reklam

Manşet

Şahvələd Çobanoğlu.Reyhanə Cabbarinin son məktubu.

Yazar Unknown 13 Aralık 2015 Pazar 0 yorum
Shahveled ChobanogluTotalitarizm lənətə gəlsin - hər bir ölkədə
Reyhanə Cabbari barədə yəqin eşitmişiniz, törətdiyi ölüm hadisəsinə görə ötən il dar ağacından asılmış İranlı qız. O, haray çəkirdi ki, öldürülən özü ona hücum edib və o da sadəcə özünü zorlamadan qoruyub. Hətta prokurorluq ona dəstək verdi, dünya onun müdafiəsinə qalxdı, amma asıldı.
Edam edilən Reyhanə Cabbarinin ölməmişdən qabaq anasına yazdığı məktub var. Bilmirəm niyəsə o məktubu bu gün paylaşmaq istədim:
"Sevgili Şölə! Bu gün öyrəndim ki, qisasla tanış olmaq növbəsi mənim imiş. Həyat kitabımın son səhifəsinə gəldiyimi səndən öyrənmədiyim üçün küsgünəm. Bilməyimi lazım görmədin? Nə qədər üzgün olduğumu bilirsən. Niyə sənin və atamın əlini öpmək imkanı vermədin mənə? Dünya mənə yaşamaq üçün 19 il verdi. O uğursuz gecədə ölməli idim.
Bədənim şəhərin bir köşəsinə atılmalı və bir neçə gün polis kimliyimi müəyyən etmək üçün səni ofisə gətirməliydi. Elə orada təcavüzə məruz qaldığımı da həkimdən öyrənməli idin. Biz onların gücünə və sərvətinə sahib olmadığımız üçün qatilim əsla tapılmayacaqdı. Həyatına utanc və əzabla davam edəcəkdin və bir neçə il sonra bu utanc səni öldürəcəkdi. Her necəsə bu lənətlənmiş hekayə dəyişdi. Bədənim bir köşəyə atılmadı. Amma Evin həbsxanası və onun bir nəfərlik hücrəsinə basdırıldı. İndi də qəbirstanlığa oxşayan Ray həbsxanasına.
Qədərim belə imiş, şikayət eləmə. Sən məndən yaxşı bilirsən ki, ölüm həyatın sonu deyil. Sən bizlərə məktəbə gedərkən mübahisə zamanı özümüzü xanım kimi aparmığımı öyrədibsən. Necə davranmalı olduğmuzu dəfələrlə bizə izah etdiyini xatırlayırsan? Sənin təcrübələrin səhv idi. O qəza başıma gələndə öyrəndiklərim mənim köməyimə çatmadı. Məhkəmədə məni soyuqqanlı və zalım cinayətkar kimi təqdim etdilər. Heç ağlamadım. Heç yalvarmadım. Qanunlara inandığım üçün ağlamadım."

Hiç yorum yok: