reklam

Manşet

Ad günümüzə tort almaq çətindir bizə, amma vicdanımız devalvasiyaya uğramayıb (“Azadlıq” üçün)

Yazar Unknown 24 Aralık 2015 Perşembe 0 yorum
Shahveled Chobanoglu Şahvələd Çobanoğlu                                                                                      “Azadlıq” qəzetinin ad günüdür. Bəli, tort alıb başına yığışmaq da çətindir bizə. Ona görə yox ki, bizi Azərbaycan hakimiyyətinin tərifli iqtisadi inkişafından törəmiş analoqu olmayan böhran vurub. Neftin ən bahalı qiymətə satıldığı günlərdə də durumumuz belə idi.
Bizi böhran yox, böhran haqda əvvəlcədən xəbər verməyimiz vurub. Buna görə hər tərəfdən vurulmuşuq, sıxılmışıq, reklamdan məhrumuq, satışdan pul əldə etməməyimiz üçün də hər şey ediblər. "Əkinçi"nin getdiyi kəndlərə indi qəzet getməməsi nədir, paytaxt Bakıda da qəzet almaq müşkülə düşüb. Məhkəmə cərimələri, əməkdaşların repressiyası da öz yerində! Seymur Hezinin həbsi də öz yerində! Hətta siyasi hakimiyyətin arzusu ilə 100 min manatımızı da vermir “Qasid” firması. Bizi çoxdan çətin duruma salıblar. Yalnız və yalnız bu böhranı xəbər verdiyimizə görə!
Axı biz deyirdik ki, bu idarəçilik ölkəni bəlaya aparır!
Biz yazırdıq ki, korrupsiya neft gəlirlərini bizim faciəmizə çevirəcək!
Biz izah edirdik ki, çağdaş dövrdə demokratiya, ədalət və söz azadlığı olmadan inkişaf ola bilməz.
Hər cür zərbələrə rəğmən, biz yalan maşınlarının, yaltaqlığın qabağında dayanıb, həqiqəti yazmaqda, yaymaqda davam edə bildik...
Bizim dediklərimiz düz çıxıb, baxmayaraq ki, biz buna görə öyünmürük, çünki biz yenə də bu ölkənin məzlum halına bəlkə də hamıdan çox yanmaqdayıq.
Amma biz mənəvi böhrana düşmədən bu günə gədik. Bizi neft pullarının təntənə və parıltısı aldada bilmədi. Biz urfaşizmə çevrilmiş yalan selinin və basqıların altında qalıb məhv olmaqdan qorxmadıq.
Bu gün tort alıb başına yığışmaq bizə çətindir, amma daha böyük sərvət olan vicdanımız devalvasiya uğramayıb!
Odur ki, Azərbaycan üçün, sizin üçün yazmaqda davam edir və bunu adi, gündəlik, sadə işimiz sayır, aydın sabahlar üçün borcumuz bilirik...

Hiç yorum yok: