reklam

Manşet

Fuad Qəhrəmanlı.Balans siyasətinin sonu və ya sonun başlanğıcı

Yazar Unknown 5 Aralık 2015 Cumartesi 0 yorum
Fuad QəhrəmanlıTürkiyənin baş naziri Əhməd Davudoğlunun ölkəmizə səfəri ilə Azərbaycanın gepolitik balans yaratmaq siyasətinin son mərhələsi də iflasa uğradı. Bu iflas prosesi Qərblə Rusiya arasında Ukrayna böhranına görə yaranmış gərginlik dönəmində daha da dərinləşmişdi. Bu gərginlikdən sonra Azərbaycan birmənalı olaraq Rusiyanın yanında yer alaraq, həm də Qərbdən gələn demokartiya çağrışlarına sərt cavab vermək kursunu seçdi.
Bundan sonra Azərbaycan Türkiyə və Rusiya arasınadakı xoş münasibətlərə əsaslanaraq balans siyasətini regional miqyasda təmin etməyə üstünlük verməyə başladı. 
Ancaq bu mərhələ də uzun çəkmədi və Rusiya təyyarəsinin vurulması ilə Türkiyə və Rusiya arasında hərbi və siyasi qarşıdurma, Azərbaycanı da seçim qarşsında qoydu.
Əslində, Rusiya və Türkiyə arasında yaranan gərginlik ölkəmiz üçün olduqca mühüm geopolitik və geostrateji təsirə malikdir. Çünki Rusiya və Qərb arasında yaşanan qarşıdurma Azərbaycanı Rusiya təsirindən nəinki qopara bilmədi, əksinə, iqtidara imkan verdi ki, Şimal qonşusunun himayəsinə sığınaraq Qərbin demokratiya çağrışlarına müqavimət göstərsin. Ancaq bu dəfə vəziyyət fərqlidir. Türkiyə və Rusiya arasındakı qarşıdurmanın əhəmiyyəti, Azərbaycanı Rusiyadan ayrılmağa yetəcək təsirə malik olmasındadır.
Davudoğlu ilə İlham Əliyevin Bakıdakı mətbuat konfransında verdikləri mesajlardan aydın görünür ki, hakimiyyət o qədər həvəsli olmasa da, Türkiyənin tələb və istəklərini nəzərə almağa məcburdur. Azərbaycan tərəfi bu mövqeyi seçərkən burada yalnız Türkiyə ilə etno mədəni bağlılıq faktına görə hərəkət etmir. Davudoğlunun səfəri o dövrə təsadüf etdi ki, Amerika və Avropa Birliyi Türkiyəyə birmənalı dəstək nümayiş etdirdilər və bu da Türkiyənin Rusiya ilə qarşıdurmada beynəlxalq dəstəyini və gücünü əhəmiyyətli dərəcədə artırmış oldu. Belə bir məqamda Azərbaycan seçim dünyadan təcrid olunmuş və getdikcə zəifləyən Rusiya ilə, ondan demokratiya tələbi olmayan, ancaq Qərbin regionumuzdakı əsas müttəfiqi rolunda çıxış edən güclü Türkiyə arasında etdiyini nəzərə alırdı. Buna görə də Türkiyə seçiminə üstünlük verildi. Aydındır ki, ən azı indiki mərhələdə iqtidarın mövqeyi Rusiya tərəfindən xoş qarşılanmayacaq. 
Bu halda gözləmək olar ki, Azərbaycan iqtidarı öz ənənəsinə sadiq qalaraq Rusiyanını sakitləşdirmək üçün heç bir prinsip gözləmədən, anoloji mövqeyi Rusiya ilə də bağlı nümayiş etdirə bilər. Düzdür, bu nə qədər qeyri ciddi və təhlükəli bir addım hesab olunsa da, Azərbaycan iqtidarının mahiyyətini nəzərə aldıqda belə bir addımı heç də istsisna etmək mümkün deyil. 
Təbii ki, bu halda Türkiyə ilə münasibətlərə xələl gələr və Davudoğlunun səfərinin də nəticəsi boşa getmiş olar. Bu isə Türkiyə ilə münasibətləri ciddi şəkildə pisləşdirə bilər. Ona görə də elə vəziyyət yaranıb ki, Azərbaycan iqtidarının ənənəvi prinsipsizliyi də artıq Rusiya və Türkiyə arasında balans yaratmağa imkan vermir. Bu baxımdan hazırkı mövqeyin davam etdiriləcəyi daha inandırıcı görünür.
Yuxarıda qeyd edildi ki, bu gün Azərbaycanın güclü regional oyunçuya çevrilən Türkiyənin yanında yer almasına təsir edən faktorlardan biri də Türkiyənin Qərbdən fərqli olaraq, hakkimiyyətdən demokratiya tələb etməməsidir. Proseslərin gələcək inkişaf istiqamətinə görə demək olar ki, bu müvəqqəti bir mərhələdir. Çünki Rusiya və Türkiyə arasında yaranan qarşıdurma Qərb blokundan uzaqlaşmış Türkiyənin özünün də Avropaya inteqrasiyasını gücləndirir. Bu da o deməkdir ki, regionda hərbi münaqişələr həll ediləndən sonra, demokratiya meyarı, təhlükəsizlik amilinin yenidən önünə keçəcək. Çünki bundan sonrakı mərhələdə dayanıqlı sülhün və əməkdaşlığın inkişafı, məhz demokratiya amilinə bağlı olduğu üçün, Türkiyə də müttəfiqi olduğu Qərbin təmsilçisi kimi demokratik dəyərlərin yayılmasında rol almağa çalışacaq. Bu həm də Türkiyənin praqmatik dövlət maraqlarına uyğundur,çünki regional liderlik təkcə iqtisadi və hərbi güclə əldə olunmur,bu həm də demokratik dəyərlər vizyonu daşımaq deməkdir.

Hiç yorum yok: