reklam

Manşet

Zamin Hacı Sünni-şiə məsələsi

Yazar Unknown 12 Aralık 2015 Cumartesi 0 yorum
Tarixi təcrübə göstərir ki, şiə məzhəbi sünni məzhəbinə nisbətdə daha mütərəqqidir. Çünki əsl islama xeyli teatrallıq, insanpərvərlik, humanizm gətirib. Məsələn, şiələr uzağı özlərini döyürlər, sünnilər isə cihad eləyir. Şiənin terror təşkilatı, misal üçün, "Hezbolla" sünni təmayüllü terror təşkilatlarının (Əl Qaeda) yanında "Freedom Haus" kimi bir şeydir. Şiələrin qurduğu dövlətlər də sünnilərin qurduğuna nisbətdə daha humanistdir. Misal üçün, İran, Bəhreyn, Azərbaycan... Qalan müsəlman dünyası əhli-sünnədir, nə gündədir, özünüz bilirsiniz. İran Pakistan və Səudiyyədən min dəfə yaxşı yerdir.

Azərbaycanı xüsusi yazıram, bizdə indiyə qədər dini sahədə boğuşmanın az olmasının, qanın az tökülməsinin əsas səbəbi məncə şiə məzhəbinin üstünlüyü ilə bağlıdır.

Mən bütün dinləri puç hesab edirəm (c) amma seçmək məcbur olsa şiəliyə "hə" deyərdim.

Hiç yorum yok: