reklam

Manşet

On min dollara qədər dəyəri olan malların ölkəyə gömrüksüz keçirilməsi barədə

Yazar Unknown 17 Aralık 2015 Perşembe 0 yorum
Qurban MəmmədovQurban Məmmədov                                                                                                             On min dollara qədər dəyəri olan malların ölkəyə gömrüksüz keçirilməsi barədə fərmanın icrası ilə bağlı bir gömrük məmuru deyib:
"Doğrudur, bununla bağlı prezidentin fərmanı var. Ancaq fərmanda qeyd olunub ki, Nazirlər Kabineti üç ay müddətində fərmandan irəli gələn təklifləri hazırlayıb ölkə prezidentinə təqdim etməlidir. Üç ay müddət isə hələ bitməyib..."
Baxın, Azərbaycan məmurunun anlayışı belədir.
Prezident fərmanını, onun apardığı siyasəti sobatajın bir yolu da budur.
Fərmanda "üç ay müddətində yazılıb", bu isə o deməkdir ki, bir gündə də, bir həftədə də, bir ayda da bunu etmək olar. Ancaq bizim, sədri olmayan Nazirlər Kabinetimiz üç ayın bitməsini gözləyir. Anlamırlar ki, gecikdirilən hər gün dövlətin, millətin ömründən on illər alır.
İqtisadiyyatımız çökür, manat can verir, bunlar üç ayın bitməsini gözləyirlər.
Prezident verdiyi fərmanlarla öz siaysi iradəsini, mövqeyini, istəyini, arzusunu ifadə edir.Bunlarsa sobataj edirlər.
Bizdə çatışmayan bir dövlət strukturu var: "Nəzarət idarəsi".
Təcili bu adda bir dövlət orqanı təsis edilməli, ona qanunların, qərarların, fərmanların və sair normativ aktların icrası üzərində nəzarət funksiyası verilməli və vəzifəsini vaxtında, layiqincə yerinə yetirməyən məmurları, prezidentə məlumat verməklə, dərhal tutduqları vəzifədən kənarlaşdırmaq hüququ verilməlidir.
Bu idarənin rəhbəri 25 yaşından yuxarı olmasın və şəxsən yalnız prezidentə tabe olsun, əməkdaşları da ali məktəblərin son kursundan götürülsün. Əmək haqqları da prezident maaşının 50 faizi civarında olsun.
Qoy prezidenti, qanunları saymayan məmurlar, bu idarənin qərarlarından narazı qaldıqları halda, öz hüquqlarını müdafiə etmək üçün inzibati məhkəmələrə müraciət etsinlər.
İndiki kimi, həmin məmurların cinayətkarcasına səhlənkarlığından və ya rüşvətxorluğundan dolayı, yüz minlərlə vətəndaşımız məhkəmə qapılarında milyonlarla iş saatı itirməklə əsəb, qan-damar, ürək xəstəliyinə tutulmasınlar.
Hörmətli prezidentimizi bu barədə düşünməyə dəvət edirəm.

Hiç yorum yok: