reklam

Manşet

Əli Kərimli: "Düşdüyümüz böhran çox ağırdır"

Yazar Unknown 22 Aralık 2015 Salı 0 yorum
Ali Karimli (Əli Kərimli)Bu bəladan asan çıxış yolu da yoxdur. Əlinizdə olan manatla hələ qiyməti qalxmamış məhsulları almaq (yaxşı edirsiniz, buna heç bir etirazım yoxdur) uzaqbaşı 1-2 həftə həyatınızı yüngülləşdirər, aydındır ki, bu çarə deyil. Heç sıralarından bu qədər siyasi məhbus vermiş Milli Şuranın, AXCP-nin toparlanıb 5-10 minlik mitinq keçirməsi də çarə deyil və hökuməti ciddi dəyişikliyə getməyə məcbur etməyəcək. Bu il fevral devalvasiyasından sonra 3 dəfə belə mitinq keçirdik. Xalqın kütləvi şəkildə qoşulmadığını hökumət də gördü və ona görə də növbəti devalvasiya qərarı verməkdən çəkinmədi.
İndi düşünmək lazımdır. İndiyə qədər taleyimizə biganə qalmağımızın səhv olduğunu ilk növbədə özümüzə etiraf etməliyik. Hər yerdə yalanın, hiylənin, yaltağın ağzından vurmaq, düz sözə, doğru əmələ, ədalət uğrunda mübarizəyə dəstək olmaq lazımdır. Milləti bu duruma salmış acgöz və bacarıqsız hakimiyyət haqqında həqiqətləri pıçıldamaq yox, uca səslə danışmaq, zəruri informasiya və bilikləri olmayan soydaşlarımızın da gözünü açmaq lazımdır. Vətəndaş olmaq, öz taleyimiz uğrunda mübarizəyə qoşulmaq, təşkilatlanmaq lazımdır. Özümüzə, millətimizə inanmalıyıq. İnanmalıyıq ki, biz də öz taleymiz uğrunda siyasi mübarizəyə hamılıqla qoşulsaq, kütləvi şəkildə dinc mitinqlərə dəstək versək, hökuməti xalqla hesablaşmağa, siyasi və iqtisadi islahatlara, hətta köklü dəyişikliklərə də sövq edə bilərik. Niyə də yox?

Hiç yorum yok: