reklam

Manşet

Gültəkin Hacıbəyli.Qalmışıq dilbilməzlərin əlində.

Yazar Unknown 12 Aralık 2015 Cumartesi 0 yorum
Gültəkin HacıbəyliQalmışıq dilbilməzlərin əlində. Neftin qiyməti 37 dollara düşüb və hələ 20-yədək düşmək ehtimalı var. Ən azı 2 milyardlıq büdcə kəsiri ortadadır. Banklar çökür, insanlar kredit bataqlığında məhv olur, əlacsızlıqdan intihar edir. İqtisadiyyat iflas həddindədir. Deyirik, qardaş, vəziyyət kritikdir, 6 aydan sonra əməkhaqqı, pensiya verməyə pul tapmayacaqsınız. Yığışdırın bu monopoliyaları, korrupsiyanı, rüşvəti, qanunsuz müdaxilələri. Qoy insanlar kiçik və orta sahibkarlıqla sərbəst şəkildə, vergidən, gömrükdən, polisdən qorxmadan, hürkmədən məşğul olub həm öz ailələrini dolandırsınlar, həm də vergi verib büdcəni doldursunlar. Bunlar isə büdcəni doldurmağın həmişəki kimi analoqu olmayan yollarını tapıblar: dərs buraxan şagirdlərin valideynlərini 100 manat cərimə edirlər, əxlaqsızları üç dəfə artıq cərimələyəcəklər, hətta öz halalca evində ucadan danışdığna görə vətəndaş 400 manat cərimə ödəməli olacaq. Sən vətəndaşa 4000 manat maaş verirsən ki, ondan 400 manat cərimə tələb edirsən?! 120-150 manat pensiya, 150-200 manat maaş alan, çox vaxt işsiz olduğu üçün heç onu da ala bilməyən yoxsul camaat haradan tapıb ödəyəcək o cərimələri? Evində pulkəsən maşın düzəldəcək, ya həyətində quyu qazıb pul çıxaracaq? Lap istəyirsiniz öskürməyə, asqırmağa görə cərimə tətbiq edin. Maddi istehsal olmadan, yeni maddi dəyər yaradıb onu xaricə satıb ölkəyə əlavə vəsait cəlb etmədən və bu vəsaitdən vergi ödəmədən büdcəni mənasız və gülünc cərimələrlə doldurmaq mümkün olmayacaq. Özünüzdən beş Amerika kəşf edə bilərsiniz, ancaq bu ölkənin monopoliyaların, korrupsiyanın aradan qaldırılması, azad rəqabət mühitinin formalaşdırılması, orta və kiçik sahibkarlığın stimllaşdırlması, məhkəmələrin müstəqilliyinin təmin edilməsindən başqa xilas yolu yoxdur və olmayacaq!

Hiç yorum yok: