Manşet

Aşağıda ABŞ Milli Xərçəng Cəmiyyətinin (cancer.org) infeksiya tərəfindən yaradılan xərçəng nisbətini göstərən qrafikidir. Bəzi faktlar:
1. Uşaqlıq boynu xərçənglərinin hamısı HPV infeksiya tərəfindən əmələ gəlir. Azərbaycanda ən çox qadın ölümünə səbəb olan xəstəlikdir.
2. Mədə xərçənginin 90%-i infeksiya tərəfindən əmələ gəlir. Helicobacter Pylori deyilən bu bakteriyanın asan müalicəsi var.
3. Qaraciyər xərçənginin 77%-i Hepatitlər nəticəsində əmələ gəlir. Bu gün B tipli hepatitin peyvəndi, C tipli hepatitin müalicəsi var.
Ən çox görülən, ən ölümcül xərçənglərin belə yaranmadan müalicəsi var.
Müalicəsi olan xəstəlikdən ölmək yazıqdır.
Nə etməli:
-bütün qadınlar HPV peyvəndi etsinlər. Bir çox ginekoloq bunu rahatlıqla edir. Ucuzdur.
-mədə şikayətləri olan insanlar bir-iki dərman alın məsələni yola vermək əvəzinə, qaydalara uyğun qastroskopiya, biopsiya və uyğun antibiotik müalicəsi də alsınlar.
-hər kəs hepatitləri yoxlatdırıb, xəstə olanlar mütləq müalicə alsınlar.

Hiç yorum yok: