reklam

Manşet

Zamin Hacı."Müstəqilliyimiz yolunda ölən iranlılar" anekdotu

Yazar Unknown 12 Aralık 2015 Cumartesi 0 yorum
Bütün hörmətimə baxmayaraq (din kimi idarəyə elə bu cür şəxs şef olsa yaxşıdır) şeyximizin gopçu olması da mənə sirr deyil. Ancaq dünən bir intervüsündə oxuduğum məncə gopun zirvəsi idi. Sitat: "Bizim ölkəmizdə sabitlik, sakitliyin olması İranın da marağındadır. Azərbaycan dövləti də, öz növbəsində, qonşu İranda sülh, sabitlik, tərəqqinin, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın tərəfdarıdır. Yaddan çıxarmamalıyıq ki, çox sayda İran vətəndaşı Azərbaycanın müstəqilliyi uğrunda, Qarabağ savaşlarında canından keçib, bu döyüşlərdə yaralanan azərbaycanlılar İranda müalicə olunublar" (APA, 11 dekabr, 2015).
İranın bizdə sabitlik istəməsi anekdotunu hələ bir qırağa qoyaq. Sizlərdən kim Azərbaycanın müstəqilliiyi uğrunda, həmçinin Qarabağ savaşında canından keçən bir yana, adicə güllə atan hansısa iranlı görüb? Nə farsını gördük, nə türkünü.

Hiç yorum yok: