Manşet

Niyə?
Çünki, təhsil səviyyəsi ilbəil aşağı düşdükcə, kütləvi savadsızlıq və cəhalət ölkə boyu yayıldıqca, getdikcə artan sosial ədalətsizlik insanlarda qəzəb və nifrət hissini qızışdırdıqca, bu dünyada ədalətə olan inam itdikcə, demokratik yolla tələbləri gerçəkləşdirməyin qarşsı kəsildikcə nə baş verir?
İnsanlar hüquqa inamlarını itirib qanundan kənar fəaliyyətlərə qoşulurlar, savadsız çoxluq din pərdəsi altında gizlənən radikal qruplaşmalırın sosial bazasına çevrilir, ölkənin gələcəyi Suriyada, Liviyada olduğu kimi fəlakətə sürüklənir.
Bunun qarşsını almağın yolu isə, bizi fəlakətə sürükləyən səbəblərin aradan qaldırılmasından keçir. Bu səbəblər isə indiki rejimin mahiyyətindən doğur.
Hiç yorum yok: