reklam

Manşet

Əli Kərimli.Mərkəzi Bank 8 gündə 748 milyon dollar itirdi.

Yazar Unknown 18 Aralık 2015 Cuma 0 yorum
Ali Karimli (Əli Kərimli)Son 8 iş günü ərzində Mərkəzi Bankın valyuta ehtiyatları daha 748 milyon dollar azalıb. Bu qədər pulu guya, manatın məzənnəsini qoruyub saxlamaq üçün xərcləyiblər. Beləliklə, indi MB-ın yalnız 5.5 milyard dollar valyuta ehtiyatı qalıb. Qısa zaman ərzində dövlət ehtiyatlarımızın 10 milyard dollara qədəri əriyib. 10 milyard dollar isə çox böyük vəsaitdir. Bu vəsaitin nə qədər böyük olduğunu təsəvvür etmək üçün bu kiçik müqayisəyə diqqət etmək yetərlidir. Manatın məzənnəsini saxlamaq adı ilə təqribən 1 il ərzində əridilən vəsaitlər gələnilki dövlət büdcəsində səhiyyəyə ayrılan vəsaitdən 13 dəfə, kənd təsərrüfatına ayrılan vəsaitdən 17 dəfə, iqtisadi fəaliyyət üçün ayrılan vəsaitdən 40 dəfə, sahibkarlığa dəstək üçün ayrılan vəsaitdən 150 dəfə, ipotekaya dəstək üçün ayrılan vəsaitdən 200 dəfə çoxdur. Təsəvvür etdiniz ki, dövlət və millət olaraq nə qədər vəsait itirdik?
Belə olmaya bilərdimi? Əlbəttə. Əgər vaxtında manatın məzənnəsi süni şəkildə şişirdilməsəydi, qeyri-neft sektoru, yerli istehsal inkişaf etdirilsəydi, ən elementar məhsullar da ölkəyə xaricdən idxal olunmasaydı, iqtisadiyyatımız, büdcəmiz neftdən bunca asılı olmasaydı, bir sözlə, ölkəmizdə iqtisadi azadlıqlar və normal idarəçilik olsaydı, bu qədər itkilər verməzdik.
Əziz həmvətənlər, ölkəni kimlərin və necə idarə etməsinin hamımızın həyatına, şəxsi büdcəmizə dəxli var. Heç kim “mən siyasətə qarışmıram deyib” yaxasını kənara çəkməsin. Hər birimiz fikirləşək ki, bacarıqsız və korrupsioner hökumət hər birimizə, ailələrimizə neçəyə başa gəlir?

Hiç yorum yok: