Manşet
Bu il YAP tərəfindən deputat seçilən Naqif Həmzəyev baxın, Rəsulzadə haqda nələr deyir:
“Rəsulzadənın büstünə torba keçirilməsi ilə bağlı son durum haqda nə deyərdiz?” sualına cavabı gözlənilməz olub. “Niyə Rəsulzadının büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram, mənim üçün bircə lider var, o da ümummilli lider. Gəncəli gənclər də mənim bu fikrim ilə razıdırlar” deyən N. Həmzəyev Rəsulzadəni satqın adlandırıb: “O bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub”.

Tatarıstanın paytaxtı Kazan şəhərində “Tatarıstan dövlətçiliyinin problemləri” adlı elmi-praktik konfrans keçirilib. Tədbirlə bağlı göndərilən dəvətnamələrdə isə əsasən “Tatarıstan prezidenti vəzifəsi necə saxlanılsın” sualı xüsusi vurğulanırdı. Vətəndaş cəmiyyəti fəallarının, alimlərin, keçmiş deputatların qatıldığı tədbirdə də əsasən bu məsələ müzakirə edilirdi.
Məlum olduğu kimi, federal qanun respublika rəhbərləri üçün “prezident” vəzifəsini ləğv edib. Bu vəzifə yalnız Tatarıstan rəhbəri Rüstəm Minnixanov üçün saxlanılıb. Qanun 2015-ci ilin sonuna qədər bu vəzifənin adını dəyişdirilməsini tələb edir.
Konfransın əsas mövzusundan əlavə iştirakçılar tatar xalqının problemlərinə də toxunublar. Əsasən tatar dilində təhsil almağın mümkünsüzlüyü barədə danışılırdı.
Sonda qəbul olunan qətnamədə isə iştirakçılar Dövlət Şurasına Tatarıstanın 1992-ci il konstitusiyasının əsas maddələrini bərpa etməyi təklif edib. Bu maddələrdə qeyd olunurdu:
– Tatarıstan – suveren dövlətdir, beynəlxalq hüququn subyektidir,
– Tatarıstan respublikasının qanunları öz ərazisində hakimlik edir,
– torpaq və onun sərvətləri xalqa məxsusdur.

Hansısa kənddə dini simvolları, bayraqları yığışdırmaqla nə dəyişir? Bununla sekulyar cəmiyyət, dünyəvi ölkə olmaqmı olar? Ona qalsa, Sovet vaxtı camaat cibində zor-xoş "allahsızlar bileti" gəzdirirdi. Nəticə? Onda universitet auditoriyalarında ateizmdən dərs deyənlər indi həcidirlər, kərbəlayı, məşədidirlər.
Dünyəvi ölkə olmaq modern hüquqa sayğı duymaqla mümkündür. Dünyəvi ölkə olmaq üçün elə etmək lazımdır, insanların əli yerdən üzülməsin və üzünü göylərə tutmasın. Ədaləti yerdə bərpa etsən, heç kim onu göylərdən gözləməyəcək. Sən təhsil ocaqlarını məhv edəndə insanlar əlbəttə seyid ocaqlarına axışacaqlar. Sən səhiyyəni xaraba qoyanda, xəstəxanaları rüşvət və korrupsiya yuvasına çevirəndə, leksikona "ağ xalatlı cəlladlar", "həkim terroru" kimi ifadələrin daxil olmasına rəvac verəndə adamlar əlbəttə, şəfanı pirlərdə axtaracaqlar. Sənin məhkəmələrin çağdaş hüququ, çeynəyib, pulla, sifarişlə hökm çıxaranda adamlar əlbəttə, şəriət hökmünü özləyəcəklər.
Qısası, dünyəvi ölkə olmaq həmin ölkədə, Konstitusiyada yazıldığı kimi, "rəsmi, qanuniləşdirilmiş dinin mövcud olmaması", ya da "dinin dövlətdən ayrılması" ilə bitmir. Dünyəvi ölkədə modern hüquq işləməlidir, onun iradəsi üzərində iradə olmamalıdır. Əks halda hər cür ekstremizm - etnik, irqi, o cümlədən dini radikalizm qaçılmaz təhlükədir. Bunu daxili-maxili qoşunla, administrativ güclə önləyə bilməzsiniz.

“Tez-tez bu sözləri eşidirdik: “Məhəmməd Əmin sizi burada qoyub özü aradan çıxdı. İndi xaricdə kefi kök, damağı çağ yaşayır. Siz heç yadına da düşmürsünüz”. Bu sözlərə anam əhəmiyyət vermirdi. O, atama inanırdı. Atamın heç bir günahının olmadığını da hərdən danışırdı. Bu söz-söhbət ən çox qardaşım Rəsulu dilxor edirdi. Məktəbdən gələn kimi hirslə çantasını bir küncə atıb deyirdi: “Müəllimlərim məni bezdiriblər. Hər gün dərsdə deyirlər ki, “Məhəmməd Əminlər belə etdi, Məmməd Əminlər elə etdi...”. Anam sakitləşdirirdi Rəsulu. Deyirdi ki, elə sözlərə fikir vermə...” (Rəsulzadənin oğlu Azərin xatirələrindən).