reklam

Manşet

İstefa verən müstəntiq Baş Prokurorluğa çağırıldı

Yazar Unknown 5 Ocak 2016 Salı 0 yorum
Azadlıq qəzetinin verdiyi məlumata görə istefa vermiş müstəntiq Rüfət Səfərov baş prokurorluğa çağırılmışdır,məlumatı olduğu kimi təqdim edirik.
Rüfət Səfərov “Bu, artıq komediyadır” deyib, dəvəti qəbul etmədi Keçmiş müstəntiq, prokurorluq orqanlarından siyasi bəyanatla istefa vermiş Rüfət Səfərov Baş Prokurorluğa izahat verməyə çağırılıb. Bu barədə “Azadlıq” qəzetinə R.Səfərovun özü məlumat verib. Səfərov bildirib ki, onu Baş Prokurorluğa Təşkilat-analitik İdarəsinin prokuroru Zaur Əliyev dəvət edib. Z.Əliyev R.Səfərovun mobil telefonuna zəng vuraraq ona “izahat vermək” üçün Prokurorluğa gəlməli olduğunu deyib. Bildirib ki, R.Səfərovun icraatında olmuş bir neçə cinayət işində qanunazidd hallar müəyyən edilib, gəlib bunlarla bağlı izahat verməlidir. R.Səfərov bu dəvəti qanunsuz sayır və ona əsasən Baş Prokurorluğa getmək fikrində olmadığını deyir. “Bu, artıq komediyadır. Məni dəvət edən Zaur müəllimdən və digər məsul vəzifəli şəxslərdən soruşuram. Rayon prokurorluğunda kompleks yoxlama apararkən məni dinləməmiş, izahatımı almamaış prokurorluq orqanlarından xaric olunmağım barədə hazır əmri təqdim edirsiniz, daha sonra məndən izahat tələb edirsiniz? Hansı statusla? Mən ki daha prokurorluq orqanlarının əməkdaşı deyiləm. Zəhmət çəkin, Cinayət Prosessual Məcəlləsinə bir daha nəzər salın. Tərəfimdən əsassız və qanunsuz hər hansı qərar qəbul olunubsa, səlahiyyətlərinizdən istifadə edərək ləğv edin və müvafiq qaydada əlavə araşdırmaya göndərin. Məni prokurorluq orqanlarından xaric edirsiz, məhkəmə qərarı olmadan xüsusi mülkiyyətimdə olan komputeri götürürsünüz, mobil telefonlarıma baxış keçirirsiniz, kirayənişini olduğum mənzildə axtarış aparırsınız, sonra da izahat verməm üçün həvəslə Baş Prokurorluğa dəvət edirsiniz? Zaur müəllim, zəhmət çəkib məni gözləməyin”, – deyə R.Səfərov bildirib. azadliq.info
Devamını Oku...

azeri cizgi filmi.Qiz qalasi efsanesi (1978)

Yazar Unknown 0 yorum
Devamını Oku...
Əliyev xalqa nə dedi?
Bayram təbriki, yoxsa böhran xəbərdarlığı Ölkə başçısı Ilham Əliyev ənənəyə sadiq qalaraq dekabrın 31-i, saat 23:45-də ekran qarşısına çıxaraq, xalqı təbrik etdi. Əslində, bu 15 dəqiqəlik danışığı təbrik adlandırmaq da düzgün deyil. Çünki, prezidentin bütün sözlərindən pessimizm, tənəzzül, əzginlik yağırdı. Ümumiyyətlə, ölkə başçısının budəfəki bayram nitqində 2 fərqli məqam var idi. Əvvəla, ölkə başçısı əvvəlki illərdə olduğu kimi inkişafın fontanından danışa bilmədi. Təkcə kənd təsərrüfatı sahəsindəki 7 faizlik artımdan danışdı ki, bunun da sürətlə üstündən keçdi. Çünki, kənd təsərrüfatı üçün ən uğursuz il, elə 2015-ci il olub. Sadəcə olaraq, ölkə başçısı rəqəmlərə istinad etməyi sevdiyi üçün, bu dəfə də hansısa rəqəmi söyləməli oldu. Ümumilikdə ölkə başçısı etiraf etdi ki, vəziyyət ağırdı, valyuta ehtiyatları azalır, böhran qaçılmazdı və s. Yəni ölkə başçısı etiraf etdi ki, hakimiyyətin yarıtmaz siyasəti ölkəni dalana dirəyib və “analoqsuz inkişaf”dan əsər-əlamət yoxdu. Bəli, həmişəki kimi “dünya Azərbaycan modelini öyrənir”, “bəlkə bir az yavaşlayaq” kimi fantastik ifadələrdən istifadə etmədi. Çünki, sözün həqiqi mənasında hökumətimizin sürəti tamam yavaşıyıb və ölkəni fəlakətin mərkəzinə gətiriblər. Ikinci fərqli məqam budur ki, Ilham Əliyev təbrik nitqində imkan tapıb “biz heç kimdən və heç nədən qorxmuruq” mesajını da verdi. Əslində, bu mesajın özündə bir qorxu işartısı var. ABŞ-dan gələn sanksiya küləyi, Avropa Parlamentinin məlum qətnaməsi, ümumiyyətlə, beynəlxalq aləmin hakimyyətə münasibəti, “qorxmuram” söyləmək zərurəti yaratdı. Hakimiyyət neftin qiymətinin yüksək olduğu vaxtlarda “bizim öz yolumuz var”, “heç kim bizim daxili işimizə qarışa bilməz” təbliğatı aparırdı. Ilham Əliyev indi də bu ifadəni işlətməklə ayaqda olduqlarını sübut etmək istəyir. Yəni bu tipli açıqlamalar həm komandanı sakitləşdirməyə, həm də daxili auditoriyanı çaşdırmağa xidmət edir. Ötən yazılarımızda da qeyd etmişdik ki, Ilham Əliyevin əfv siyahısında siyasi məhbusların olmaması da ABŞ-a qarşı hikkədən doğmuşdu. Bəlkə də Ilham Əliyev yeganə prezidentdir ki, ABŞ-ın, Avropanın acığına öz vətəndaşına zülm edir. Bayram çıxışında “biz heç kimdən qorxmuruq” deməklə də siyasi məhbusları da əfv etmədiyinə eyham vurdu. Elə fəxarətlə danışır ki, guya Rusiyanın acığına Ermənistana müharibə elan edib, Qarabağı geri qaytarıb. Qısası, Əliyev bu mesajı verdi ki, ölkəni iqtisadi baxımdan böhranla üz-üzə qoyduqları kimi, siyasi baxımdan da böhranın mərkəzinə çəkəcəklər. Yəni ölkə başçısının nitqində islahatların aparılacağı, 2016-cı ildə siyasi uğurlara doğru addımların atılacağı hiss olunmadı. Məlum oldu ki, tənəzzül siyasəti davam etdiriləcək və gözü çıxmış qardaşlarından dərs götürməyəcəklər. Ona görə də Azərbaycan xalqı dövlətinə sahib çıxmalı, ölkəni hakimiyyətin hikkəsinə qurban verməməlidir. Ilham Əliyevin bayram təbriki əslində böhran xəbərdarlığıdır.
Devamını Oku...
“Qanun layihəsinin erməni lobbisi ilə də heç bir əlaqəsinin olmadığını bəyan edirik"
“ABŞ azərbaycanlıları İlham Əliyevdən təcili demokratik islahatlara start verilməsini və siyasi məhbusların təcili azad olunmasını tələb edirlər. Düşünürük ki, viza sanksiyaları müsbət nəticələr verəcək və bu səbəbdən ABŞ Konqresindən xahiş edirik ki, Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq olunsun”, - Nyu Yorkdakı ABŞ azərbaycanlılarının İnternet saytında (https://www.change.org/p/support-targeted-sanctions-against…) yerləşdirilmiş dəstək aksiyasının müraciətində deyilir.

Devamını Oku...

Boks hastası bir kadın

Yazar Unknown 0 yorum
Devamını Oku...

