reklam

Manşet

Azər Qasımlı.Bu statusu 21 avqustda yazmışdım

Yazar Unknown 21 Aralık 2015 Pazartesi 0 yorum
Azer Gasimli"Hakimiyyət bu gün elan edib ki, qarşıdan gələn parlament seçkiləri əvvəlkilərindən daha demokratik olacaq. Mən şəxsən buna inanmıram. Amma dəqiq bildiyim bir məsələ var. Dünya bazarında neftin qiymətinin enmə trendi böyük ehtimal uzunmüddətli olacaq. Bir tərəfdən indiki trend, digər tərəfdən qış ayları gəlir qarşıdan, oktyabr (dekabr) ayında İran faktoru var ki, qiymətləri daha da aşağı çəkəcək böyük ehtimal. Yəni bizim satdığımız neftən əldə etdiyimiz gəlir bir barelinə hətta 20 dollara qədər enə bilər. Aydındır ki, bu ölkə iqtisadiyyatına və ən əsası insanların-seçicilərin sosial vəziyyətinə təsir edəcək. Amma təsirləri həmən, yəni seçkilərdən əvvəl o qədər də hiss olunmaya bilər. Bir halda ki, hökumət devalvasiyanı seçkilərdən sonraya saxlamaq qərarını versə. Bu halda da 2 ay ərzində (sentyabr+oktyabr) manatın məzənnəsini indiki və ya ona yaxın vəziyyətdə saxlamaq üçün Mərkəzi Bankın rezervlərinin müəyyən bir qismini xərcləməli olacaq (ehtimal etmək olar ki, söhbət 3-4 milyard dollardan gedə bilər!). Dünya bazarındaki trendi nəzərə alsaq, belə yanaşma ilə ilin sonuna qədər Mərkəzi Bankın rezervlərindən bir şey qalmayacaq. Gələn ilin ikinci rübünə isə manat tamamilə müdafiəsiz qala bilər."
* * *
Bu gün Mərkəzi Bank bunları dedi: "Qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər ... iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi ... neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarmışdır."
Siz bu bəyanatda "dünyada iqtisadi böhran var" sözlərini gördünüz? MB bunu yazmayıb və düz də edib! Çünki dünyada heç bir iqtisadi böhran yoxdur. Söhbət yalnız Çin və Avropa Birliyinə daxil olan ölkələrdə iqtisadi artımın zəifləməsindən gedir. Amma artımın olub-olmaması müzakirə mövzusu deyil. Dünyanın birinci iqtisadiyyatı olan ABŞ isə ümumiyyətlə iqtisadi yüksəlişini yaşayır.
Böhran bizim hökumətin başındadır, yəni beynində, iqtisadi idarəetməsində, məsələlərə yanaşmasında və səmimiyyətindədir. Yalan danışmaqdan və oğurluqdan başqa bildikləri bir iş yoxdur. Bu illər ərazində neftdən başqa dünya bazarına çıxaracağımız bir mala sahib ola bilmədik. Çünki hakimiyyət azad iqtisadiyyatın yerinə, monopoliyalar qurdu; sahibkarlığı təşviq etməyin əvəzinə, iş adamlarına qarşı korrupsion mexanizmlar, bürokratik əngəllər yaratdı; istehsalatı təşviq etmək əvəzinə, istehsalata yatırım edənlərin mülkini əlindən aldı... İndi də AzTV-də yalan yalan deyirlər ki, dünyada iqtisadi böhran var və bizə də təsiri hiss olunur. Halbuki Mərkəzi Bank heç bunu demədi. Böhran, iqtisadiyyatı xam malın satışından asılı olan ölkələrdə var, necə ki, bizim ixracatımızın 95%-ni neft-qaz təşkil edir. MB bugünkü bəyanatında dünya bazarında neftin deşməsini iqtisadiyyatımıza təsir edən əsas amil kimi göstərib və yenə də doğru edib. Bir sözlə bunu yazmaqla iqtisadiyyatımızın tamamilə neftdən asılı olduğunu etiraf edib!
Bu illər ərzində daxili bazarımızı öz istehsalımız olan kənd təsərrüfatı məsulları ilə də təmin edə bilmədik. İstənilən marketə girdiyində, Türkiyədən, İrandan, Pakistandan gətirilən meyvə-tərəvəzi görürük. Gədəbəyin olduğu yerdə Misirdən kartof gətirməyin adı nədir?
Ölkə iqtisadiyyatına islahatlar lazımdır. Lakin siyasi islahatlar olmadan bunu etmək mümkün olmayacaq. Siyasi islahatlara isə vaxt itirmədən ilk növbədə iki məsələdən başlamaq lazımdır:
1. Siyasi məhbuslar azadlığa buraxılmalıdır;
2. Yeni parlament seçkiləri keçirilməlidir.
Yaxın bir il ərazində bunları etməsələr ölkəni böyük fəlakətlər gözləyir. Bunun qərarını biz yox, hakimiyyət verir. Qərarvermə imkanı hal hazırda hələ ki, bunların əlindədir.                                                    

Hiç yorum yok: