Manşet
“Bu arada başım qarışıqdır, səhərdən axşama qədər uşaqları məktəbə hazırlayıram, cəmi 13 uşaqdır. Bir çoxları mənə şübhəli davranırlar – necə olur da bu qədər vaxtımı qarşılıqsız olaraq sərf edirəm, anlamırlar...” - bu sətirlər Xalq Cümhuriyyətinin qurucularından biri və ilk təhsil naziri (sonralar isə Baş naziri) olmuş Nəsib bəy Yusifbəylinin dərs keçdiyi, bir növ təmənnasız repetitorluq etdiyi uşaqlar barədə həyat yoldaşına məktubundandır.
Biz belə bir insanın təhsil naziri olduğu ölkədən hansısa təyyarə reysində stüardessaya şeşələnməyi böyük mərifət zənn edən Mikayıl Cabbarovun təhsil naziri olduğu ölkəyə gəlib çıxmışıqsa, bu, əlbəttə ağırdır.
Ancaq bununla barışmalı, razılaşmalı da deyilik. Arxamızda ləyaqətli bir irs var. Ona dirsəklənib yenidən ayağa dura bilərik. Bunu heç vaxt unutmayaq.

MTN hadisələri başlayanda buradakı müdriklər yazırdılar ki, məqsəd 1 noyabr seçkisini arxa plana atmaq, ürəkləri istəyən kimi keçirməkdi. Sonra Nardaran hadisələri başladı, buradakı müdriklər bu dəfə də götürüb yazdılar ki, MTN məsələsini ört-basdır edirlər, imkan vermək olmaz bunu gündəmdən çıxarsınlar. İndi də Rəsulzadənin təhqirinin Nardaran məsələsini unutdurmağa xidmət etdiyini deyirlər.
Ən yaxşısı odur, Azərbaycanda heç nə baş verməsin. Nəsə baş verəndə nə qədər başsız olduğumuz ortaya çıxır.
Bu il YAP tərəfindən deputat seçilən Naqif Həmzəyev baxın, Rəsulzadə haqda nələr deyir:
“Rəsulzadənın büstünə torba keçirilməsi ilə bağlı son durum haqda nə deyərdiz?” sualına cavabı gözlənilməz olub. “Niyə Rəsulzadının büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram, mənim üçün bircə lider var, o da ümummilli lider. Gəncəli gənclər də mənim bu fikrim ilə razıdırlar” deyən N. Həmzəyev Rəsulzadəni satqın adlandırıb: “O bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub”.

Tatarıstanın paytaxtı Kazan şəhərində “Tatarıstan dövlətçiliyinin problemləri” adlı elmi-praktik konfrans keçirilib. Tədbirlə bağlı göndərilən dəvətnamələrdə isə əsasən “Tatarıstan prezidenti vəzifəsi necə saxlanılsın” sualı xüsusi vurğulanırdı. Vətəndaş cəmiyyəti fəallarının, alimlərin, keçmiş deputatların qatıldığı tədbirdə də əsasən bu məsələ müzakirə edilirdi.
Məlum olduğu kimi, federal qanun respublika rəhbərləri üçün “prezident” vəzifəsini ləğv edib. Bu vəzifə yalnız Tatarıstan rəhbəri Rüstəm Minnixanov üçün saxlanılıb. Qanun 2015-ci ilin sonuna qədər bu vəzifənin adını dəyişdirilməsini tələb edir.
Konfransın əsas mövzusundan əlavə iştirakçılar tatar xalqının problemlərinə də toxunublar. Əsasən tatar dilində təhsil almağın mümkünsüzlüyü barədə danışılırdı.
Sonda qəbul olunan qətnamədə isə iştirakçılar Dövlət Şurasına Tatarıstanın 1992-ci il konstitusiyasının əsas maddələrini bərpa etməyi təklif edib. Bu maddələrdə qeyd olunurdu:
– Tatarıstan – suveren dövlətdir, beynəlxalq hüququn subyektidir,
– Tatarıstan respublikasının qanunları öz ərazisində hakimlik edir,
– torpaq və onun sərvətləri xalqa məxsusdur.