Ağıldan kəmlər

Yazar Unknown 0 yorum
Devamını Oku...
Qurban MəmmədovHakimiyyət deyəsən dövləti idarə etmək istəmir. Buraxıblar ALLAH(c.c)ın ümidinə.
Manat ölməkdə, korrupsiya davam etməkdə, rüşvətlər alınmaqda, monopoliya əvvəlki kimi, gömrük öz soyğunçuluğunda, məhkəmələr qanunsuz qərarlar çıxartmaqda...
Millət ümidsiz, xalq pərişan, müxalifət arxasız, rejim iflic, hamı gözləmədə...
Ancaq nəyi gözləyirik?
Hakimiyyət təcili islahatlar aparmalıdır. Nə qədər demək olar?
1. Monopoliya götürülməli.
2. Gömrükdəki "şapka"lar yığışdırılmalı, gömrük işləmləri asanlaşdırılmalı və sürətləndirilməli,
3. İstehsalla, mal və xidmət ixracı ilə məşğul olan fiziki və hüquqi şəxslər, iş adamları azı 5 il müddətinə bütün vergilərdən və yoxlamalardan azad edilməli.
4. "Paket əmək haqqı" sisteminə son qoyulmalı,
5. Dolların satışına limit qoyulmalıdır. Yalnız istehsalla məşğul olanlar və mal, xidmət ixrac edənlər, nəğd olmadan istədikləri qədər xarici valyutanı bank köçürmələri vasitəsilə ala bilərlər.
6. Məhkəmələrdəki rüşvətxorluğa dərhal son qoyulmalıdır. İslahatların və indiki faciəli durumdan xilasın ən vacib həlqəsi məhkəmə islahatlarıdır. Bu sahənin qaydaya düşməsi arxasınca bütün sistemin normallaşmasına səbəb olacaqdır.
7. Bütün Respublika miqyasında, həm hündür mərtəbəli çox mənzilli binalardakı yeni mənzillər, həm də qanuni sənədləri olmayan köhnə tikililər və mübahisəsiz 6 ildən artıq faktiki istifadədə olan torpaq sahələri, dərhal ƏMDK DƏDRX-də qeydiyyata alınıb əmlak vergisinə və sığorta prosesinə cəlb edilməlidir.
8. Kənd təsərrüfatının real inkişaf etdirilməsi üçün ciddi subsidiyalar ayrılsın və bu sahədə ictimai nəzarətin şəffaflığı təmin edilsin. Kənd təsərrüfatı mallarının ixrac edilməsinə dövlət dəstəyi və dövlət nəzarəti gücləndirilsin.
9. Dənizin, göllərin və çayların sahilyanı yaşayış məntəqələrinin sakinlərinə balıqçılıq üçün, dağ kəndlərimizin sakinlərinə isə ovçuluq üçün imkan yaradılsın.
10. Neft istehsalında ictimai nəzarəti təmin etmək məqsədilə xüsusi qrup yaradılsın.
11. Tək analar, işləməyən uşaqlı ərsiz qadınlar, 65 yaşdan yuxarı təqaüdçülər, birinci qrup əlillər, aztəminatlı ailələr, vaxt itirmədən, dəqiq qeydiyyata alınaraq ünvanlı sosial yardımla təmin edilsinlər.
12. Tələbələrin işlə təmin edilməsinə şərait yaradılsın, onlara təhsil haqqının ödənilməsində on il möhlət verilsin.
13. Respublika miqyasında aliment öhdəliklərinin icrasına ciddi nəzarət edilsin, dayandırılması qanunla zəruri olmayan məhkəmə qətnamələrinin qeyd-şərtsiz icrası təmin edilsin.
14. Vergi öhdəliklərinin icrasına nəzarət artırılsın və vergi qanunvericiliyini pozmağa görə nəzərdə tutulan cəzaların dönməzliyi, qaçılmazlığı təmin edilsin.
15. İstehsalla bağlı olmayan, həyati əhəmiyyət daşımayan bütün layihələrin icrası təxirə salınsın.
16. Banklarla vətəndaşlar arasında 21 dekabr 2015-ci ilədək bağlanmış kredit müqavilələri üzrə şərtlərə yenidən baxılsın və müqavilələrə real vəziyyətə uyğun dəyişikliklər edilsin.
17. Respublikamızda olan bütün fondlardakı (onların adı fonddur, əslində dövlət müəssisələrindən və özəl firmalardan müxtəlif qanunsuz yollarla alınan pulların leqallaşdırılması orqanıdır) pul vəsaitləri dövlət xəzinəsinə transfer edilsin və müvəqqəti olaraq bu fondların fəaliyyəti dayandırılsın.
18. Ölkədə qarşılıqlı etimad mühitinin yaradılması, ictimai əminliyin təmin edilməsi məqsədilə, bütün siyasi məhbuslar azadlığa buraxılsın, onlara kompensasiyalar ödənilsin.
19. Qanunların icrası üzərində nəzarət, icra intizamı gücləndirilməli, bu sahədə ciddi cəzalar müəyyənləşdirilməlidir.
20. Mövcud problemlərin müzakirəsi və vəziyyətdən çıxış yollarının axtarılması ilə bağlı, tanınmış mütəxəssislərin və ziyalıların da iştirakilə, hakimiyyətlə müxalifət arasında geniş müzakirələr başlansın.
Devamını Oku...