reklam

Manşet

Dollar bahalandı, obyektlər bağlandı

Yazar Unknown 21 Aralık 2015 Pazartesi 0 yorum
Devamını Oku...

Bakı sakini: "Manat ucuzlaşdı, evimiz yıxıldı"

Yazar Unknown 0 yorum
Devamını Oku...

Bakı mağazalarında satış dayandrldı.

Yazar Unknown 0 yorum
Bu gün paytaxt Bakının bir çox iri alış-veriş mərkəzlərində, dükanlarda satış dayanıb. Səbəb manatın üzən məzənnə siyasətinə keçidinin elan olunmasıdır.
Virtualaz.org saytının hazırda paytaxtın iri ticarət mərkəzlərində olan reportyorları xəbər verir ki, iri alış-veriş mərkəzlərinin bağlı qapılarının üstünə “Satış yoxdur. Mağazalar saat 13-dən sonra işləyəcək” məzmunlu elanlar asılıb.
Ticarət mərkəzlərinin əməkdaşları buna dolların bugünkü bahalaşmasının səbəb olduğunu, satışın bir çox malların qiymətlərinin yeni kursa uyğun yenidən müəyyənləşdirilməsi səbəbi ilə dayandırıldığını bildiriblər.
Müxbirlərimiz xəbər verir ki, satıəşı dayandıran mağaza və şirkətlər arasında “İrshad Telecom”, “Bakcell”, “Azercell”, “Music Gallery”, “Baku Electronics” və digərləri var.
Qeyd edək ki, Mərkəzi Bank bu gün manatın üzənnə məzənnə siyasətini keçidini elan edib. Nəticədə dollar bir gündə 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb.
Bəzi dükanlarda isə elektronika malları artıq kəskin bahalaşıb və yeni qiymətə satılır. Məsələn, dükanlardan biri dünənə qədər 400 manata olan "Samsung" markalı telefonu virtualaz.org saytının müxbirinə 485 manata təklif edib.
Devamını Oku...

Həbsdə olan MTN polkovniki özünü asaraq intihar etdi.

Yazar Unknown 0 yorum
Eldar Mahmudov MTN naziri vəzifəsindən qovulandan sonra onun ifşa edilən cinayətkar dəstəsinin əsas üzvlərindən biri, MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həbsdə olan İlqar Əliyev təxminən 1 saat əvvəl intihar edərək özünü öldürüb.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qalıb.
Qeyd edək ki, İqar Əliyevin barəsində oktyabrda Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirdi və Bakı İstintaq Təcridxanasına köçürülmüşdü.
Arqument.Az
Devamını Oku...
Devamını Oku...

Əməkdar artist Ələsgər Məmmədoğlu vəfat etdi

Yazar Unknown 0 yorum
Azərbaycan kinosunda maraqlı rollar yaratmış tanınmış aktyor Ələsgər Məmmədoğlu dünyasını dəyişib.İnterAz xəbər verir ki, bu barədə Lacin.info -ya mərhum aktyorun qohumları məlumat verib. Qeyd edək ki, Ə. Məmmədoğlu (09.02.1946) 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. Ə. Məmmədoğlu bir çox teletamaşalarda, Şair (“Evləri köndələn yar” Anar), Milis (“Yaşıl eynəkli adam” V.Səmədoğlu), Nökər (“Mehmanxana sahibəsi” K.Haldoni), Dəmir -qaya “Topal Teymur” H.Cavid), Narsatan (“Qatarda” İ.Məlikzadə), Gümrah (“Alov” M.Hüseyn) kimi obrazlar yaradıb. “Mozalan” satirik kino- jurnalının 20 -yə yaxın süjetinə çəkilən Ə. Məmmədoğlu, “Ömrun səhifələri” (Ələsgər), “Xoşbəxtlik qayğıları”(Əlövsət), “Bəyin oğurlanması” (Ələsgər), "Tehran -43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır. 2002-ci ildə Ə. Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. Allah rəhmət eləsin
Devamını Oku...

Manat üzən məzənnəyə keçdi.

Yazar Unknown 0 yorum
Manat növbəti dəfə ucuzlaşdı. Birinci dəfə 34 faiz, ikinci dəfə isə 55 faiz milli valyuta ucuzlaşdı. İndi 1 dollar= 1.55 manat. Bəli, hökumət növbəti dəfə vətəndaşı aldatdı. "Uğurlu inkişaf", "milli valyutamız güclüdür" nağılları puç oldu. Yenə də zərbə sadə vətəndaşa dəydi. Manat üzən məzzənəyə keçdi. Amma təkcə maant deyil, ölkə də səfalət içində üzür. 
Bu da hökumətimizin uğurlu iqtisadi siyasətinin nəticəsi. Başın sağ olsun, manat.
Devamını Oku...