reklam

Manşet

Dəhşətlidir.Bir neftçinin yazdıqları

Yazar Unknown 5 Aralık 2015 Cumartesi 0 yorum
10-cu və 8-ci platformalarda sadəcə 4 ay işləmişəm. Orda olan adrenalin və qorxu hissi ayrı olur. Orda olan qəza vəziyyəti, acınacaqlı şərait və s. ayrı olur.
Hər dəfə vertolyotdan düşəndə briqadamızın işçiləri bir ağızdan "düşün uşaqlar yenə bu xarabaya gəldik" deyərdilər.
Xarabanın içində 2 həftə keçirmək insanı ayrı cür xarab edirdi. Neft qaz borular səs küy və dayanmayan işlər.
Ustalar həmişə gecə vaxtı uzaqdan Azəri Çıraq platformalarına baxmağı sevərdi. Orda olan şəraitdən və işçilərin rahatlığından danışardı.
Bir dəfə nahardan qayıdan briqadanın qabağında "yolka" çökdü. Onlar nahardan biraz tez qayıtsaydı yolka qarışıq 5-10 nəfərdə suya düşəcəkdi. Bir sözlə orda hər an hər şey baş verirdi və verə bilirdi.
Bu insanlar həmin xarabaya kayflarından getmirdi. Çoxunun oxutdurduğu balası, baxdığı ailəsi və stol üstünə qoymalı olduğu çörək var idi. Fərhad dağı bir dəfə yarmışdı. Bu adamlar hər smendə bir dağ yarırmış kimi işləyirdi.
Həmin xaraba bir neçəsinin gördüyü son mənzərə oldu. Allah onların əməyinin əvəzini versin. Onların ailələrinin səbrini və dözümünü məhz elə onların biləkləri kimi güclü etsin! Allah rəhmət eləsin!
Ölkəmizdə isə bu bir trendə çevrilir. Mütləq kimlərsə ölür ki, hansısa təhlükəsizlik tədbirləri görülsün. Sonradan görülsün. Niyə sonradan?
Həmin platformalarda olan şəraitsizliyi illər öncə elə məhz o çıxarılan "qara resursun" hesabına düzəltmək olardı.
© Joshgun Karimov

Hiç yorum yok: