reklam

Manşet

Qarabağ qazisi acınacaqlı vəziyyətdə yaşayır

Yazar Unknown 15 Aralık 2015 Salı 0 yorum
Bu vətəndaş Salyan rayon Yolüstü kəndində yaşayan iki ayağini da müharibədə itirmiş 1-ci qrup Qarabağ müharibəsi əlili Dünyamalıyev Vəli Ağacan oğludur. 22 ildir ki bu insan ailəsi və bir övladı ilə bu daxmada yaşamağa məcburdur. Bu azmış kimi 4 ay bundan əvvəl 190 manat qaza borcu olduğuna görə bu daxmanın qazını kəsiblər. Hal hazirdada bu şaxtali günlərdə həmən soyuq daxmada yaşamağa məcburdular. Mən çox istəyərdim ki bu şəkili erməni kilsələrinə pulsuz qaz verməklə fəxr eliyən Rövnəqlər, özünü padşah kimi hiss edən Tahirkimilər, milyardlarla pulu Azərbaycandan oğurlayan məmurlar və Azərbaycan xalqi görsun. Görsün ki, bu xalqın xosbəxt gələcəyi uğrunda sağlamlığını itirmiş bir vətəndaş bu cürmü yaşamalıdır?! Nəzərə alsaq ki, Vəlinin timsalında yüzlərlə əlil bu vəziyyətdə yaşayir, deyək ki hökümətin gözü kor olub görmür, bəs bu xalq öz qazısınə niyə sahib çıxmır?! Sonda qeyd edim ki maddi sıxıntılar ucbatından bu əlil həttda öz əlil arabasını belə satıb. Bu Azərbaycan reallığıdır. Hamıdan xaiş edirəm, imkan daxilində bu xəbəri paylaşaq, ictimailəşdirək.
Nəsib Qarayev

Hiç yorum yok: