reklam

Manşet

"Qarabağ" futbol kubu "İmarət" azarkeş qrupu ilə yekun vurdu.

Yazar Unknown 15 Aralık 2015 Salı 0 yorum
`Qarabağ` FK-nın daimi azarkeş qruplarından olan “İmarət” “Qafqaz Baku Sport Hotel”də ilin yekunlarına aid növbəti, altıncı tədbirini keçirilib. Tədbirdə “İmarət” fan-klubunun üzvləri ilə yanaşı “Qarabağ” ın vitse-perzidenti Tahir Gözəl, baş məşqçi Qurban Qurbanov, məşqçi və futbolçu heyəti, millət vəkili Fazil Mustafa, ``Qarabağ`ın sabiq prezindentlərindən Yunis İldirmzadə, Qarabağ qaziləri, ziyalılar, iş adamları və digər qonaqlar iştirak edirdi. Tədbirin keçirildiyi zaldakı ekranda Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırovun fotosu, sol tərəfində “Qarabağ” bayrağı, sağında isə “İmarət” bayrağı asılmışdı. Mərasim açılışında “Koroğlu” üverturası səsləndi. Aparıcı Vasif Qurbanzadə tədbiri açıq elan edərək hamını salamladı, “Qarabağ”ın birlik, qəhrəmanlıq, həqiqətin siması olduğunu, bir futbol klubu olaraq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz rol oynadığını dilə gətirdi. Ardınca Qarabağ uğrunda döyüşlərdə canını fəda etmiş insanların ruhu bir dəqiqəlik sükutla yad olundu. Yazar "Qarabağ"ın futbolçusu və baş məşqçisi olmuş Allahverdi Bağırovun igidliyi, vətənpərvərliyi haqda söz açdı və ekranda ona aid videoçarx nümayiş etdirildi.
Daha ətraflı: http://bit.ly/1P4rNtS

Hiç yorum yok: