərk edə-edə bu Vətəni əldən verəcək, gələcək nəsillərin də haqqını kimlərəsə qapdıracağıq?
Mən millətimin, dövlətimin gələcəyindən çox, həm də lap çox narahatam!                                                      
Devamını Oku...

Gözəl səslər

Yazar Unknown 0 yorum
Devamını Oku...
Devamını Oku...
Devamını Oku...

Şirməmməd Hüseynov Heydər Əliyev haqqında

Yazar Unknown 0 yorum
Devamını Oku...