reklam

Manşet

Turxan Qarışqa.Faciə barədə şahidin dilindən

Yazar Unknown 6 Aralık 2015 Pazar 0 yorum
Turxan QarishgaBaş verənlərin təfərrüatına varmayacam, sadəcə onu deyim ki, biz ilk yardıma gələnlər sırasındaydıq. Əfsus ki, 30 insan artıq dalğaları 11 metr hündürlüyə qalxan dənizə düşmüşdü. Onlardan 4-ü xilas oldu - dənizdə batmaq təhlükəsini gözə alan cəsarətli insanların 11 metrlik dalğaya xilasedici qayıq endirməsi sayəsində. Onların necə risk etdiklərini təsəvvürünüzə belə gətirə bilməzsiniz. Gəmilərdə illüminatorlar yanıb-sönür və göyərtəni su basırdı, qasırğa projektorları qoparır, əsas mühərriklər işləmirdi, onlarsa heç olmasa kimisə xilas edə bilmək üçün suya plastik xilasedici qayıq saldılar. Xəbərlərdə onlar barədə heç kim heç nə söyləyən deyil. Əhsən, uşaqlar, sizinlə ilk görüşdəcə əllərinizi sıxacam. Xilas edilənlərdən biri, təəssüf ki, dünyasını dəyişdi... 26 nəfər həmişəlik suya qərq oldu. Hətta hidrokostyumda belə bu cür suya 4 saatdan artıq davam gətirmək mümkün deyil.
29 adam patformanın ayaqlarında ilişib qalan ikinci qayıqda, demək olar ki, 12 saat keçirdi. Onların bəxti daha çox gətirdi. Hamısını xilas etmək mümkün oldu. Qayığa minməyə macal tapmayan 3 adam yanan platformada qaldı. Onların səsi hələ də qulaqlarımdadı: "Yalvarırıq, bura su çiləyin, istidən öləcəyik"... Gəmilər platformaya su çiləyə bilmək üçün növbə ilə ağzın dalğaları yarmağa çalışdı. Bu səhnə yaddaşımdan ömürlük silinən deyil.
Siz o xəbərlərdəki görüntülərə aldanmayın: bir neçə gəmi əla hava şəraitində platformadakı yanğını söndürür. Hadisə heç də belə cərəyan etməyib, hər şey qat-qat pis idi.
Mən hələ digər platformada suya düşənlər barədə danışmıram.
Və ən İYRƏNCİ - xəbəri nə cür çatdırmağı dəqiqləşdirmək üçün "böyük dayıların" ardı-arası kəsilməyən zəngləri idi. Sən bütün gücünü toplayıb qaranlığa zillənir və fənərlə kimisə göməyə, kimisə xilas etməyə çalışırsan. Onlarsa səni hər dəqiqə başı zəng edərək dəng edirlər ki, yaşananlar barədə nəyi danışmaq olar, nəyi yox. Bilirsiniz nə var? Əbləhlər, görüm sizi gəbərəsiniz! Bu, Denisin söylədiklıridi. Mən də eyni sözü təkrarlayıram: Görüm sizi gəbərəsiniz, əbləhlər!!!

Hiç yorum yok: