reklam

Manşet

Əli Kərimli:"Sanksiyalar o zaman təsirli olacaq ki, bu prosesə Avropa Birliyi də qoşulsun"

Yazar Unknown 17 Aralık 2015 Perşembe 0 yorum
Ali Karimli (Əli Kərimli)Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli isə bu qanun layihəsini dəstəklədiyini bildirib. Onun sözlərinə görə, jurnalistləri, vəkilləri, ictimai şəxsləri "sifarişlə azadlıqdan məhrum edən vəzifəli siyasətçilər" haqqında çoxdan sanksiyalar tətbiq edilməli idi.
Amma partiya sədri hesab edir ki, bu layihə gecikib.
"İllərlə Azərbaycanda çoxlu sayda siyasi məhbus həbsxanalarda saxlanılır. Təəssüf ki, buna görə Azərbaycan bütün dünyada neqativ populyarlıq qazanıb. Sanksiyalar daha tez başlamalı idi", o deyir.
Cənab Kərimli sanksiyaların təkcə viza qadağasnı nəzərdə tutmalı olmadığını da vurğulayır. Onun fikrincə, həm də maliyyə sanksiyaları olmalıdır, yəni bu şəxslərin bank hesablarına qadağalar qoyulmalıdır.
Əli Kərimli "bu Azərbaycan şəraitində daha təsirlidir" deyir.
Image copyrightAFP
Image caption
Əli Kərimlinin fikrincə bu layihə "gecikib"
AXCP sədrinin sözlərinə görə, sanksiyalar o zaman təsirli olacaq ki, bu prosesə Avropa Birliyi də qoşulsun.
"Azərbaycanda Demokratiya Aktı" nədir?
Qanun layihəsində Azərbaycana ABŞ-ın sponsorluğu ilə həyata keçirilən proqramlar vasitəsilə maliyyənin, kredit və sığortanın verilməsinin qadağan edilməsi, Azərbaycan rəhbərlərinin və onların ailə üzvlərinin ABŞ-dakı mülkiyyət və başqa aktivlərinin bloklanması nəzərdə tutulur.
Layihə bu sanksiya və qadağaları ədliyyə və təhlükəsizlik rəsmilərinə də şamil etməyi nəzərdə tutur.
Sənədə görə bu sanksiyaların tətbiqində ABŞ-a yalnız ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinə aid iclaslarında iştirak etnmək üçün gələnlər istisnalıq təşkil edə bilər.
Sanksiyaların aradan qaldırılması yalnız Azərbaycan höküməti siyasi məhbusları azad edərsə, vətəndaş cəmiyyətinin fəaliyyətinə maneəçilik törətməzsə, azad və ədalətli seçki prosesində əhəmiyyətli irəliləyiş nümayiş etdirəcəyi halda mümkün olacağını deyir.
"Azərbaycanda vəzifəli şəxslərin ABŞ-dan çox Avropa ölkələri ilə ciddi əlaqələri var", o bildirir.
Layihənin qəbul edilməsinə gəlincə, cənab Kərimli "ümid edirəm hakimiyyətin imitasiya addımları buna mane olmaz" deyir.
"Azərbaycan hökuməti beynəlxlaq ictimaiyyəti aldadır. Bir neçə nəfər azad edilir, sonra daha artığı həbs edilir. Bununla da siyasi məhbus karuseli yaradılıb və bu karusel 20 ildir davam edir", partiya sədri əlavə edir.
“Biz ölkələrimiz arasında mühüm milli təhlükəsizlik və iqtisadi bağların mövcud olduğunu başa düşürük, lakin Birləşmiş Ştatlar Azəbaycanda baş verən dəhşətli insan haqları pozuntularına bundan sonra da göz yuma bilməz”, o bildirib.

Hiç yorum yok: