reklam

Manşet

Əli Kərimli.Fuad Qəhrəmanlını həbs etdilər.

Yazar Unknown 8 Aralık 2015 Salı 0 yorum
Ali Karimli (Əli Kərimli)Fuad Qəhrəmanlını həbs etdilər. Barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi. İttiham olunduğu maddələrə görə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Aydındır ki, Fuad bəyi nə dövlət əleyhinə çağırışlarına, nə də milli, irqi, sosial və ya dini düşmənçilik salmasına görə tuturlar. Fuad bəyi tam əksinə, dövlətini çox sevdiyinə, onu azad etmək istədiyinə, ölkəsində milli, dini bütövlük yaratmaq istədiyinə, rejimlə məhz dinc, lakin ardıcıl mübarizə apardığına görə tuturlar. Rəsmən elan ediblər ki, Fuad bəyi facebookda yazdığı yazılara görə həbs edirlər. Fuad bəyin vicdan məhbusu olduğunu daha sübut etmək lazım gəlməyəcək. Çünki hökumət də etiraf edir ki, onu düşüncə və yazılarına görə həbs edirlər. Fuad bəyin həbsi hökumətin AXCP-yə və Milli Şuraya qarşı nifrətinin ifadəsidir. Ölkədə real müxalifəti sarsıtmaq siyasətinin tərkib hissəsidir.
Fuad bəyin həbsi qanunsuz və siyasi sifarişin nəticəsi olsa da, gözlənilməz də deyil. Fuad bəy rejimlə mübarizənin ən ön cəbhəsində idi. Rəqib düşərgə də onun mübarizəsində nə qədər səmimi və fədakar olduğunu görürdü və özünəməxsus formada Fuad bəyin həbsi ilə bu fədakarlığı “qiymətləndirdi”. Həbs olunmaq təhlükəsi olduğunu bilə-bilə Fuad bəy mübarizəsində bir addım da geri atmadı, özünü repressiyalardan qorumağa çalışmadı. Vətən belə oğulların hesabına azadlığına qovuşacaq.
Səninlə fəxr edirəm, əziz dostum! Sən əlbəttə ki, azadlığına qovuşacaqsan, hələ bu dövlətin idarə olunmasında da iştirak edəcəksən! Əminəm ki, indi yaşadığımız çətinliklər müvəqqətidir, millətimizin sınağa çəkilməsidir. Millətimiz sınaqdan üzüağ çıxacaq. Görün, bu xalqın nə qədər fədakar, ləyaqətli oğul və qızları var!
(c) AXCP sədri Əli Kərimli

Hiç yorum yok: