reklam

Manşet

Saday Hacılı.Hakimiyyət yeni etiraz dalğası yetişdirir.

Yazar Unknown 4 Aralık 2015 Cuma 0 yorum
Təhsil haqlarının yüksək olması minlərlə tələbəni təhsilsiz qoyur
Azərbaycanda təhsil sisteminin hansı vəziyyətdə olduğu, təhsil alanların hansı problemlərlə qarşılaşdığı hamıya bəlli həqiqətdir. Dəfələrlə bu problemlər haqqında yazmışıq və bundan sonra da davam edəcəyik. Çünki, təhsil dövlətin gələcəyi və zəmanətidir. Amma mövcud idarəetmə bu gələcəyi və zəmanəti korrupsiyaya qurban verib.
Yenə də təhsil haqları məsələsi gündəmdədir. Məlumata görə, tələbələrə dekabrın 25-nə qədər vaxt verilib. Hər il Universitetlərə qəbul planı təxminən 40 min nəfərdir. Bunun isə 60 faizi ödənişli təhsil alanlardı. Azərbaycanda təhsil haqları 1000-4500 manat arası dəyişir. Hər il təhsil haqlarını ödəyə bilmədiyi üçün yüzlərlə tələbə Universitetdən qovulur.
Indiki mərhələdə isə ölkədə sosial-iqtisadi vəziyyət ağırlaşıb və ödəmə qabiliyyəti daha da zəifləyib. Belə bir vaxtda tələbələrə dekabrın 25-nə qədər vaxt verilməsi, sınağa çəkilməsi, növbəti etiraz dalğasının yaranmasını zəruri edir. Bəli, hakimiyyət daha bir təbəqənin etirazını yetişdirir. Adamlar böyük əziyyətlər hesabına ali məktəbə daxil olur və yüksək təhsil haqlarına görə ciddi çətinliklərlə üz-üzə qalırlar.
Hökumət bu təhlükəli tendensiyanı önləmək, müəyyən güzəştlər tətbiq etmək əvəzinə ödəniş üçün vaxt müəyyən edib.
Yeri gəlmişkən, yeni qanuna görə, orta məktəbdə də 10 dərs buraxan şagird 100 manat cərimə olunacaq. Biz, şagirdlərin dərsə cəlb edilməsinin, dərsə nizam-intizamla yanaşılmasının tərəfdarıyıq. Yəni davamiyyətin təmin olunması üçün müxtəlif adddımlar atmaq olar. Amma hökumətimiz bütün məsələləri vətəndaşdan pul çıxarmaqla həll etmək istəyir. Yəni dərs buraxanların cərimələnməsi əvəzinə, davamiyyəti yaxşı olanların mükafatlandırlması ənənəsi yaratmaq daha yaxşı olardı. Bəlkə, hökumətmiz yuxarı sinif şagirdlərinin məktəbə deyil, repetitora pənah apardığını bildiyi üçün belə addım atıb? Yəni məktəblərə tələbatın azalmasından da ciblərini doldurmaq üçün istifadə edirlər.
Demək istəyirik ki, heç vaxt problemin köklü həlli üçün səy göstərilmir.
Orta məktəbdən başlayan zərərli ənənələr ali məktəbdə də davam etdirilir.
Qısası, tələbədən pul qoparmaq üçün vasitələr axtarmaq yox, təhsil sistemini gücləndirmək üçün tədbirlər görmək lazımdı.
Əks halda 100 minlərlə tələbəni yüksək ödənişlərə məcbur etmək və ödəniş edə bilməyənləri təhsilsiz qoymaq böyük etiraz dalğası yaradacaq.
Göründüyü kimi, bütün etirazların, kütləvi narazılıqların stimulvericisi hakimiyyətdir.ilhamaliyev-shekide1

Hiç yorum yok: