reklam

Manşet

Nazim Hikmətlə bağlı maraqlı hekayə

Yazar Unknown 6 Aralık 2015 Pazar 0 yorum


Türk şairi Nazim Hikmət Bursa həbsxanasında cəza çəkirmiş. Bir gün Ədliyyə Nazirliyindən bir müfəttiş həbsxananı yoxlamağa gəlir. Həbsxana rəisindən xahiş edir ki, Nazim Hikməti çağırsın, onunla görüşmək istəyir.
Nazimi çağırırlar. Otağa daxil olur.... Aralarında qısa söhbət olur. Amma nazirliyin əməkdaşı şairə oturmağı təklif etmir. Söhbətdən sonra: "Gedə bilərsiniz" - deyir. Nazim Hikmət qapıdan çıxarkən geri dönür və müfəttişdən soruşur:
- Ömər Xəyyamı tanıyırsınız?
- Əlbəttə. Onu tanımamaq olarmı?
- Bəs Ömər Xəyyamın dövründə padşah kim olub, deyə bilərsiniz?
Müfəttiş bu gözlənilməz sualdan təəccüblənir və cavab verə bilmir.
Nazim Hikmət deyir:
- Görürsünüz, sənətkarı xatırladınız, amma padşahı xatırlamadınız. Vaxt gələcək, nə ədliyyə nazirini xatırlayacaqlar, nə də sizi. Amma mənim adımı hər zaman xatırlayacaqlar.
Bunu deyib çıxıb gedir. Müfəttiş səhvini başa düşür. Onu çağırsa da, şair geri dönmür.

Hiç yorum yok: