Manşet

Son hadisələr regionumuzda geopolitik balansı ciddi şəkildə Qərbin xeyrinə dəyişəcək. Rusiya kimi güclü dövlətlə münaqişədə olan Türkiyə yenidən və tam olaraq Qərb blokuna qayıdacaq. Türkiyənin də ABŞ və Avropa ilə eyni mövqedən çıxış etməsi ölkəmizdə tərəzinin bu gözünün ağırlaşmasına səbəb olacaq. Azərbaycan hakimiyyəti Türkiyə ilə münaqişədə olan, Türkiyəni sarsıtmağı qarşısına məqsəd qoymuş Rusiyanın birmənalı tərəfdaşına çevrilə bilməyəcək. Yenidən artıq yaddan çıxmış “balans” siyasətinə qayıtmaq lazım gələcək. Amma bu dəfə tərəflər arasında məsafə artdığından qarşı duran tərəflərin arasında balans yaratmaq mümkün olmayacaq. “Şpaqat” açmaq lazım gələcək. Bu vəziyyətdə isə çox qalmaq olmur. Bir müddətdən sonra daha güclü tərəfi seçmək lazım gələcək. Daha güclü, həmçinin Azərbaycanın müstəqil və demokratik inkişafına təminat yaradan tərəfin isə hansı tərəf olduğu xalqımıza aydındır. Türkiyənin də mövqeyinin qətiləşməsilə bu aydınlıq daha da birmənalı olacaq.








Sərt avtoritar idarəçilik şəraitində belə, hökumətin iradəsi ziddinə ifadə olunan Rəsulzadə sevgisi xalqımızın həm də demokratik və ədalətli idarəetməyə, rüşvətə bulaşmamış təmiz əllərə olan rəğbətinin ifadəsidir. M.Ə.Rəsulzadə irsi ötən 100 ildə necə dəhşətli hücumları dəf edib?! Əlbəttə ki, bu hücum da milli liderimizin parlaq obrazına heç bir xələl gətirə bilməyəcək!
(c) AXCP sədri Əli Kərimli

Çünki Rəsulzadə ikinci yolu seçməklə öz həyatını, ailəsinin həyatını deyil, Azərbaycanı və onun milli varlığını yaşatmış oldu. Ancaq əvəzində o, bütün ailəsini Vətən və Millət uğrunda qurban verdi. Halbuki Rəsulzadə Stalinin Moskvada ona etdiyi təkliflərlə razılaşsaydı, bəlkə də başına bu qədər faciələr gəlməz, “Vətəni qoyub qaçan”, “Vətən xaini” və sair bunu kimi ittihamlara da məruz qalmazdı.
Bu baxımdan Azərbaycanən müstəqilliyi dönəmində Rəsulzadənin adının Bakı Dövlət Universitetindən götürülməsi, Gəncə şəhərində Dəmiryolçular parkındakı büstünə çuval keçirilməsi, daha sonra 28 may Metrosunun içindən şəkilinin qaldırılması fonunda zaman-zaman Milli ideoloqumuza qarşı böhtanların atılmasının da davam etdirilməsi təsadüfi ola bilməz.
Unutmayaq ki, Azərbaycan demək Rəsulzadə demək, Rəsulzadə demək Azərbaycan deməkdir!!! Naqif Həmzəyev kimiləri də yaxşı bilirlər ki, bu gün başımızın üstündə dalğlanan üç boyalı bayrağımızın qurucusu, Azərbaycan türklərinin imzasını dünya xalqlarınlın imzaları arasına salan da Rəsulzadədir. Bu gün, bütün sahələrdə Rəsulzadənin izini Azərbaycandan silmək, ona qarşı böhtanlar atmaq Azərbaycanın dövlətçiliyinə çox ciddi zərbədir. Rəsulzadəyə qarşı bu çirkin addımları atanlar bilməlidirlər ki, onların bu əməlləri cavabsiz qalmayacaq və müdrik xalqımız belələrinin cavabını verəcəkdir.