reklam

Manşet

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, FES-in qəbul etdiyi qərar gözlənilən idi:
“Şübhəsiz ki, FES-in qərarı bütün dünyaya, o cümlədən Azərbaycana, bizim milli valyutamıza öz təsirini göstərəcək. Təsirlər barədə detallı danışmaq hələ çox tezdir, bununla bağlı biz müvafiq təhlillərimizi aparırıq. Bilirsiniz ki, manatın məzənnəsi bivalyuta səbətinə uyğun şəkildə tənzimlənir. Buna görə, dollar və avro münasibətlərini ciddi şəkildə təhlil edirik”.
Son zamanlar ictimaiyyət arasında manatın növbəti dəfə devalvasiyaya uğraması, habelə üzən məzənnəyə keçidlə bağlı müxtəlif fikirlər səslənir. FES-in qərarı isə bu söz-söhbətlərin daha da böyüməsinə səbəb ol bilər.
Buna münasibət bildirən Mərkəzi Bank rəsmisi deyib:
“Hələlik bununla bağlı nə isə demək çox çətindir, proses hazırkı axarı ilə davam edəcək. Bununla bağlı daxili müzakirələr aparılır. Hadisələr çox sürətlə dəyişir və onlardan asılı olaraq, hökumətlə razılaşdırılmış, planlaşdırılmış şəkildə Mərkəzi Bank öz məzənnə siyasətini həyata keçirəcək”.
AMB rəsmisi ona da əlavə edib ki, hələlik bivalyuta səbətində dollar və avronun payında dəyişiklik gözlənilmir.
Qeyd edək ki, FES-in qəbul etdiyi qərara əsasən uçot dərəcəsi 0,25% artırılıb.
Devamını Oku...

Günay İsmayılova.HƏYAT, SƏN NƏ QƏRİBƏSƏN ....

Yazar Unknown 0 yorum
Bu insanları niyə fahişə yaratmısan ey aləmlərin Rəbbi? 
İlin əvvəlində həkimlərin xəstəyə olan biganə münasibətindən gileylənən, mediada əməlli başlı vay-şivən qoparan həkim Cavid Musazadə ilin sonunda özü əsil fahişəliklə məşğul olmağa başlayıb. M. Qasımov adına Respublika Kliniki Xəstəxanasında travmatoloq vəzifəsində işləyən bu şərəfsiz binamus bir neçə gündür ki, ona etibar edilmiş xəstənin üzərində iki tərəfli oyun quraraq özü üçün əsil biznes mənbəyi formalaşdırıb. Belə ki, təsadüfən baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almış gənc bir qızı Cavid Musasadəyə etibar edərək xəsarətin bərpası əməliyyatını icra etməsi üçün həmin gənc xanımı Respublika Kliniki Xəstəxanasına köçürüblər. Elə əsil həngamədə bundan sonra başlayıb. Cavid Musazadə yol nəqliyyat hadisəsini törədən şəxsin yaxınlarından 3.000 (üç min) manat alaraq xəstəni Reanimasiya şöbəsinə yerləşdirib. Ardıncada, xəstənin öz yaxınları ilə təmasa keçərək, onları qızışdırmağa başlayıb və yol göstərib ki, hadisəni törətmiş şəxsin yaxınlarından 10.000 manat pul tələb etsin. Bundan sonra isə, yenidən hadisəni törətmiş şəxsin yaxınlarına bildirirb ki, xəstənin adamları deyirlər ki, hadisəni törətmiş şəxsin yaxınları bizə 10.000 manat versinlər və bir daha xəstəxanaya gəlməsinlər.
Fərasətə baxın. Cavid Musazadə adlı bu həkim fahişəsi görün hansı üsulla pul qazanır. İndi məsələ o həddə çatıb ki, tərəflər aranı qızışdırdığı üçün Cavid Musazadəni təqsirkar bilirlər və hər iki tərəf Cavid Musazadənin ölüsünü dirisini söyür. Cavid Musazadə isə xəsarət alan tərəfi onu oyuna çəkməkdə təqsirləndirir.
Bu zaman ağlıma məhşur bir deyim düşür. Təxminən 2000-ci illərdə ata Buş prezident olarkən, İraqda həkimlərin insanlara münasibətini görüb demişdi ki, öz peşəsindən kənara çıxan həkimlə öz evindən kənara çıxan arvad eynidi. İkisinədə fahişə deyilir. Cavid Musazadə bu fahişəliklə hara qədər gedəcək bilmirəm, ancaq bilirəm ki, həftənin birinci günü bütün media bu olaydan yazacaq.
Devamını Oku...

