reklam

Manşet

Bu gün nə yazıq ki, həm "Azadlığ"ın, həm də azadlığın mübarək Azərbaycan deyə bilmirik.

Yazar Unknown 24 Aralık 2015 Perşembe 0 yorum
Zümrüd YağmurZümrüd Yağmur                                                                                        Çünki yaşadığımız ölkədə azadlıq sürgünə göndərilib. YAP hakimiyyəti onu gedər gəlməzə yola salmaq üçün çox illərdir ki, dayanmadan çalışır. İnsanların qəlbinə, düşüncəsinə zülmət çöksün deyə ən ağılalmaz əməllərin altına öz çirkin imzasını atır. 
Və istək var.
Azadlıq ideyaları və ondan doğacaq böyük əməllər bu məmləkətin insanının düçüncəsinə oturmasın.
Azərbyacan azad və böyük olmasın...
Bu ölkədə insanlar ələ baxan, cəsarətsiz və aciz olsun ki, onlar da kiçik hesab etdiklərinin yanında özlərini böyük zənn etsinlər...
Tarix insan yaddaşından azadlıq ideyasını silmək üçün caba göstərən despotlarla doludur. O despotlarla ki, onlar insanın yaramaz və aciz, dəyərsiz, adi olduğunu ona sübut edib əzmək üçün ən dəhşətli əməlləri törətməkdən çəkinmyiblər. Amma kimsə, kimsə azadlıq eşqini insan yaddaşından silə bilməyib...
Azərbaycanda da bu yaddaşı diri tutan, onu acizlik və zavallı olmaqdan xilas edən tək qəzet, "Azadlıq" varkən kimsə bu xalqın yaddaşında o böyük dəyəri, azadlığı silə bilməyəcək. Nə qədər bu xalqı qınayıb onda narazı olduğumuzu dilə gətirsək də yenə də "Azadlıq" a üz tutur bu xalq...
Bu gün ən çox oxunan qəzet, "Azadlığ"ın varlığı buna sübutdur...
Bu ölkədə bir çox dəyər və prinsiplərin yıxıldığı bir vaxtda özünə və adaşı azadlığa sadiq qalan qəzet, yaşın mübarək..
"Azadlıq"ım gün o gün olsun ki, azadlığını kutlayaq...

Hiç yorum yok: