reklam

Manşet

Vətəndaşlar marketlərdə qiymət artımına etiraz edir.

Yazar Unknown 23 Aralık 2015 Çarşamba 0 yorum
Devamını Oku...

Akıllı maymun/Умный обезянь

Yazar Unknown 0 yorum
Devamını Oku...

Eldar Sabiroğlunun müstəntiq oğlu aclığa başladı

Yazar Unknown 22 Aralık 2015 Salı 0 yorum
“Bundan sonra susacağam, mənə sual verməyin”
Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, eks millət vəkili Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verərək müxalifətə keçdiyini bəyan edən oğlu Rüfət Səfərovun mənzilində axtarış aparılması, əmlakının
müsadirə edilməsi barədə
xəbər vermişdik.
Bu saatlarda musavat.com-un əməkdaşı ilə əlaqə saxlayan R.Səfərov bildirdi ki, bu saatdan etibarən aclıq aksiyasına başlayır. Müsahibimizin sözlərinə görə, evində və iş yerində aparılan axtarış, bu zaman yol verilən qanunsuzluqlar ona çox pis təsir edib. Təzyiqinin qalxdığını bildirən R.Səfərov “sabah məni saxlasalar da, müqavimət göstərə bilməyəcəyəm”, deyib: “Hələ ki oturmuşam yerimdə. Sabah millətimə və cənab prezidentə müraciət edəcəyəm. Barəmdə alçaldıcı formada nəsə deyilsə belə, susacağam və cavab verməyəcəyəm. Etirazımı aclıq aksiyası keçirməklə ifadə edəcəyəm. Ölkədəki bütün media mənsublarına 48 saat ərzində mənə verdikləri informasiya dəstəyinə görə təşəkkür edirəm. Amma bəyan edirəm ki, bundan sonra zəng edib və ya sosial şəbəkədəki profilimə yazıb mənə suallar verməsinlər. Kimsə əyani surətdə məni görmək istəyirsə, Zərdabdayam”.
Müsahibimiz musavat.com vasitəsilə bu məsələ ilə maraqlananlara da müraciət etdi: “Kim mənimlə maraqlanır, Zərdabdayam. Burdan onu da deyirəm ki, bir neçə saat öncəyə qədər Zərdabda müstəntiq idim. Məhkəmənin qərarı olmadan gəlib hər yerdə axtarış apardılar. Sabah səhər nələr olacaq, bundan sonra nələr edəcəklər, bilmirəm. Aclığa başladım. Allah nə qədər imkan verəcək, yaşayacağam”.
Devamını Oku...

Əli Kərimli: "Düşdüyümüz böhran çox ağırdır"

Yazar Unknown 0 yorum
Ali Karimli (Əli Kərimli)Bu bəladan asan çıxış yolu da yoxdur. Əlinizdə olan manatla hələ qiyməti qalxmamış məhsulları almaq (yaxşı edirsiniz, buna heç bir etirazım yoxdur) uzaqbaşı 1-2 həftə həyatınızı yüngülləşdirər, aydındır ki, bu çarə deyil. Heç sıralarından bu qədər siyasi məhbus vermiş Milli Şuranın, AXCP-nin toparlanıb 5-10 minlik mitinq keçirməsi də çarə deyil və hökuməti ciddi dəyişikliyə getməyə məcbur etməyəcək. Bu il fevral devalvasiyasından sonra 3 dəfə belə mitinq keçirdik. Xalqın kütləvi şəkildə qoşulmadığını hökumət də gördü və ona görə də növbəti devalvasiya qərarı verməkdən çəkinmədi.
İndi düşünmək lazımdır. İndiyə qədər taleyimizə biganə qalmağımızın səhv olduğunu ilk növbədə özümüzə etiraf etməliyik. Hər yerdə yalanın, hiylənin, yaltağın ağzından vurmaq, düz sözə, doğru əmələ, ədalət uğrunda mübarizəyə dəstək olmaq lazımdır. Milləti bu duruma salmış acgöz və bacarıqsız hakimiyyət haqqında həqiqətləri pıçıldamaq yox, uca səslə danışmaq, zəruri informasiya və bilikləri olmayan soydaşlarımızın da gözünü açmaq lazımdır. Vətəndaş olmaq, öz taleyimiz uğrunda mübarizəyə qoşulmaq, təşkilatlanmaq lazımdır. Özümüzə, millətimizə inanmalıyıq. İnanmalıyıq ki, biz də öz taleymiz uğrunda siyasi mübarizəyə hamılıqla qoşulsaq, kütləvi şəkildə dinc mitinqlərə dəstək versək, hökuməti xalqla hesablaşmağa, siyasi və iqtisadi islahatlara, hətta köklü dəyişikliklərə də sövq edə bilərik. Niyə də yox?
Devamını Oku...

Fikrət Hüseynli.NƏ ETMƏLİ VƏ NECƏ ETMƏLİ?

Yazar Unknown 0 yorum
Fikret HuseynliƏslində, məsələ aydındır. Xalq "nə etməli" sualının cavabını da bilir. Sadəcə, insanların gözünü qorxudublar. O üzdən hələ ki, sakitlikdir. Facebookdakı statusa görə adamları həbs etdikləri, cinayət işi açdıqları üçün insanlar burda da etiraza qorxurlar. Edilməli olanlar isə bunlardır:
1. İnsanlar dollarla aldıqları kreditləri ödəməkdən imtina etməlidirlər.
2. Malları yığışdıran marketlərdən alış-veriş edib kütləvi şəkildə pul ödəməməlidirlər.
3. Gömrükdə malı olan, texnika, avtomobil və sair gətirənlər kütləvi formada rüşvət verməkdən imtina etməlidirlər.
4. Maaşları az olanlar, əmək haqqı ala bilməyənlər iş yerlərində oturaq aksiya keçirib əmək haqları qalxmayana qədər həmin binaları tərk etməməlidirlər.
5. Valideynlər övladlarını kütləvi formada məktəbə göndərməkdən imtina etməlidirlər.
6. Pulu olmadığına görə adamlar nəqliyyat vasitələrindən istifadə edərkən gediş haqqı verməməlidirlər.
7. Tətillər başlamalı və hökumət məcburi olaraq istefaya getməlidir.
8. Tələbələr kirayə haqqı verməkdən, nəqliyyat pulu, təhsil haqqı ödəməkdən imtina etməli, universitetlərdə oturaq aksiyalara başlamalıdırlar.
Başqa edilməli olanları da siz yazın. Amma bunu da etməyə ürəkli insanlar lazımdır.
Devamını Oku...

Yetim Eyvaz:"Bəsdir qorxduq,bəsdir dözdük!"

Yazar Unknown 0 yorum
Devamını Oku...

Klassiklərimizdən Abbas Səhhətin müdrik sözləri.

Yazar Unknown 0 yorum
Devamını Oku...