reklam

Manşet

Necə olacaq bu işlərin axırı?

Yazar Unknown 2 Ocak 2016 Cumartesi 0 yorum
Devamını Oku...
Devamını Oku...
Devamını Oku...
Devamını Oku...
Devamını Oku...

Gültəkin Hacıbəyli.Dollar bahalaşır.

Yazar Unknown 0 yorum
Gültəkin HacıbəyliBayram günlərində banklar və valyutadəyişmə məntəqələri işləmir, ancaq mağazalar, marketlər, restoranlar, iaşə obyektləri, xidmət sektoru əvvəlkindən daha gur fəaliyyət göstərir. Əhalin valyuta alıb-satmağa tələbatı da, bayramla əlaqədar artır. Hələ bayramdan əvvəl banklar dolları 1.60-dan alıb 1.72-dən satırdılar. Yəni, yüz dollarda 12 manat qazanırdılar. Azərbaycanda heç vaxt valyutadəyişmədə belə yüksək, az qala 8 faizlik fərq olmamışdı. Bu vəziyyətdə soyulan vətəndaşlar, qazanan isə hakim elitaya məxsus banklar olur. Bayram günlərində banklar işləmədiyindən bazarlıq etmək, uşağını əyləncə yerlərinə aparmaq, xaricə uşağına, xəstəsinə pul göndərmək, müalicəyə getmək, borcunu qaytarmaq və s. məqsədlərlə pul dəyişmək məcburiyyətində qalan vətəndaşlar qara bazara üz tutur. Burada isə vəziyyət daha pisdir. Dolları 1.70-dən alıb 2.50-dən satırlar. Yəni, yüz dollarda 80 manat qazanırlar. Bunu edən kimlərdir? Təbii ki, yenə də qara camaat deyil, əlində dövriyyəyə buraxmaq üçün kifayət qədər vəsaiti olanlar, yəni, yenə də, hakim elitaya daxil olan, yaxud yaxın olan şəxslərdir. İstənilən halda, qara bazardan da, ağ bazardan da qazanan onlar, itirən isə artıq itirməyə bir şeyi qalmamış sadə vətəndaşlarımızdır. Xalqı dilənçi vəziyyətinə gətirib çıxaran oliqarxlarımız hətta bu ağır vəziyyətdə də sadə vətəndaşlarımızın son qəpiyini də əlindən almaq, talan və soyğunçuluq siyasətindən əl çəkmirlər. Xalqımız isə, maşallah, dözür! Axı biz dözümlü xalqıq!                                                                                                                                                            
Devamını Oku...

Türkiyə xüsusi təyinatlıları

Yazar Unknown 0 yorum
Türkiyə quru qüvvələrində xüsusi əməliyyatlar üzrə komandanlıq mövcuddur. Bu komandanlıq bilavasitə Baş qərərgahın tabeliyində olan böyük həcmli bir qüvvədir. Bundan əlavə 4 komandos tipli (1-ci,2-ci və 3 dağ)briqadaları ordu qərərgahının tabeliyindədir.
Şəxsi heyət cox ciddi olaraq könüllü əsasla quru qqüvvələrindən secilir.Onlar BORDİ BERELİLƏR” adlanırlar.Bu tip qüvvələrdə xidmət etmək arzusunu bildirənlər,fiziki və başqa imtahanlardan əlavə yazılı imtahanlara,yəni psixoloji testlərə məruz qalırlar. Bu cür imtahanları verən müdavimlərin arasında bir yaxud bir neçə xarici dil bilən müdavimlərə daha çox üstünlük verilir.Bundan sonra secilmiş müdavimlər qiymətləndirici-məşq kurslarına cəlb olunurlar ki, bu zaman onlar 2.5 il müddətində yenidən fiziki,psixoloji ,intelektual testlərə məruz qalır və bu zaman əyər hansısa bir cətinlik yaranırsa-o zaman müdavim xaric olunaraq başqa ordu növlərinə göndərilir.
Məşqələlərə aiddir: dözümlülüyün yoxlanması( 40 kq yüklə 100 km-ə marşlar),maneələrin keçilməsi,silah və kütləvi qırğın vasitələrindən qorunma(kimyəvi,nüvə,bioloji və bakterioloji),hərbi məsələlər,paraşütlə tullanmaq,yaxın döyüş fəndləri,dərinliyə baş vurma,snayper və partladıcı-diversiya hazırlığı,terrorəleyhinə və axtarış metodları,müşahidə və kəşfiyyat,xarici dillərin öyrədilməsi,tibbi yardım,psixoloji hücum və təbliğat müharibəsi və s.
Türk xüsusi təyinatlılarının tədris metodikası ,ABŞ –ın “yaşıl beretlilərinin” tədris metodikası ilə oxşardır.
Bundan əlavə Türk xüsusi təyinatlı qüvvələr komandanlığının nəzdində gizli axtarış və xilasetmə qüvvəlri də vardır ki,onlar “MAK” adlanaraq şəxsi heyəti təxmini 100 nəfərdən coxdur.Bu kontingent quru qoşunlarından əlavə HHQ və HDQ qüvvələrindən secilir.Heyət və hazırlığına əsasən bu qüvvələr ABŞ-ın “DELTA” tipli xüsusi əməliyyatlar qüvvələrinə cox oxşardırlar. “MAK” qüvvələri dünya üzrə ən yaxşı hazırlanmış qüvvələr hesab olunur. Bu qüvvələr patriotik baxımında ən yüksək psixoloji hazırlığa malikdirlər.
MAK qüvvələrinin vəzifələri: düşmən strukturlarının,müdafiə və strateji obyektlərin müşahidə və kəşfiyyatı,diversiyaların aparılması və girovların,əsrlərin azad edilməısi,düşmən arxasında vurulmuş təyyarə və başqa ucan obyektlərin pilotlarının təxliyyəsi,terrorəleyhinə əməliyyatlar,yaxın döyüş aparılma,mülki əhalinin uzun zaman partizan müharibəsi aparmağa hazırlanması və s.
Əməliyyatlar :
Kürd İşci Partiyasının başcısı Abdulla ocalan və onun müavini Semdin Səkikin Keniyada həbsi;
Kürd işci partiyasının terrorcu birləşmələrinin Türkiyənin Cənubunda axtarılıb məhf edilməsi;
Küveyt,Bosniya,Kosovo,Albaniya,Əfqanıstan və Şimali İrakdakı əməliyyatlar;
Bir necə hissələri Əfqanıstanda” İndyuring-Freedom “əməliyyatında iştirak etmiş və Əfqan ordusunun xüsusi təyinatlılarının hazırlamışlar və s.
Silahlanma:
Xüsusi təyinatlıların silahlanmasında əsasən 9mm-lik MKE tapancaları,HK Mk 5 avtomatları,5.45mm M3A2,5.56mm M1A2,HK33,avtomatik tüfəngləri 7.62mm G3,FN FAL,pulemyotlar MG3,FN MAG,12.7mmM2HB,40mm qumbaraatanlar M79,M203,60mm minaatanlar M2,81mm UTİ,107mmM10ASP,120mm HY12DL,Tankəleyhinə vasitələr MİLAN ,TOW,106mm təpməyən toplar RCL M40(Gobra) və s.
Türkiyə xüsusi təyinatlıları bilavasitə başqa dost ölkələrin xüsusi təyinatlıları ilə təlimlər kecir,onların tədrisində iştirak edir və vasitələrlə yardımlar edirlər. Cox fərəhli haldır ki,Azərbaycan xüsusi təyinatlılarının hazırlanması metodikası və praktikasındada Türk xüsusi təyinatlıları yaxından iştirak edirlər.
Devamını Oku...