reklam

Manşet

Saadet CahangirO insanlar ki, orada saxlandıqları zamanı azadlıqda qalsaydılar, nə qədər böyük işlər görmüş olacaqdılar. Nə çox günahsız adamın haqqını müdafiə edəcək, nə çox qanunsuz əməllərin üstünü açacaq, nə çox siyasi proseslərə töhfə verəcəkdilər. Söz vaxtına çəkər elə. Məşhur araşdırmaçı – jurnalist Xədicə Ismayılın həbsindən bir il ötür. Bu bir ildə onun təcridxanada saxlanmasından Azərbaycan cəmiyyəti azmı uduzdu? Onun sözünün, səsinin, fikrinin yeri görünmürmü bu gün tamamilə bozlaşan media aləmində? Nə dəyişib ki, bir qələm sahibi olaraq Xədicənin prinsiplərində, baxışlarında və qətiyyətində bu zaman arasında? Heç nə dəyişməyib. Biz şüşə qəfəsdən, dəmir barmaqlıqlar arasından belə yenə onun pozitiv, cəsur mesajlarını, inad və ötkəmliklə “yola davam” çağırışını eşidirik. Anası Elmira xanımın insanı heyran buraxan davranışı və qüruru stimul verir Xədicələrin haqlı mübarizəsinə inanan bütün insanlara. Adını çəksəm, böyük bir siyahı yaranar. Çəkməsəm də bilsinlər ki, bu ölkəni candan sevən hər kəs onlara sözün həqiqi mənasında minnətdardır. Tarixin bu ağır sınaqlarından çıxdığınıza, əyilmədiyinizə, ideya və prinsiplərinə sadiq qaldığınıza, böyük bir nümunə yaratdığınıza görə var olun, dəyərli insanlar! Bu gün aramızdakı fərq bizim hərəkət trayektoriyamızın nisbətən geniş olmasıdır, sadəcə. Başqa hansı həqiqi azadlıqdan söhbət gedə bilər ki? Hamımız məhbəsdə yaşayan bir ölkənin insanlarıyıq sonunda.

Hiç yorum yok: