reklam

Manşet

Fuad Qəhrəmanlı 3 aylıq həbs-qətimkan qərarından sonra məhkəmədən çıxarı...

Yazar Unknown 8 Aralık 2015 Salı 0 yorum
Devamını Oku...
Gültəkin HacıbəyliDünəndən bəri sosial şəbəkələrdə Salyan rayon icra hakimiyyəti başçısı Tahir Kərimovun bu şəkli paylaşılır. Bu, tipik Azərbaycan icra hakimiyyəti başçısının ümumiləşdirilmiş obrazıdır. 5-10 faiz istisna olmaqla, yerdə qalanlar elə təxminən bu səviyyədədir və ya daha betərdir. Sanki icra başçısı təyin etmək üçün tender keçirirlər, ən səviyyəsiz, küt, savadsız, mədəniyyətsiz, qabiliyyətsiz kimdirsə, tapıb vəzifəyə təyin edirlər. Yeganə məqsədi büdcəni, kənd rayonlarında isə xüsusilə təhsilin büdcəsini talamaq, sahibkarların anasını ağlatmaq, insanları kölə əsarətində saxlamaq olan bu təbəqədən başqa heç bir qabiliyyət tələb olunmur. Odur ki, Tahir müəllimə çox sataşmayın, ümumi standartlara tam uyğundur və uzun illərdir ki, etimadı doğruldur)))))))))))))))
Devamını Oku...
Devamını Oku...

Əli Kərimli.Fuad Qəhrəmanlını həbs etdilər.

Yazar Unknown 0 yorum
Ali Karimli (Əli Kərimli)Fuad Qəhrəmanlını həbs etdilər. Barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi. İttiham olunduğu maddələrə görə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Aydındır ki, Fuad bəyi nə dövlət əleyhinə çağırışlarına, nə də milli, irqi, sosial və ya dini düşmənçilik salmasına görə tuturlar. Fuad bəyi tam əksinə, dövlətini çox sevdiyinə, onu azad etmək istədiyinə, ölkəsində milli, dini bütövlük yaratmaq istədiyinə, rejimlə məhz dinc, lakin ardıcıl mübarizə apardığına görə tuturlar. Rəsmən elan ediblər ki, Fuad bəyi facebookda yazdığı yazılara görə həbs edirlər. Fuad bəyin vicdan məhbusu olduğunu daha sübut etmək lazım gəlməyəcək. Çünki hökumət də etiraf edir ki, onu düşüncə və yazılarına görə həbs edirlər. Fuad bəyin həbsi hökumətin AXCP-yə və Milli Şuraya qarşı nifrətinin ifadəsidir. Ölkədə real müxalifəti sarsıtmaq siyasətinin tərkib hissəsidir.
Fuad bəyin həbsi qanunsuz və siyasi sifarişin nəticəsi olsa da, gözlənilməz də deyil. Fuad bəy rejimlə mübarizənin ən ön cəbhəsində idi. Rəqib düşərgə də onun mübarizəsində nə qədər səmimi və fədakar olduğunu görürdü və özünəməxsus formada Fuad bəyin həbsi ilə bu fədakarlığı “qiymətləndirdi”. Həbs olunmaq təhlükəsi olduğunu bilə-bilə Fuad bəy mübarizəsində bir addım da geri atmadı, özünü repressiyalardan qorumağa çalışmadı. Vətən belə oğulların hesabına azadlığına qovuşacaq.
Səninlə fəxr edirəm, əziz dostum! Sən əlbəttə ki, azadlığına qovuşacaqsan, hələ bu dövlətin idarə olunmasında da iştirak edəcəksən! Əminəm ki, indi yaşadığımız çətinliklər müvəqqətidir, millətimizin sınağa çəkilməsidir. Millətimiz sınaqdan üzüağ çıxacaq. Görün, bu xalqın nə qədər fədakar, ləyaqətli oğul və qızları var!
(c) AXCP sədri Əli Kərimli
Devamını Oku...

Zamin Hacı."Xədicə İsmayıl" mükafatı

Yazar Unknown 0 yorum
Zamin Vəzir Hacı"Azadlıq" radiosu bütün ölkələrdəki redaksiyaları arasında beynəlxalq araşdırmaçı jurnalistlər üçün "Xədicə İsmayıl" mükafatı təsis edib. Çox xoş xəbərdir. Bir jurnalist üçün sağlığında adına ödül yaradılması böyük uğurdur. Khadija Ismayil-ın dünyada meda adına almadığı ödül demək olar qalmamışdı, dostlarla zarafata deyirdik bir dənə "Oskar" qalıb. İndi öz mükafatı da yarandı, azadlıqda olsa bəlkə bunu da özü alardı smile duyğusu. Jurnalisti 1 ildir zindanda saxlayan Əliyev utansın.
Arzu edərdim "Xədicə İsmayıl" ödülünün birincisini Azərbaycandan kimsə alsın. Şərtlərə görə ingilis dilini bilmək vacibdir. Başqa şərtlər də radionun saytında var. Jurnalistlərimizə uğur diləyirəm.
Devamını Oku...
Devamını Oku...
Saadet Cahangir"Platformada istifadə edilən “lifeboat”- yeni qayıqlar.
D class qayıqlar -60 min dollar.
B class Atlantik 85 - 300 min dollar 
“Shannon” class qayıqlar - 2.5 milyon dollar
Bu qayıqlar platformalarda ən çox istifadə olunan qayıqlardır ki heç biri “SOCAR” da yoxdur. “Günəşli” platformasında 1 günlük neft gəliri təxminən 225 min dollar edir ki , bu pulla 3 ədəd D class “ifeboat” almaq olardı .."
Devamını Oku...