reklam

Manşet

Əliağa Vahid kitabla birlikdə 1939-cu ildə çəkilmiş foto

Yazar Unknown 6 Aralık 2015 Pazar 0 yorum
Devamını Oku...

Azərbaycanın "uşaq tanrısı" ləqəbli naziri

Yazar Unknown 0 yorum
Yevsey Yakovlevic Gindes 1872-ci ildə Kiyevdə doğulmuşdur

1897-ci ildə Kiyev Universitetinin tibb fakültəsini bitirərək professor Çernovun klinikasında praktikaya başlamışdır,burada 8 il işləyən Gindes Kiyevdəki Aleksandrov xəstəxanasının uşaq infeksion şöbəsində 2 il çalışmışdır

Həmin vaxtlar Gindes Kiyev Bakterioloji İnstitutunda araşdırmalara başlamış və tezliklə uşaq xəstəliklərinə aid 7 nəşr o cümlədən ”Kiyev şəhərinin uşaq əhalisinin sağlamlıq vəziyyətinin öyrənilməsi materialları” əsərini yazmışdır

1905-ci ildə Bakı neft Şurasının tibbi-sanitariya konvensiyası ümummilli müsabiqə elan edir və bu Gindes müsabiqəni keçərək Çernoqorod xəstəxanasına həkim təyin olunur

Bakıya gələn Gindes ilk olaraq xəstəxanada süd mətbəxi açır,və buradan şəhərin bütün klinikalarına pulsuz pəhriz yeməkləri çatdırılır,daha sonra pediatrlar üçün ixtisasartırma kursları təşkil edir,məşhur uşaq xəstəlikləri və onlara qarşı mübarizə aparmaq üçün broşürlər hazırlatdırır

Təkcə Bakının özündə yox qəsəbələrdə belə Süd damcısı adında pulsuz konsultasiyalar keçirdir,uşaq ölümün maksimum azaltmağa çalışırdı.Gindes həmkarı Leybzonla bərabər xəstə uşaqlari müalicə edir ən ağır xəstələrdən belə 25 qəpikdən çox pul almırdı,çox vaxt xəstələri müalicə edərkən ailənin kasıblığını görür yazdığı reseptlərin arasına dərman alınması üçün pul qoyurdu

Azərbaycan Demokratik Respublikası dövründə Fətəli xan Xoyskinin 3-cü Hökumət kabinəsində xalq səhiyyə naziri işləmişdi.O, slavyan-rus cəmiyyətinin üzvü idi. Sovet hakimiyyəti illərində Gindes Bayıldakı uşaq xəstəxanasının təşkilatçısı və baş həkimi olmuş (1932-45), 1941-ci ildə dissertasiya müdafiə etmədən tibb elmləri doktoru, professorluğu təsdiq edilmişdir. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda uşaq xəstəlikləri kafedrasının professoru (1945-52) olmuşdur. Qafqazda ilk uşaq məsləhətxanası, süd məhsulları ("Süd damcısı”) mətbəxi (fəhlə rayonları olan Bayılda və Sabunçuda filialı var idi) təşkil etmişdir.

1950-ci ildə etdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı fəxri adı verildi,Lakin onun üçün ən böyük mükafat bakılıların böyük sevgisi və hörməti idi,Bakıda Gindesi "Uşaq tanrısı” adlandırırdılar

1954-cü ildə Bakıda vəfat edəndə sanki bütün Bakı "Uşaq tanrısı" olan Gindeslə vidalalaşmağa gəlmişdi.
(Kult.az)
Devamını Oku...

Baku - Boyukagha Mirzazade

Yazar Unknown 0 yorum
Devamını Oku...

Almaniyanın Maliyyə naziri Peer Steinbrück işə gedərkən

Yazar Unknown 0 yorum
Devamını Oku...

Yəni çox iş-iş deyib fəxr etməyin

Yazar Unknown 0 yorum
Devamını Oku...
Devamını Oku...

Nazim Hikmətlə bağlı maraqlı hekayə

Yazar Unknown 0 yorum


Türk şairi Nazim Hikmət Bursa həbsxanasında cəza çəkirmiş. Bir gün Ədliyyə Nazirliyindən bir müfəttiş həbsxananı yoxlamağa gəlir. Həbsxana rəisindən xahiş edir ki, Nazim Hikməti çağırsın, onunla görüşmək istəyir.
Nazimi çağırırlar. Otağa daxil olur.... Aralarında qısa söhbət olur. Amma nazirliyin əməkdaşı şairə oturmağı təklif etmir. Söhbətdən sonra: "Gedə bilərsiniz" - deyir. Nazim Hikmət qapıdan çıxarkən geri dönür və müfəttişdən soruşur:
- Ömər Xəyyamı tanıyırsınız?
- Əlbəttə. Onu tanımamaq olarmı?
- Bəs Ömər Xəyyamın dövründə padşah kim olub, deyə bilərsiniz?
Müfəttiş bu gözlənilməz sualdan təəccüblənir və cavab verə bilmir.
Nazim Hikmət deyir:
- Görürsünüz, sənətkarı xatırladınız, amma padşahı xatırlamadınız. Vaxt gələcək, nə ədliyyə nazirini xatırlayacaqlar, nə də sizi. Amma mənim adımı hər zaman xatırlayacaqlar.
Bunu deyib çıxıb gedir. Müfəttiş səhvini başa düşür. Onu çağırsa da, şair geri dönmür.
Devamını Oku...