Manşet

Son hadisələr regionumuzda geopolitik balansı ciddi şəkildə Qərbin xeyrinə dəyişəcək. Rusiya kimi güclü dövlətlə münaqişədə olan Türkiyə yenidən və tam olaraq Qərb blokuna qayıdacaq. Türkiyənin də ABŞ və Avropa ilə eyni mövqedən çıxış etməsi ölkəmizdə tərəzinin bu gözünün ağırlaşmasına səbəb olacaq. Azərbaycan hakimiyyəti Türkiyə ilə münaqişədə olan, Türkiyəni sarsıtmağı qarşısına məqsəd qoymuş Rusiyanın birmənalı tərəfdaşına çevrilə bilməyəcək. Yenidən artıq yaddan çıxmış “balans” siyasətinə qayıtmaq lazım gələcək. Amma bu dəfə tərəflər arasında məsafə artdığından qarşı duran tərəflərin arasında balans yaratmaq mümkün olmayacaq. “Şpaqat” açmaq lazım gələcək. Bu vəziyyətdə isə çox qalmaq olmur. Bir müddətdən sonra daha güclü tərəfi seçmək lazım gələcək. Daha güclü, həmçinin Azərbaycanın müstəqil və demokratik inkişafına təminat yaradan tərəfin isə hansı tərəf olduğu xalqımıza aydındır. Türkiyənin də mövqeyinin qətiləşməsilə bu aydınlıq daha da birmənalı olacaq.







Hiç yorum yok: