reklam

Manşet

Əli Kərimli.Neft platformasındakı yanğından 3 gün keçir.

Yazar Unknown 7 Aralık 2015 Pazartesi 0 yorum
Ali Karimli (Əli Kərimli)Neft platformasındakı yanğından 3 gün keçir. Aydındır ki, daha dənizdən heç kimi xilas etmək mümkün olmayacaq. Allah həlak olan neftçilərimizə rəhmət etsin. Heç həlak olanların cəsədlərini də tapıb ailələrinə verməyiblər. Amma əvəzində hökumətin mediadakı xilasediciləri əsl rəşadət göstərirlər. Vəzifəsinin öhdəsindən gələ bilməmiş, cinayətkarcasına səhlənkarlığa yol vermiş, əməyin təhlükəsizliyi qaydalarını bilə-bilə pozmuş oliqarxları, vəzifəli şəxsləri qorumaq, onları məsuliyyətdən yayındırmaq üçün gecə-gündüz çalışırlar. Bir tərəfdən faciə haqqında doğru məlumatları xalqdan gizlətməyə, dünyada 20-30 il bundan qabaq baş vermiş qəzaları xatırladaraq, belə qəzalar tək bizdə olmur təəssüratı yaratmağa çalışırlar, digər tərəfdən də baş verən faciəyə görə birbaşa məsuliyyət daşıyan bəzi cinayətkar vəzifəli şəxslərin hətta utanmadan qəhrəman obrazını yaratmağa cəhdlər edirlər.

Hiç yorum yok: