reklam

Manşet

Eldəniz İsmayıloğlu.Bütün türk dünyasının və islam aləminin ümidi-Türkiyə.

Yazar Unknown 3 Aralık 2015 Perşembe 0 yorum
Eldeniz MollayevBu gün bütün türk dünyasının və islam aləminin tək demokratik,21-ci əsr standartlarına cavab verən dövləti Türkiyədir.Düzdür AKP hakimiyyətə gəldikdən sonra Türkiyə,bu gün dünyanın inkişaf etmiş kəsiminin olmazsa -olmaz  kimi qəbul etdiyi sekulyarizmdən (dinin siyasətə qarışmaması və ictimai münasibətlərdə əsas meyar kimi götürülməməsi)uzaqlaşmaqdadır,lakin yenə də bu gün islam şərqində yeganə demokratrik dövlət, hələki ancaq Türkiyədir.Şərqə demokratiya uyğun deyil,müsəlmana demokratiya yaramaz deyən bütün ağzıgöycəklərin ağzına qapaqdır Türkiyə.                                                                                        Lakin bütün türk dünyasının və islam aləminin Türkiyədən bir gözləntisi var.Türkiyə bu ölkələrə demokratiyanın gəlməsi üçün yardım etməlidir,Türkiyə bu ölkələrdəki diktator rejimlərin yıxılması üçün yardım etməlidir.                                                                                                                                 Biz Türkiyədən bunu gözlərkən,çox təəsüff olsun ki,tam əksini görürük,belə ki Türkiyə özü də tədricən diktaturaya doğru getməkdədir.Belə ki, bütün sivil dünyanın ən demokratik idarəetmə üsulu kimi qəbul etdiyi parlament idarə üsulundan imtina edərək,prezident idarə üsuluna(başkanlık sistemi) keçmək istəyir.Bu isə diktator meyllərinin varlığı həmişə hiss olunan Rəcəb Tayyib Erdoğanın səlahiyyətlərinin biraz da artması və Türkiyənin diktaturaya doğru tədricən getməsi deməkdir.                  Burdan bütün Türkiyə xalqına,Türkiyə əhalisinə səslənirəm,siz bütün türk dünyası və islam aləmi üçün nümunəsiniz,onların ümidisiniz,buna yol verməyin,Ərdoğanın bu arzusunun gerçəkləşməsinə izn verməyin.

Hiç yorum yok: