Manşet

Xüsusi qeyd edim ki, Səlcuklu dövlətinin ərazisini göstərən bu xəritə Holland mənbələrinə məxsusdur. Yəni, vətənşüvənlərin əsəri deyil. Real xəritədir.

İndi son 2-3 ildə Azərbaycanda aşura mərasimlərinə on minlərlə insan qatılır. "Ya Hüseyn lebbeyk", "Hər gün aşura, hər yer Kərbala", "Kaş bu gün bu dəmdə, olaydım Kərbəlada" və s. "deyib qışqırır, "bu meydan Kərbəla meydanıdır" deyirdilər. Amma 3-4 gündə Nardaranı yerlə yeksan elədilər, heç cənazələri də vermədilər. Lənkəranda, Gəncədə özünü dindar kəsimin lideri adlandıranları həbs etdilər, ortada heç 100 adam da görünmədi. Bu millətin sələfiləri kimi, şiələri də opportunist çıxdı.

2. Beynəlxalq aləmə Azərbaycanda da “radikal islam” təhlükəsi olduğunu və hökumətin bu təhlükə ilə ciddi mübarizə apardığı görüntüsünü təqdim etmək. Bununla da “terrorla mübarizə aparan” hökumətin avtoritar idarəetməsinə bəraət istəmək.
3. Hökumət xeyli vaxtdır xalqı şantaj edib qorxudur ki, öz haqlarınız uğrunda fəal mübarizə aparmayın, yoxsa bura da Suriya, Liviya kimi olar. Ssenari müəlliflərinin fikrincə, Nardaran “əməliyyatı” bu Suriya, Liviya söz-söhbətinə bir az inandırıcılıq qatmalı idi.
4. Sosial-iqtisadi böhran dərinləşir, hakimiyyət isə böhranı aradan qaldırmaq üçün heç bir əhəmiyyətli tədbir görə bilmir. Ona görə də, Nardaran “əməliyyatı” hökumətin gücünü və qəddarlığını nümayiş etdirməklə, cəmiyyətdə günü-gündən azalmaqda olan qorxunun bərpasına xidmət etməli idi.
5. MTN işi hakimiyyəti çox nüfuzdan salırdı. Paradoksal vəziyyət yaranmışdı. Hökumət mətbuatı öz aləmində Eldar Mahmudov, Akif Çovdarov və digərlərini ifşa edirdi, amma bütövlükdə hakimiyyət ifşa olunurdu. Çünki bu hökumətin nazir və generallarının törətdiyi dəhşətli cinayətlər ifşa olunduqca, insanlar başa düşürdü ki, həmin nazir və generallar bu əməllərində tək olmayıblar. Bu hökumətin əksər nazir və generalları həmin çirkabın içindədirlər. Nardaran “əməliyyatı” gündəmi ciddi şəkildə dəyişib, MTN işini arxa plana keçirməli idi.
Bəs bu məqsədlərə çata biləcəklərmi? Əli bəyin yazdıqlarını oxuyun. Link şərhdə.

Niyə?
Çünki, təhsil səviyyəsi ilbəil aşağı düşdükcə, kütləvi savadsızlıq və cəhalət ölkə boyu yayıldıqca, getdikcə artan sosial ədalətsizlik insanlarda qəzəb və nifrət hissini qızışdırdıqca, bu dünyada ədalətə olan inam itdikcə, demokratik yolla tələbləri gerçəkləşdirməyin qarşsı kəsildikcə nə baş verir?
İnsanlar hüquqa inamlarını itirib qanundan kənar fəaliyyətlərə qoşulurlar, savadsız çoxluq din pərdəsi altında gizlənən radikal qruplaşmalırın sosial bazasına çevrilir, ölkənin gələcəyi Suriyada, Liviyada olduğu kimi fəlakətə sürüklənir.
Bunun qarşsını almağın yolu isə, bizi fəlakətə sürükləyən səbəblərin aradan qaldırılmasından keçir. Bu səbəblər isə indiki rejimin mahiyyətindən doğur.

O ki qaldı Rusiya,ruslar təklənib,və artıq uduzub.Rusiya əvvəlki Rusiya deyil və tezliklə özündə böyük çaxnaşmalar baş verəcək,vəziyyət ağırlaşacaq,sanksiyalar davam edəcək.Belə halda məcbur olub, geri çəkiləcək.Ayrı perspektivləri yoxdur. Hələki sürətlə dağılmağa doğru gedir.
Nüvə silahı ilə əlaqədar. Rusların qorxutduğu nüvə silahları NATO ölkələrinin 3-də var.O cümlədən Türkiyə ərazisində. Hec bir axmaq bugün o silaha əl atmaz.Əl atarsa, ölkəsindən sağ- salamat bir şey qalan deyil.Rusların belə hərəkətləri çox ölkəni, o cümlədən Türkiyəni nüvə silahı əldə etməyə məcbur edə bilər. Ona görə də, bunların nüvə hədə-qorxuları da boş şeydir.
Nüvə silahı ilə əlaqədar. Rusların qorxutduğu nüvə silahları NATO ölkələrinin 3-də var.O cümlədən Türkiyə ərazisində. Hec bir axmaq bugün o silaha əl atmaz.Əl atarsa, ölkəsindən sağ- salamat bir şey qalan deyil.Rusların belə hərəkətləri çox ölkəni, o cümlədən Türkiyəni nüvə silahı əldə etməyə məcbur edə bilər. Ona görə də, bunların nüvə hədə-qorxuları da boş şeydir.