reklam

Manşet

Fikrət Hüseynli.Avropada yaşayıb Azərbaycanın YAP qaydalarını təttbiq etmək yol verilməzdir

Yazar Unknown 19 Aralık 2015 Cumartesi 0 yorum
Fikret HuseynliDünən Almaniyanın Düsseldorf şəhərində bir tədbirə getdik. İştirak etdik, fikirlərimizi dedik. Tədbirdə çoxlu şəkillər çəkildi. Amma və lakin bu gün baxdıq ki, bu gün tədbir təşkilatçısı hörmətli Alovsat Aliyev çox xəsisliklə tədbir barədə məlumat yayıb. Dostumuz Anar Orujovun çəkdiyi onlarla, bəlkə də yüzlərlə şəkilin arasında isə mənim kimi Azərbaycan hakimiyyətinin xoşlamadığı adamlar yox dərəcəsindədir. Bütün tədbir boyu göstərilən fəallığın fonunda biz yoxuq orda. Yazılan məlumatda da heç bir qeyd yoxdur. Anlamadım. Başa düşmədim hörmətli təşkilatçılar. ƏzizElchin Abdullayev, Anar bəy və digər bəylər, xanımlar. Hamı axırda yığıldı.Hebib Müntezir zalın ən yüksək yerindən bizim şəklimizi çəkdi. Bəs bu ümumi foto sizin qeydlər arasında yer almayacaqdısa, bizi nədən topladınız oraya? Mən o tədbirdə dediyim kimi bir daha deyirəm, Avrropa Azərbaycan deyil, biz də kommunist partiyasının üzvləri. Mən məni sayıb dəvət edən hər bir azərbaycanlının tədbirində bu günə qədər imkan daxilində iştirak etmişəm, bundan sonra da edəcəyəm. Azərbaycan bizim qayəmiz, ideyamız, vətənimiz, varlığımızdır. Lakin qeyd etdiyim kimi, bizi görməzdən gəlmək mümkünsüzdür. Avropada yaşayıb Azərbaycanın YAP qaydalarını təttbiq etmək yol verilməzdir. Səhv demirəm ki, hörmətli bəylər və xanımlar??
Devamını Oku...

Elnur Astanbəyli.Ölməz ustad Əziz Nesin.

Yazar Unknown 0 yorum
Elnur AstanbəyliBu gün unudulmaz Əziz Nesinin doğumunun 100-cü ildönümüdür.
Onun kimi insanların varlığı yalnız sürətlə "yeni Ərəbistan"a çevrilən Türkiyə üçün deyil, türk-müsəlman coğrafiyasının çağın çox gerisində qalmış, bəşəri dəyərlərdən uzaq düşmüş, çağdaş, modern yaşama təşnə olan bütün ölkələri üçün ümid işığıdır.
Dünyaya xoş gəlmisən, Ustad!
Devamını Oku...
Dünən sosial şəbəkələrin əsas mövzusu Gürcüstan və Ukraynanın Avropa Birliyi ilə vizasız gediş-gəlişə nail olması idi. Məncə, bu gün biz Gürcüstan nümunəsi haqda daha ciddi müzakirə aça bilərik. Bu qonşu ölkədə baş verənlər son illərdə biz azərbaycanlıları tez-tez düşünməyə, bəzən də utanmağa məcbur edir. Etiraf etmək lazımdır ki, məhz Gürcüstanın son illərdə əldə etdiyi nailiyyətlər fonunda sülalə hakimiyyətinin xalqımızı nə qədər geriyə saldığı daha aydın görünür. Orta statistik azərbaycanlını almanın, ingilisin, fransızın, digər Avropa xalqlarının uğurları və həyat tərzi ilə təəccübləndirmək mümkün deyil. Çünki onların tarixi inkişafın daha yüksək pilləsində olduğu ilə haradasa barışmış kimiyik. Amma Gürcüstan tarixi, mədəni, coğrafi, mentalitet baxımından bizə çox yaxındır. Orta yaşlılar yaxşı xatırlayırlar ki, istər Sovet dövründə, istərsə də müstəqilliyin ilk illərində bizimlə Gürcüstan arasında ciddi fərqlər olmayıb. Hətta müstəqilliyin ilk illərində korrupsiya, cinayətkarlıq, kütləvi məsuliyyətsizlik, kasıblıq Gürcüstanda daha qabarıq görünürdü.
Amma gürcülər bu gedişata dözmədilər. Nəinki “ümummilli liderləri” Şevarnadzenin hakimiyyəti öz mirası kimi kiməsə ötürməsini gözlədilər, heç “ümummilli liderlərinə” belə, sona qədər dözmədlər və ölkədəki pozitiv dəyişikliklər də 2003-cü ildəki “Qızıl gül” inqilabından sonra başlandı. Qonşularımız qısa müddətdə korrupsiyanı, monopoliyanı, cinayətkarlığı, bürokratiyanı, büdcə oğurluğunu cilovladılar, hüquq və azadlıqlar bərqərar oldu. Yüksək vəzifələrə gənclər irəli çəkildi. Biz Gürcüstandakı qanunçuluğa, korrupsiya ilə mübarizəyə, demokratiyaya, ucuzluğa həsədlə baxdığımız zaman gürcülər yenə də əldə etdikləri ilə kifayətlənməyib, bu dəfə də meydanlara tökülüb, onlara bu qədər uğur qazandırmış Saakaşvilini azad seçkilər vasitəsilə hakimiyyətdən uzaqlaşdırdılar. Biz yenə qonşularımızı başa düşmədik, çoxumuz ürəyimizdən keçirdik ki, bu gürcülər daha nə istəyirlər? Bizim elə prezidentimiz olsaydı, heç ondan imtina etməzdik. Yeri gəlmişkən, eyni hissi əksəriyyətimiz gürcülər Şevarnadzeni hakimiyyətdən uzaqlaşdıranda da yaşamışdıq.
Amma qonşularımız əldə etdikləri ilə kifayətlənmək istəmirdilər. Onlar özlərinə, millətlərinə inanmışdılar. İnanmışdılar ki, millətləri qısır deyil, içlərində qabiliyyətli övladları çoxdur və içlərindən ən layiqliləri vaxtaşırı azad seçkilər vasitəsilə özlərinə lider seçə, etimadlarını doğrultmayanları isə yenə də demokratik seçkilər vasitəsilə yola sala bilərlər. Belə də etdilər. Bizim xalq olaraq “İlham Əliyev olmasa, bəs kim?” şantajı ilə susdurulduğumuz son 12 ildə qonşularımız üç dəfə hökumətlərini dəyişdilər. Və hər dəfə də irəli getdilər. Özlərinə də, dünyaya da sübut etdilər ki, artıq onların taleyi hansısa bir “əvəzolunmaz” liderdən asılı deyil.
İndi bizlər müalicə olunmağa da, istirahət etməyə də, alış-veriş üçün də Gürcüstana gedirik. Yalnız bir ildə bir milyon üç yüz mindən artıq azərbaycanlı qonşu ölkəyə səfər edib. Əgər bizim gömrük xidməti Gürcüstandan alınan ucuz malların ölkəmizə gətirilməsinə mane olmasaydı, inanın ki, bu rəqəm daha da çox olardı.
Bəli, nefti biz çıxarırıq, ancaq yanacaq Gürcüstanda daha ucuzdur. Avropa Oyunlarına 7 milyard dolları biz xərcləyirik, amma bir ildə 5.5 milyon turist Gürcüstana gedir. İndi də, faktiki Avropa olurlar. Bütün Avropanı vizasız gəzəcəklər. Avropanı təkcə gəzməyəcəklər, Avropanın təhsil, səhiyyə, xidmət standartını ölkələrinə gətirirlər. Müstəqil və peşəkar məhkəmənin, şəffaf idarəetmənin, demokratik seçkilərin, azad mətbuatın dadını çıxarırlar.
Qonşularımızın Avropaya vizasız gedəcəklərinə, Avropanın sərhədlərimizə qədər yaxınlaşmasına sevindik. Bəzilərimiz də qonşularımızın bu uğurlarına həsədlə baxdıq. İndi isə məncə, vaxtdır ki, özümüz özümüzə bu sualın cavabını verək. Bəs biz azərbaycanlılar necə, Avropa ölkələrinə vizasız gediş-gəliş hüququ istəyirikmi? Bəs müstəqil və peşəkar məhkəmə, iqtisadi və siyasi azadlıqlar, korrupsiya və monopoliyadan uzaq, şəffaf idarəetmə istəyirikmi? İstəyirikmi ki, bizdə də təhsil, səhiyyə, gömrük, vergi Avropa standartlarına uyğunlaşsın? İstəyirikmi ki, bizi oğru, savadsız və cinayətkar oliqarxlar yox, savadlı və xalqa canı yanan aramızdakı şəxsiyyətli, bacarıqlı, əlitəmiz insanlar idarə etsinlər?
İstəyiriksə, üzərimizə məsuliyyət götürməyə hazır olmalıyıq, özümüzə, millətimizə inanmalıyıq. İnanmalıyıq ki, tarixi, mədəni, mental baxımdan bizdən ciddi şəkildə fərqlənməyən qonşularımızın bacardığını biz də bacararıq. İnanmalıyıq ki, biz də azad və ədalətli seçkilərdə aramızdan ən layiqliləri seçə bilərik. İnanmalıyıq ki, bizim bir millət olaraq heç kimə borcumuz yoxdur, bir sülalənin əbədi xöşbəxtliyi üçün özümüzü, gələcəyimizi qurban verməli deyilik. Biz özünə normal dövlət qura bilmiş, xalq tərəfindən seçilən və dəyişdirilən hökumətlərin idarə etdiyi yüzdən artıq millətin heç birindən əskik deyilik. Bəli, biz də, azad ola bilərik və olmalıyıq!
Devamını Oku...

Girmək istədi alınmadı,bunu da tutdular.

Yazar Unknown 0 yorum
Devamını Oku...
Nahid JafarovSon günlər "Klan idarə etmə üsulu və dövlət təhlükəsizliyi" adlı çox maraqlı bir məqalə olxudum (müəlliflər: Valerie Hudson, Donna Lee Bouven və Perpetua Linne Nielsen, mənbə: American Political Science Review).
Məqalənin mövzusunun cəmiyyətimiz üçün son dərəcə aktual olduğunu nəzərə alaraq, orada klan idarə etmə üsulu ilə bağlı qeyd edilən çox fərqli bir analitik yanaşmanı sizinlə paylaşmaq istərdim. Bununla bağlı fikirlərinizi bilmək mənə maraqlı olardı.
Məqalənin əsas mövzusu, adından da bəlli olduğu kimi, dövlət stabilliyi ilə klan idarə etmə üsulu arasındakı əlaqəni tapmaqdır. Məqalə müəlliflərinə görə, klan idarə etmə üsulu bir qrup şəxs, ailə və ya tayfa tərəfindən hakimiyyətin idarə olunmasıdır. Bu zaman hakimiyyət iki yolnan xalqı idarə edir: dövlət büdcəsindən hakimiyyətə loyal olanlara paylar verməklə və itaət etməyənləri isə sərt cəzalandırmaqla. Məqalədə qeyd edilir ki, klan höküməti yalnız qadınların məişət zəminində hüquqlarının pozulduğu cəmiyyətdə qurula bilir. Bir kişi ailədə malik olduğu fiziki və maddi gücə əsaslanaraq qadının hüquqlarını pozaraq öz hakimiyyətini necə qurursa, həmin insanlar dövlət səviyyəsində də eyni məntiqlə çıxış edirlər. Bunu müəyyən etmək üçün müəlliflər aşağıdakı fərqli göstəricilərdən ibarət index müəyyənləşdiriblər:
1.Patrilokallıq (ailə qurularkən qadının ər evinə köçməsi. Bu yolnan qadın ərin artıq malik olduğu mülkiyyətə sahib ola bilmir. Ər evində yaşamaqla ərin üstünlüyünü bir mənalı olaraq qəbul edir. Alternativ olaraq ailə həyatı quran cütlük hər şeyi yenidən qura bilər və ikisinin də eyni dərəcədə mülkiyyət hüququ olan əmlaka sahib ola bilərlər),
2. Qadınlara qarşı ayrı-seçkiliyi ilə xarakterizə olunan ailə hüququ,
3. Çox arvadlılıq,
4. Erkən nigah (yalnız qadınlar üçün),
5. Məcburi halda qohumla evlənmə,
6. Qadınlara qarşı şərəfə söykənə şiddət (namus),
7. Qadınlara qarşı şiddət,
8. Qadınların mülkiyyət hüququnun pozulması.
Aparılan araşdırma göstərir ki, klan höküməti yalnız yuxarıda qeyd edilən pozuntuların olduğu cəmiyyətlərdə mövcuddur. Bu cür idarə üsulu da dövlətdə stabiliyyin pozulmasına bir başa təsir edir. Ən güclü klan idarə etmə üsulu Əfqanıstanda, ən zəif isə İslandiyada aşkar olunub.
Devamını Oku...

Qafqazdakı siyasi vəziyyət

Yazar Unknown 0 yorum
Mənbə Meydan tv
Devamını Oku...

Bir bank qarəti haqqında bilmədikləriniz.

Yazar Unknown 0 yorum
Bank qarəti zamanı soyğunçu bankdakı bütün insanların eşidəcəyi səs tonu ilə demişdi: "Tərpənməyin, pullar dövlətə, sizin həyatınız isə sizə məxsusdur".
Bankdakı bütün insanlar sakitcə yerə uzandılar. Bu, "Düşüncə dəyişmə konsepti" adlanır. Normal düşünmə tərzini dəyişməkdir.
Qadın yerə şübhəli tərzdə uzananda soyğunçu dedi: "Zəhmət olmasa, sivil olun. Bu qarətdir, zorlama deyil". Bu "Peşəkar olmaq" adlanır. Nə etməli olduğuna fokuslanmaq.
Qarətçilər bankdan evə qayıdandan sonra cavan soyğunçu (MBA təhsilli) daha yaşlı (6 illik orta təhsilli) həmkarına dedi: "Böyük qardaş, gəl, pulları sayaq"
Əvəzində isə yaşı çox olan soyğunçu cavab verdi: "Sən axmaqsan, burda küllü miqdarda pul var, bunları saymaq uzun zaman aparacaq. Axşam xəbərlərdə bankdan nə qədər pul oğurlandığını deyəcəklər"
Bu "Təcrübə" adlanır. Bugünkü dünyada təcrübə kağız üzərində yazılmış ixtisasdan daha vacibdir.
Qarətçilər gedəndən sonra bank meneceri supervayzerə dərhal polisləri çağırmağı tapşırdı. Supervayzer isə dedi: "Gözləyin. Gəlin bankdan 10 milyon özümüz üçün götürək, bu məbləği də əvvəl oğuladığımız 70 milyona əlavə edək".
Bu "Axın istiqamətində üzmək" adlanır. Sənin əleyhinə olan situasiyanı öz lehinə çevirmək.
Supervayzer davam etdi: "Banka hər ay soyğunçular gəlsəydilər, yaxşı olardı".
Bu "Darıxdırıcılığı öldürmək" adlanır. Şəxsi xoşbəxtliyin sənin işindən daha vacibdir.
Ertəsi gün TV xəbərlər elan etdilər ki, bankdan 100 mln. dollar oğurlanıb. Qarətçilər evdə nə qədər saydılarsa, 20 mln. dollardan çox pul görmədilər və bu situasiya onları qəzəbləndirdi: "Biz həyatımızı riskə ataraq cəmi 20 mln. oğurlaya bildik. Bank bank meneceri heç bir risk olmadan 80 mln. dolları bir çırtmada qazandı. Görünür, təhsilli olmaq, oğru olmaqdan yaxşıdır".
Bu "Təhsil qızıl qədər dəyərlidir" mənasına gəlir.
Bank meneceri xoşbəxt idi və gülümsəyirdi. Çünki onun bazardakı itkilərinin üstü bu oğurluğun köməyilə örtülmüş oldu.
Bu "İmkanlardan istifadə etmək" adlanır. Mərdcəsinə risk etmək.
Devamını Oku...