reklam

Manşet

Gültəkin Hacıbəyli.Rusiya prezidenti bu gün "Türkləri peşman edəcəyəm" söyləyib.

Yazar Unknown 4 Aralık 2015 Cuma 0 yorum
Gültəkin HacıbəyliRusiya prezidenti bu gün "Türkləri peşman edəcəyəm" söyləyib. Türkiyəyə qarşı iqtisadi sanksiyaların yalnız gülüş doğurduğunu, üstəlik, Türkiyənin rus qazından imtina etməyə hazırlaşdığını görüncə, "Cəza tədbirlərimiz tək iqtisadi sanksiyalarla bitməyəcək" deyib. Yəqin, Vladimir müəllim Türkiyəyə atom bombası atacaq)))))))). Dünən NATO Çernoqoriyanın bu hərbi-siyasi alyansa üzvlüyünə razılıq verdi, Gürcüstana isə "hazırlaş, sıra səndədir" dedi. Putin havalanmasın, neyləsin?! Bütün Aralıq dənizi hövzəsində NATO-nun hərbi bazası olmayan yeganə ölkə Çernoqoriya, Rusiyanın hərbi bazası olan yeganə ölkə isə Suriya idi. İndi çernoqoriyalı slavyan qardaşları da Putindən üzv çevirib NATO-ya qoşulurlar. Suriyada Bəşər Əsərin getməsi, yəni, elə Suriyanın əldən getməsi an məsələsidir. Gürcüstanın NATO üzvü olması bütövlükdə Qafqazın geosiyasi mənzərəsinin dəyişməsi, Türkiyə ilə təyyarə insidentindən sonra Putinin olan-qalan xarizmasının da məhv olması deməkdir. Odur ki, Vladimir müəllimin əsəbləri tarıma çəkilib, indi o nəinki Türkiyəni, hətta Ayı, Günəşi də "peşman" edə bilər. Ancaq, yalnız rus zəhmətkeşləri qarşısındakı çıxışlarında, təbii ki)))))))))))))))))

Hiç yorum yok: