reklam

Manşet

Keçmiş səfir Fuad Qəhrəmanlıya azadlıq tələb etdi

Yazar Unknown 12 Aralık 2015 Cumartesi 0 yorum
“Fuad bəy Vətənini və xalqıni sevən hər bir azərbaycanlının yazdığını yazıb”
Azərbaycanın Avropa Şurasında səfiri və İslam Əməkdaşlıq Təşkilatının Avropa Bilriyindəki təmsilçisi olmuş diplomat Arif Məmmədov AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsinə münasibət bildirib. Keçmiş səfir redaksiyamıza göndərdiyi məktubda əvvəlcə hadisəyə 3 gün sonra reaksiya verməsinin səbəbini izah edib. A.Məmmədov yazır:
“İlk növbədə reaksiyamın müəyyən qədər gecikməsi ilə bağlı bəzi məqamlara toxunmaq istərdim. Azərbaycanda baş verən hadisələrlə və əsasən də son günlər gündəmi bəzəyən həbslər dalğası ilə bağlı son 2 gün ərzində Avropa İttifaqı rəhbərliyi ilə çox əhəmiyyətli görüşlərdə iştirak edirdim. Görüşlər zamanı Aİ nümayəndələri Azərbaycanda rejimin davranışlarına qiymət verərək qeyd etdilər ki, hakimiyyət özünə dərin qəbir gazırsa, biz nə üçün müdaxilə etməliyik?
Hakimiyyət dunyada analoqu olmayan “həbslər karuseli” adlı yeni bir sistem təqdim etmək istəyir – bir tərəfdən Leyla Yunusu həbsdən azad edir, digər tərəfdən isə Fuad Qəhrəmanlını həbs edir. Mən Fuad bəyin bütün yazılarını təhlil edərək, heç bir radikallıq element aşkar etmədim. Vətənini və xalqıni sevən hər bir azərbaycanlının yazdığını Fuad bəy də yazdı. Mən əminəm ki, Fuad Qəhrəmanlının həbsi AXCP-nin ədalətsizliyə qarşı mübarizəsini daha da qətiyyətləşdirəcək və insanlarda mübarizə ruhunu daha da gücləndirəcək.
Eyni zamanda qeyd etməliyəm ki, Bakıdan 20-30 km. məsafədə yerləşən Nardaran kəndində baş verənlərlə bağlı cəmiyyətdə müxtəlif fikirlər formalaşsa da, heç kimə sirr deyildir ki, bu kənd əhalisi tarix boyu öz dini dəyərlərinə sadiq qalaraq yaşayıblar. Bu kənd hətta İslamı birbaşa düşmən elan edən Sovet vaxtlarında da öz spesifikliyini qoruyub saxlaya bilmişdir. 10.000 əhalisi olan bir kənd artıq iki həftədir mühasirəyə alınıb və insanlar (uşaqlar, yaşlılar) kollektiv şəkildə cəzalandırırırlar. Bu cür rəzalət dünyanın heç bir yerində mümkün deyil. Dünya praktikasında əməliyyat aparılanda bir ev, maksimum bir küçə maksimum 1 günlük mühasirəyə alınır. Amma 2 həftə ərzində 10.000 nəfərlik kəndi kollektiv şəkildə cəzalandırmaq təssüf ki, yalnız bizdə baş verir. Bu sahədə də biz analoqu olmayan ölkələr siyahısında öz yerimizlə fəxr edə bilərik.
Hökümət bundan nəticə çıxartmaq əvəzinə, onu doğru yola dəvət edən Fuad Qəhrəmanlı kimi insanları həbs etməklə məşğuldur. Fuad bəyə qarşı irəli sürülən ittihamlar hər bir azərbaycanlıya qarşı da yönəldilə bilər. Mən bu həbsi kəskin şəkildə pisləyərək Fuad bəyin dərhal azad olunmasını tələb edirəm”.

Hiç yorum yok: