reklam

Manşet

Əli Kərimlinin 10 bəndlik anti-böhran proqramı.

Yazar Unknown 28 Aralık 2015 Pazartesi 0 yorum
Ali Karimli (Əli Kərimli)Dostlar, bu hökumət bizim təsəvvür etdiyimizdən də aciz və bacarıqsız imiş. Ölkənin sosial-iqtisadi böhranın daha da dərinliyinə yuvarlanmasını sadəcə seyr edirlər. Nə özləri bir iş bacarır, nə də bizim təklifləri qəbul edirlər. Amma mən yenə də, özümə borc bildim ki, hazırkı şəraitdə həyata keçirilməli olan anti-böhran proqramının əsas tezislərini hökumətə təqdim edim. Təklifləri oxuyanda özünüz də əmin olacaqsınız ki, indiki ağır durumdan da çıxış yolları var. Yetər ki, normal hakimiyyət olsun.
Beləliklə, hökumətin anti-böhran proqramı ilk növbədə aşağıdakı istiqamətləri əhatə etməlidir:
1. Dərhal və inzibati qaydada korrupsiya və rüşvətxorluq dayandırılmalıdır. Azərbaycanda korrupsiya dövlət səviyyəsində olduğundan dövlət səviyyəsində də - mütəşəkkil qaydada dayandırmaq mexanizmi var. 2011-ci lin yazında “Ərəb baharından” qorxuya düşmüş hökumət korrupsiyanı yuxarıdan bir göstərişlə dayandırmışdı, qorxuları çıxandan sonra yenə də heç nə olmamış kimi davam etdirdilər. Deməli, praktikada sübut olunub ki, hökumət qorxuya düşsə, vəziyyətin ciddiliyini anlasa, korrupsiyadan imtina edib, indiyə qədər oğurladıqları ilə kifayətlənə bilər. İndi də vəziyyət ciddidir və qorxmaq lazımdır. Ona görə də, birinci və sürətlə görülməli iş korrupsiyanı durdurmaq olmalıdır. Təkcə bu tədbir mal və xidmətlər bazarında xeyli ucuzluq yaradacaq, milyonlarla insanın əl-qolunu açacaq, onların təşəbbüskarlığına şərait yaradacaq.
2. İdxalda və ixracda inhisarçılıq da korrupsiya kimi dərhal, inzibati qaydada ləğv edilməlidir. Hər bir şəxsin heç kimdən icazə almadan, heç kimə haqq vermədən istədiyi məhsulları Azərbaycana gətirmək və istədiyi məhsulları xaricə çıxarmaq hüququ dərhal təmin olunmalıdır. Bu tədbirin həyata keçirilməsi də bazarda xeyli ucuzlaşmaya və işgüzar fəallığın artmasına səbəb olacaq. İstehsalda, xidmət və bank sektorunda inhisarçılığın aradan qaldırılması da maksimum sürətlənməlidir. İnhisarçılıq faktiki ləğv olunana qədər isə monopolistlərin üzərində ciddi inzibati nəzarət olmalıdır ki, onlar bazardakı inhisarçı mövqelərindən sui-istifadə edərək topdansatış qiymətlərini qaldırmasınlar. İnhisarçıların hamısı hökumətdə təmsil olunduğundan, istəyəcəyi təqdirdə, bu tədbirləri görmək İlham Əliyev üçün heç bir çətinlik törətməyəcək.
3. Zəhmətlə işləyib öz gündəlik qazancını təmin edən milyonlarla vətəndaşın sosial-iqtisadi böhrandan ziyan görməməsi üçün konkret tədbirlər görülməlidir. Maaşların, pensiyaların, müavinətlərin, tələbə təqaüdlərinin həqiqi infilyasiyaya uyğun (hökumətin iddia etdiyi 4 faizlik infilyasiya sadəcə ciddi deyil) qaldırılması, dollarla krediti olanlara borclarını Qazaxıstanda olduğu kimi devalvasiyadan əvvəlki məzənnə ilə ödəmək imkanının verilməsi, ali məktəblərdə təhsil haqlarının artırılmaması və digər tədbirlər nəzərdə tutula bilər. Təbii inhisarçıların mal və xidmətlərinin Dövlət Tarif Şurası tərəfindən tənzimlənən qiymətləri qaldırılmamalıdır.
4. Sahibkarlar, xüsusilə də kiçik və orta biznes ölkə iqtisadiyyatının əsas sütünlarıdır. Sahibkarlığın inkişafı anti-böhran proqramının mühüm tərkib hissəsi olmalıdır. Əlbəttə, təkcə korrupsiya və inhisarçılığın ləğvi sahibkarlığı xeyli inkişaf etdirə bilər. Amma sahibkarlığın inkişafı üçün digər şərtləri də təmin etmək lazımdır. Azad rəqabət mühüti, mülkiyyətin toxunulmazlığı, uzunmüddətli və ucuz kreditlərə çıxış imkanı təmin edilməli, sahibkarların qarşısındakı bürokratik əngəllər qaldırılmalı, dövlət satınalmaları istisnasız olaraq açıq hərraclar vasitəsilə və şəffaf qaydada həyata keçirilməlidir.
5. Sürətlə vergi islahatı həyata keçirilməlidir. Vergi islahatının fəlsəfəsi vergi dərəcələrini aşağı salmaq, vergiləri sadələşdirmək və vergi bazasını genişləndirmək olmalıdır. İndiyə qədər vergidən yayınan imtiyazlı kölgə iqtisadiyyatı vergiyə cəlb edilməli, fond pulları və ikili mühasibatlıq ləğv edilməlidir.
6. Ölkədə daxili istehsalın inkişafı, ölkə iqtisadiyyatının idxaldan asılılığının minumuma endirilməsi (idxalın azalması avtomatik olaraq ölkədən dollar axınını xeyli zəiflədəcək) də anti-böhran proqramının mühüm tərkib hissəsi olmalıdır. Ölkə daxilində istehsalı mümkün olan malların istehsalı təmin edilməlidir Bu məqsədlə Dövlət İnvestisiya Fondunun vəsaitlərindən istifadə edilməli, sahibkarlar məqsədli, uzunmüddətli, ucuz kreditlə təmin olunmalıdır. Yerli istehsalı stimullaşdırmaq üçün sahibkarlara dövlət səviyyəsində kömək edilməlidir ki, onlar xarici biznes ortaqları tapa bilsin. Dövlət belə birgə müəssisələrin yaradılmasını dəstəkləməlidir.
7. Kənd təsərrüfatının təcili dirçəldilməsi hökumətin anti-böhran prioritetlərindən olmalıdır. Əvvəla, kənd təsərrüfatında nəticə digər istehsal sahələrilə müqayisədə çox tez əldə olunur. Bu qış görülən tədbirlər artıq gələn ilin ortalarından başlayaraq nəticə verəcək. İkincisi, kənd təsərrüfatında irəliləyiş bu sahə ilə məşğul olan milyonlarla insanın həyatını qismən yüngülləşdirəcək. Üçüncüsü, kənd təsərrüfatının inkişafı ölkənin idxaldan asılılığını azaldacaq, ərzaq bolluğu və deməli, həm də qismən ucuzluq yaradacaq. Kənd təsərrüfatına subsidiyalar artırılmalı, subsidiyaların mənimsənilmədən, məqsədəuyğun istifadəsi üçün mexanizmlər işlənməli, fermerlər ucuz və uzunmüddətli kreditlə təmin edilməlidir. Kənd təsərrüfatının problemləri çoxdur. Bu sahənin inkişafı haqda ayrıca proqram hazırlanmalıdır.
8. Yanacağın qiyməti dərhal və əhəmiyyətli şəkildə aşağı salınmalıdır. Hökumət xeyli müddətdir ki, benzini və digər yanacaq növlərini əhaliyə nəinki maya dəyərindən, hətta xaricə satdığı qiymətdən də baha satır. (Bu barədə ayrıca yazaram). Əmtəələrin qiymətlərinin müəyyən hissəsi enerji daşıyıcılarının qiyməti hesabına formalaşır. Yanacağın qiymətinin aşağı salınması avtomatik olaraq mal və xidmətlərin xeyli ucuzlaşmasına səbəb olacaq. Onsuz da SOCAR yanacağın daxili bazardakı yüksək qiymətindən əldə etdiyi izafi dəyəri ya korrupsiya yolu ilə mənimsəyib dağıdır, ya da Avropa futbol klublarına pul vermək kimi axmaq layihələrə xərcləyir.
9. Ölkə elə günə salınıb ki, hətta bütün bu tədbirlər görülsə də, iqtisadiyyata böyük miqdarda sərmayə qoyulmasa, onu dirçəltmək çətin olacaq. Ölkəyə sərmayə axınını təmin etmək lazımdır. Xarici banklar ölkəyə buraxılmalı, nüfuzlu beynəlxal iqtisadi və siyasi qurumlarla münasibətlər normallaşmalı, ölkəyə xarici investisiya və kreditlərin önü açılmalıdır. Yerli sərmayəçilərin anti-böhran tədbirlərinə etimadını qazanmaq üçün siyasi islahatların anonsunu vermək lazımdır (daha ətraflı növbəti bənddə)
10. Köklü siyasi-iqtisadi islahatlar olmadan, sırf cari iqtisadi tədbirlərlə böhrandan çıxmaq mümkün olmayacaq. Odur ki, İlham Əliyev ölkədə dərin siyasi və iqtisadi islahatlara hazır olduğunu bəyan etməlidir. Elan etməlidir ki, müstəqil məhkəmə hakimiyyətinin formalaşmasından, Seçki Məcəlləsinin islahatına və yeni Məcəllə ilə parlament və prezident seçkilərinin keçirilməsinə qədər köklü islahatlara hazırdır. Bu bəyanatlarının inandırıcı olması üçün ilk xoşməramlı addım kimi 93 nəfər siyasi məhbusun hamısı ilin sonunda gözlənilən əfv fərmanı ilə həbsdən azad edilməlidir.
P.S. Təbii ki, burada yazdıqlarım anti-böhran proqramının prioritet tezisləridir. Proqram daha geniş və detallı olmalıdır. Hökumət nəhayət, ciddi islahatlara hazır olduğunu göstərsə, daha detallı proqramı da təqdim edərik.
Devamını Oku...

Gültəkin Hacıbəyli.Ölkədə ciddi böhran yaşanır.

Yazar Unknown 0 yorum
Gültəkin HacıbəyliÖlkədə ciddi böhran yaşanır. Manat sürətlə kağız parçasına çevrilməkdədir və hökumət bu prosesin qarşısını almaqda acizdir. İnsanlar manatın və demək ki, elə bu ölkənin gələcəyinə də ümidini itirdiyindən əlində olan manatı kütləvi şəkildə dollara çevirir. Bu, ciddi dollar qıtlığı yaradıb və öz növbəsində manatın yenidən ucuzlaşmasını təmin edir. Hökumətin kosmetik xarakterli tədbirlərinə və vədlərinə isə artıq heç kim inanmır. Heç bir yerli və xarici investor belə qeyri-şəffaf idarəetmə, korrupsiya və monopoliya, məmur özbaşınalığı və ən əsası isə, məhkəmələrin korrupsiya bataqlığına və siyasi sifariş icraçısına çevrilməsi şəraitində bu ölkəyə güvənib sərmayə yatırmaz. Bu ölkənin xilasına ən son şans 1 noyabr 2015-ci il tarixində dəfn olundu. Saxta və ədalətsiz seçkilər keçirməklə, bəziləri hətta millətin nifrətini qazanmış şəxsləri parlamentə təyin etməklə bu millətin son ümidlərinin üzərindən də qalın və qara xətt çəkdilər. Və daxildə də, xaricdə də hamı anladı ki, dəyişmək, islah olunmaq istəyən hakimiyyət seçkiləri belə rüsvayçı şəkildə saxtalaşdırmaz. Odur ki, ölkənin gələcəyinə güvəni bərpa etmək üçün də proses həmin o qırılma nöqtəsindən başlamalı və təxirəsalmadan yeni parlament seçkiləri keçrilməlidir.                                                                                 
Devamını Oku...

Dözümlü xalqın numayəndəsi.

Yazar Unknown 0 yorum
Devamını Oku...

İlham Əliyevin evinə aparılan "meşok"da nələr vardı?

Yazar Unknown 0 yorum
Devamını Oku...
Devamını Oku...

Elza Seyidcahan Soxa soxdur size yoxdur Yeni seir 2015

Yazar Unknown 0 yorum
Devamını Oku...

Yetim Eyvaz "Yağ ey yağış"

Yazar Unknown 27 Aralık 2015 Pazar 0 yorum
Devamını Oku...