reklam

Manşet

Fikrət Hüseynli.NƏ ETMƏLİ VƏ NECƏ ETMƏLİ?

Yazar Unknown 22 Aralık 2015 Salı 0 yorum
Fikret HuseynliƏslində, məsələ aydındır. Xalq "nə etməli" sualının cavabını da bilir. Sadəcə, insanların gözünü qorxudublar. O üzdən hələ ki, sakitlikdir. Facebookdakı statusa görə adamları həbs etdikləri, cinayət işi açdıqları üçün insanlar burda da etiraza qorxurlar. Edilməli olanlar isə bunlardır:
1. İnsanlar dollarla aldıqları kreditləri ödəməkdən imtina etməlidirlər.
2. Malları yığışdıran marketlərdən alış-veriş edib kütləvi şəkildə pul ödəməməlidirlər.
3. Gömrükdə malı olan, texnika, avtomobil və sair gətirənlər kütləvi formada rüşvət verməkdən imtina etməlidirlər.
4. Maaşları az olanlar, əmək haqqı ala bilməyənlər iş yerlərində oturaq aksiya keçirib əmək haqları qalxmayana qədər həmin binaları tərk etməməlidirlər.
5. Valideynlər övladlarını kütləvi formada məktəbə göndərməkdən imtina etməlidirlər.
6. Pulu olmadığına görə adamlar nəqliyyat vasitələrindən istifadə edərkən gediş haqqı verməməlidirlər.
7. Tətillər başlamalı və hökumət məcburi olaraq istefaya getməlidir.
8. Tələbələr kirayə haqqı verməkdən, nəqliyyat pulu, təhsil haqqı ödəməkdən imtina etməli, universitetlərdə oturaq aksiyalara başlamalıdırlar.
Başqa edilməli olanları da siz yazın. Amma bunu da etməyə ürəkli insanlar lazımdır.
Devamını Oku...

Yetim Eyvaz:"Bəsdir qorxduq,bəsdir dözdük!"

Yazar Unknown 0 yorum
Devamını Oku...

Klassiklərimizdən Abbas Səhhətin müdrik sözləri.

Yazar Unknown 0 yorum
Devamını Oku...

Zamin Hacı.Bəlkə biz dollara keçək?

Yazar Unknown 0 yorum
Prinsipcə, biz manatdan imtina edib dolları özümüzə milli valyuta seçə bilərik. Ancaq bundan ötrü gərək müstəqillikdən imtina edib ABŞ-ın bir ştatı olmaq üçün ərizə yazaq. Bu zaman bizim qazancımız və itkilərimiz nə olacaqdır:
1. Öz bayrağımızı ləğv edib zolaqlı-ulduzlu Amerika bayrağını qəbul edirik.
2. Təkcə Füzulidə düşməni cavab atəşi ilə susdurmur, həm də Suriyanı bombalayırıq.
3. Madonna Nardaranda tez-tez konsert verir.
5. Stallone Mingəçevirin icra hakimiyyəti başçısı ola bilər.
6. Obama prezidentimiz olur və gələn il məcburən vəzifədən gedir - daha bizim ümummilli liderin siyasi kursunun layiqli davamçısına ehtiyacımız qalmır.
7. Deputatxana yoxa çıxır, bizə qanunları konqres və senat hazırlayır. Hacı Madər Texasda kovboy işləyir. Zahid Oruc Marsa uçur.
8. Qəzetiniz "Yeni Müsavat" və "Azadlıq" deyil, "Nyu York Tayms" olur. Telekanal da SNN olur. ANS-in müxbirləri azərbaycan dilini öyrənirlər.
9. Müxalifət lideri Cəmil Həsənli və İsa Qəmbər yox, Donald Tramp olur.
10. Ən əsası isə maaşı dollarla alırıq.
Devamını Oku...
Ali Karimli (Əli Kərimli)Manatın bir gecədə yarıbayarı qiymətdən düşməsi hamımıza dəyən çox ağır zərbədir. Təkcə xaricdən alınan deyil, ölkəmizdə istehsal olunan malların da, göstərilən xidmətlərin də qiyməti artacaq. Ancaq bu da hamısı deyil. İndiki devalvasiya və onun nəticəsində yaranacaq qiymət artımı daxil olduğumuz sosial-iqtisadi böhranın hələ ilk mərhələsidır. Qarşıda bizi daha ciddi çətinlklər gözləyir. 300 mindən artıq adamın çalışdığı tikinti sektoru, ticarət, kiçik və orta biznes, kənd təsərrüfatı, turizm, hətta dövlət mülkiyyətində olan monopolist şirkətlər belə, bu devalvasiyanın nəticəsində daha da zəifləyib sarsılacaq. Büdcə təşkilatlarının da maliyyələşməsində problemlər yaranacaq. Büdcə təşkilatlarında və özəl sektorda bağlanacaq iş yerlərinin sayı 100 minlərlə hesablanacaq, xeyli bank batacaq, batan banklardakı əmanətlərin xeyli hissəsini də xilas etmək mümkün olmayacaq və s.
Ona görə ki, hökumət ölkəni dalana gətirmiş yarıtmaz idarəçiliyini dəyişmək istəmir. Hər şeyi edirlər ki, millətin bu ağır günlərində də özlərinin, oliqarxiyanın qazancı azalmasın. Monopoliyanı daha da sərtləşdirirlər. Kimin nə ixtiyarı var ki, ölkəyə “icazəsiz”, “haqqını vermədən” mal gətirsin? Korrupsiya pramidası da öz yerindədir. Hüquq-mühafizə orqanlarından təhsilə və səhiyyəyə qədər alıb, yuxarıya ötürmək mexanizmi saat kimi işləyir. Müstəqil məhkəmə hakimiyyəti qurmaq, xüsusi mülkiyyətə təminat vermək, ciddi siyasi və iqtisadi islahatlarla xarici sərmayəni ölkəyə cəlb etmək, sahibkarlığı həqiqətən buxovdan azad edib kiçik və orta biznesi, kənd təsərrüfatını, istehsalatı ucuz və uzunmüddətli kreditlə təmin etmək haqda heç düşünən də yoxdur.
Ona görə belə davam edirlər ki, xalqdan qorxmurlar. İnanırlar ki, 100 nəfərə qədər ictimai-siyasi fəalı həbs etməklə əksəriyyəti qorxudublar. Qorxmayıb, etiraz aksiyalarına gələn 5-10 min insanın etirazından isə çəkinmirlər. Arxayındırlar ki, MTN xəttilə yaydıqları, əllərindəki mətbuat və televiziyalar vasitəsilə tirajladıqları “guya başqası gəlsə, bundan yaxşı olacaq?”, “bizim millətlə heç nə mümkün deyil”, “evimizdə salamat yatırıq, buna da şükr edək” tipli insanların özünə inamını, mübarizə əzmini sarsıdan zəhərli tezislərlə cəmiyyətin əhəmiyyətli hissəsini demorolizə ediblər, siyasətdən, hətta öz taleyini düşünməkdən belə uzaqlaşdırıblar.
Düşdüyümüz böhran çox ağırdır. Bu bəladan asan çıxış yolu da yoxdur. Əlinizdə olan manatla hələ qiyməti qalxmamış məhsulları almaq (yaxşı edirsiniz, buna heç bir etirazım yoxdur) uzaqbaşı 1-2 həftə həyatınızı yüngülləşdirər, aydındır ki, bu çarə deyil. Heç sıralarından bu qədər siyasi məhbus vermiş Milli Şuranın, AXCP-nin toparlanıb 5-10 minlik mitinq keçirməsi də çarə deyil və hökuməti ciddi dəyişikliyə getməyə məcbur etməyəcək. Bu il fevral devalvasiyasından sonra 3 dəfə belə mitinq keçirdik. Xalqın kütləvi şəkildə qoşulmadığını hökumət də gördü və ona görə də növbəti devalvasiya qərarı verməkdən çəkinmədi.
İndi düşünmək lazımdır. İndiyə qədər taleyimizə biganə qalmağımızın səhv olduğunu ilk növbədə özümüzə etiraf etməliyik. Hər yerdə yalanın, hiylənin, yaltağın ağzından vurmaq, düz sözə, doğru əmələ, ədalət uğrunda mübarizəyə dəstək olmaq lazımdır. Milləti bu duruma salmış acgöz və bacarıqsız hakimiyyət haqqında həqiqətləri pıçıldamaq yox, uca səslə danışmaq, zəruri informasiya və bilikləri olmayan soydaşlarımızın da gözünü açmaq lazımdır. Vətəndaş olmaq, öz taleyimiz uğrunda mübarizəyə qoşulmaq, təşkilatlanmaq lazımdır. Özümüzə, millətimizə inanmalıyıq. İnanmalıyıq ki, biz də öz taleymiz uğrunda siyasi mübarizəyə hamılıqla qoşulsaq, kütləvi şəkildə dinc mitinqlərə dəstək versək, hökuməti xalqla hesablaşmağa, siyasi və iqtisadi islahatlara, hətta köklü dəyişikliklərə də sövq edə bilərik. Niyə də yox?
Devamını Oku...
Devamını Oku...
Devamını Oku...