Manşet
Bir məmləkətdə zülmə dözməyin bəlli bir hesabı da var. On illərdir haqqımızı yeyirlər, susuruq. Hüquqlarımızı ayaq altına salıb tapdayırlar, susuruq. Evimizdən çıxarıb çölə atırlar, susuruq. Başımızı əzirlər, susuruq. Artıq sıra o zülmə susmağın hesabını ödəməyə gəlib. Ölkəni intiharlar, yanğınlar, fəlakətlər, cərimələr bürüyüb gedir. Hələ qarşıda iqtisadi böhranın yaradacağı görünməmiş işsizlik və yoxsulluq girdabı var. Zülmə dözməklə zülm edənə haqq qazandırmış olursansa, zülmlə yaşamağa və zülmlə ölməyə də məhkumsan. Bu hal nə qədər davam edəcək? Bu mütilik nə qədər sürəcək? Bu tərəzi nə vaxta kimi zülmün ağırlığına tərəf əyiləcək? Əlbəttə, siz icazə verənə qədər. O tərəzini Haqq mizanına qaytarmaq sizin əlinizdədir. Bunu anlamaq çoxmu çətindir yəni?..
Hiç yorum yok: