Manşet
Eldəniz İsmayıloğlu Bəlkə də hər birimiz bu sözü dəfələrlə eşitmişik,mən siyasəti sevmirəm,siyasətlə maraqlanmıram və s.bu kimi və buna bənzər ifadələr.Qardaşım siyasət gözəl qadınmıdır ki,onu sevək.Kim sevir ki onu,heç kim,heç mən də sevmirəm.Amma biz ona məcburuq,çünki biz istəsək də,istəməsək də siyasət hər birimiz həyatına öz təsirini göstərir.Siyasəti sevməyən,siyasətlə maraqlanmayan xalqların hamısı bizim kimi kölə olur və o ölkələrdə diktator rejimlər qurulur.Bu aksiomadır,bunu tarix sübut etmişdir,öz taleyinə biganə olan ,öz haqqını tələb etməyi bacarmayan xalqlar ya köləyə çevrilmişlər,ya da digər xalqlar tərəfindən tarix səhnəsindən silinmişlər. Götürək elə öz ölkəmizi,80-cı illərin sonunda xalq siyasətdə çox aktivləşmişdi və bunun da nəticəsində müstəqillik əldə edildi və SSRİ kimi nəhəng bir zülm,istibdad rejimi dağıldı.Azərbaycanda demokratik dövlət quruldu,lakin sonradan rus KGB-sinin vasitəsilə demokratik qüvvələr hakimiyyətdən uzaqlaşdırıldılar. Rusiyanın da dəstəyi ilə Heydər Əliyev hakimiyyətə gələndən sonra,məqsədli şəkildə xalqı siyasətdən yenə soyutdular və istədikləri kimi at oynatmağa başladılar.Mən şəxsən elə fikirləşirəm ki,siyasət iyrənc şeydir,siyasət murdar şeydir kimi sözləri də məhz xalqı siyasətdən diksindirmək üçün,diktatorlar tərəfindən məqsədli şəkildə ortaya atılmış ifadələrdir. Bu gün Azərbaycan xalqı siyasətdən demək olar ki,tamamilə uzaqlaşmışdır və ölkənin gəldiyi durum göz qabağındadır.
Nardaranlıların borc strukturundakı 42 milyon 267 min manatdan 2007-2015-ci illərin payına 8 milyon 532 manat, 2007-ci ilədək olan dövrün payına 33 milyon 735 min manat düşüb.
Əgər 33 milyon 735 min manatı 306 min 900 manata (illik istehlak) bölsək belə alınır ki, nardaranlılar 2007-ci ilədək olan dövrdə 109 il ərzində işıq pulu ödəməyiblər. Və son 8 ilin borcunu da buraya əlavə etsək ödənilməyən ümumi müddət 117 il edir.
Çox qəribədir, bəs onlar çar Kerenski, komissarlar, müsavatçılar, sovetlər və ölkənin müstəqilliyi dövründə işıq pulu ödəmədən necə yaşayıblar? Məətəl qalmalı işdir.