Bəzi nazirlik və dövlət komitəsi ləğv ediləcək.

Yazar Unknown 0 yorum
Hökumət anti-böhran tədbirləri çərçivəsində bir neçə dövlət qurumunu ləğv etməyə hazırlaşır.
“Azadlıq”a verilən məlumata görə, növbəti ildə Nəqliyyat Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, “Azərenerji”, Su və Meliorasiya Xidməti, Diasporla Iş üzrə Dövlət Komitəsi, hüquq-mühafizə orqanlarının bəzilərindəistintaq idarələri, “JEK”lər, Daxili Işlər Nazirliyi istisna olunmaqla dövlət qurumlarının yerli idarə və şöbələrinin ləğv olunması planlaşdırılır.
Bildirilir ki, Nəqliyyat Nazirliyinin yerdə qalan səlahiyyətləri (bu qurum əksər səlahiyyətlərini artıq itirib) Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilə bilər. Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, “Azərenerji”nin isə Sənaye və Energetika Nazirliyinə birləşdirilməsi gözlənilir.
Bəzi məlumatlara görə, mümkündür ki, “Azərnereji” ilə Sənaye və Energetika Nazirliyi ləğv edilərək onların bazasında yeni vahid qurum yaradılsın. Su və Meliorasiya Xidmətinin səlahiyyətləri isə 3 qurumun arasında bölüşdürələ bilər. Bu qurumlar Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və “Azərsu”dur. Diasporla Iş üzrə Dövlət Komitəsinin isə Xarici Işlər Nazirliyinə birləşdiriləcəyi bildirilir.
Devamını Oku...
Ali Karimli (Əli Kərimli)Son 8 iş günü ərzində Mərkəzi Bankın valyuta ehtiyatları daha 748 milyon dollar azalıb. Bu qədər pulu guya, manatın məzənnəsini qoruyub saxlamaq üçün xərcləyiblər. Beləliklə, indi MB-ın yalnız 5.5 milyard dollar valyuta ehtiyatı qalıb. Qısa zaman ərzində dövlət ehtiyatlarımızın 10 milyard dollara qədəri əriyib. 10 milyard dollar isə çox böyük vəsaitdir. Bu vəsaitin nə qədər böyük olduğunu təsəvvür etmək üçün bu kiçik müqayisəyə diqqət etmək yetərlidir. Manatın məzənnəsini saxlamaq adı ilə təqribən 1 il ərzində əridilən vəsaitlər gələnilki dövlət büdcəsində səhiyyəyə ayrılan vəsaitdən 13 dəfə, kənd təsərrüfatına ayrılan vəsaitdən 17 dəfə, iqtisadi fəaliyyət üçün ayrılan vəsaitdən 40 dəfə, sahibkarlığa dəstək üçün ayrılan vəsaitdən 150 dəfə, ipotekaya dəstək üçün ayrılan vəsaitdən 200 dəfə çoxdur. Təsəvvür etdiniz ki, dövlət və millət olaraq nə qədər vəsait itirdik?
Belə olmaya bilərdimi? Əlbəttə. Əgər vaxtında manatın məzənnəsi süni şəkildə şişirdilməsəydi, qeyri-neft sektoru, yerli istehsal inkişaf etdirilsəydi, ən elementar məhsullar da ölkəyə xaricdən idxal olunmasaydı, iqtisadiyyatımız, büdcəmiz neftdən bunca asılı olmasaydı, bir sözlə, ölkəmizdə iqtisadi azadlıqlar və normal idarəçilik olsaydı, bu qədər itkilər verməzdik.
Əziz həmvətənlər, ölkəni kimlərin və necə idarə etməsinin hamımızın həyatına, şəxsi büdcəmizə dəxli var. Heç kim “mən siyasətə qarışmıram deyib” yaxasını kənara çəkməsin. Hər birimiz fikirləşək ki, bacarıqsız və korrupsioner hökumət hər birimizə, ailələrimizə neçəyə başa gəlir?
Devamını Oku...

Azərbaycan reallıqları

Yazar Unknown 0 yorum
Bu gün "Xəzər Tv" deyirdi ki, Cəlilabadın yolları təmir edilir......Soruşmaq ayıb olmasın, belə təmir edilir?
M.Hadi küçəsi
Devamını Oku...

Azərbaycan reallıqları

Yazar Unknown 0 yorum
Devamını Oku...

Azərbaycan reallıqları

Yazar Unknown 0 yorum
Devamını Oku...